Cənnət — Vikipediya

Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer.

Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır.

Cənnətin təbəqələri

[redaktə | mənbəni redaktə et]

İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır.

Bunlar:

1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9)

2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər. Onların mükafatı Rəbləri yanında Ədn cənnətləridir ki onların altlarından çaylar axar, orada onlar əbədi qalacaqlar, Allah onlardan razı olmuştur, onlar da Ondan razı olmuşlardır. Bu Rəbbindən qorxanlar üçündür" (Bəyyinə surəsi, 8) (Həmçinin bax: Tövbə surəsi, 72; Rəd surəsi, 23; Nəhl surəsi, 31)

3-Firdovs cənnəti : "İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!" (Kəhf surəsi, 107 və Muminun surəsi, 11)

4-Məva cənnəti: "İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar)." (Səcdə surəsi, 19 və Nəcm surəsi, 15)

5-Darus-Səlam: (Əmin-amanlıq yurdu) "Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır!" (Yunus surəsi, 25 və Ənam surəsi, 127)

6-Darul-Huld: "Elə bir Rəbb ki, Öz lütfü (kərəmi) ilə bizi (əbədi qalacağımız) iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət (əziyyət) toxunacaqdır!" " (Fatir surəsi, 35)

7 – İlliyyun: Mutaffifin surəsinin 18–28-ci ayələrində keçməkdədir - Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadır! Sən haradan biləsən ki, İlliyyun nədir?! O, elə bir yazılı kitabdır ki, onu yalnız (Allaha) yaxın olanlar görürlər! Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü şərabdan içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər! Onun qatışığı isə təsnim (bulağındandır). (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

Cənnətlə müjdələnən qadınlar

[redaktə | mənbəni redaktə et]
  1. Fironun zövcəsi Hz. Asiyə[1]
  2. Hz. Məryəm
  3. Xüvəylidin qızı Hz. Xədicə
  4. Məhəmmədin (s) qızı Hz. Fatimə

Cənnət haqqında ayə və hədislər

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin." Ali-İmran surəsi, 133
Hədis:
  • İmam Əli (ə):"Bilin! Mən Cənnət kimi elə bir yer görmədim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də görmədim ki, ondan qaçan yuxuya gedib uyusun."
  • İmam Əli (ə):"Cənnət ən üstün məramdır."
  • İmam Əli (ə):"Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır."

Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Həqiqətən, Allah-taala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun." Tövbə surəsi, 111.
Hədis:
  • İmam Əli (ə):"Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın."

Cənnətin qiyməti

[redaktə | mənbəni redaktə et]
  • İmam Əli (ə):"Cənnətin qiyməti saleh və yaxşı əməldir"
  • İmam Əli (ə):"Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir."
  • İmam Sadiq (ə):"Cənnətin qiyməti "la ilahə illallah" sözüdür."

Cənnətə daxil olmağın şərtləri.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək."[2]
  • "Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik."[3]
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq."
  • Allahın Peyğəmbəri (s):"Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs."
  • Allahın Peyğəmbəri (s):"Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?" Ərz etdilər: "Bəli, ey Allahın Rəsulu." Peyğəmbər buyurdu:"Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin."
  • Allahın Peyğəmbəri (s):"Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar."
  • İmam Sadiq (ə):"Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq."

Cənnət çətinliklərlə bürünübdür.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Elə düşünürsünüz ki, Allah-taala sizin aranızdan cihad edən və dözümlü olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?"[4].
Hədis:
  • İmam Əli (ə):"Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır."[5]
  • İman Bağır (ə):"Cənnət çətinliklər və səbirlə əhatə olunub. Dünyada çətinliklərə səbir edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər."[6]
  • İmam Rza (ə):"Cənnəti istəyən və eyni halda çətinliklərə səbir etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır."[7]

Cənnət onlara vacib olan kəslər.

[redaktə | mənbəni redaktə et]
  • Peyğəmbər (s):"Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm."
  • Allahın Peyğəmbəri (s):"Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın."

Cənnət onlara haram olan kəslər.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir."[8]
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə."
  • Allahın Peyğəmbəri (s):"Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz."
  • Allahın Peyğəmbəri (s):"Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər" .

Cənnətin qapıları.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Qapıları onların üzünə açıq olan əbədi Cənnətlər."[9]
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Həqiqətən, Cənnətin qapıları qılıncların kölgəsindədir."
  • İmam Əli (ə):"Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər."

Cənnətin dərəcələri.

[redaktə | mənbəni redaktə et]
Quran:
  • "Onun yanına imanla gələn və xeyir əməllər görənlər ali dərəcələrə sahibdir."[10]
Hədis:
  • Allahın Peyğəmbəri (s):"Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə çox əlaqə saxlayan və səbirli böyük ailə sahibi yetişəcək."
  • İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub: "Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri var."
  • İmam Əli (ə):"Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gördüyünüz ulduzlar kimi görünəcək."
  • İmam Səccad (ə):"Həmişə Qur‘an oxu, çünki, Allah-taala Cənnəti yaratdı və Quranın ayələri qədər ona dərəcələr verdi. Hər kim Quran oxuyarsa, Quran ona deyər: "Oxu və yuxarı qalx." Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar."
  • İmam Sadiq (ə): "Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər bütün insanlar və cinlər onun qonağı olub, süfrəsindən yeyib-içsələr verdiyi təamdan heç nə azalmaz."

Cənnətə daxil olan birinci şəxs.

[redaktə | mənbəni redaktə et]
  • Allahın Peyğəmbəri (s):"Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır."
  • Allahın Peyğəmbəri (s):"Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir."
  • Allahın Peyğəmbəri (s):"Cənnətə daxil olan ilk dörd nəfər mən, sən, Həsən və Hüseyndir."
  • İmam Baqir (ə):"Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır."

Cənnət əhli.

[redaktə | mənbəni redaktə et]
  • Allahın Peyğəmbəri (s):"Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir."
  • Allahın Peyğəmbəri (s):"Cənnət əhlinin bədənlərinin tükü az, üzləri tüksüz və gözlərinə sürmə çəkilmişdir. Cavanlıqları heç vaxt aradan getmir, paltarları heç vaxt köhnəlmir."
  • İmam Əli (ə):"Həqiqətən, hər bir sakit təbiətli, vüqarlı və xoş xasiyyətli mömin Cənnət əhlidir."

Cənnətin geniş olması.

[redaktə | mənbəni redaktə et]
  • Allahın Peyğəmbəri (s):"Dəvə öz sahibindən qaçdığı kimi, Allahın itaətindən qaçanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız."
  • İmam Səccad (ə):"Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın."
  1. Onun dediyi söz Təhrim surəsinin 11-ci ayəsində verilib: Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Fir’ondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!" – demişdi.
  2. Nisa surəsi, 124
  3. Məryəm surəsi, 63
  4. Ali-İmran surəsi, 142
  5. Ğurərul-Hikəm, hədis 4204
  6. əl-Kafi, c.2, səh.89, hədis 7
  7. Biharul-Ənvar, c.78, səh.356, hədis 11
  8. Maidə surəsi, 72.
  9. Sad surəsi, 72.
  10. Taha surəsi, 75.
  • Muhamməd ibn Qutbuddini İzniki. Tərcümə edən: Ramil Xəlilov. Cənnət Yolu Elmihalı. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2012, 184 səh. — ISBN 978 9952 460 23 0
  • Thomas J. O'shaughnessy. Çev: Ömer Kara. Kuran Cenneti. Yüzüncü Yıl Üniversitesi İlâhiyat Fakültesi Dergisi Sayı: 3, s. 353-391, Ocak-Haziran 2000