Cəmil Çiçək — Vikipediya
Cəmil Çiçək | |
---|---|
türk. Cemil Çiçek | |
Vəzifədədir | |
4 iyun 2011-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 noyabr 1946 (78 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri.
Həyatı və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib.
2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb.
Evlidir, 3 övladı var.
Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi
[redaktə | mənbəni redaktə et]2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib.
Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib. Zelkif Kazdal namizədliyini geri çəkib və Cəmil Çiçək 322, Tunca Toskay isə 52 səs alıb. Bu turda da üçdə iki səs çoxluğu tələb olunduğu üçün yeni sədr üçüncü turda müəyyənləşib. Cəmil Çiçək bu turda da 322 səs alıb.