Cənub balinası — Vikipediya
Cənub balinası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cənub balinası | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
|
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir).
Yayılması
[redaktə | mənbəni redaktə et]Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır. Ona əsasən Cənubi Amerika, Afrikanın cənubu, Avstraliya və Yeni Zelandiya və kiçik suantarktik adaların sahillərində üzür. Cütləşmə dövrü isti sulara üz tutur. Yayda isə daha cənub sulara qida dalınca üz tuturlar.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Ana balina uzun sürən hamiləlikdən sonra qış və ya yazda bala doğulur. Onun uzunluğu 5–6 metr, çəkisi 1000–1500 kq təşkil edir. Dişilər əsasən dəniz buxtalarında balalayır. Körpə tez böyüyür (günə 3 sm). Balina balasını 6 ay südlə bəsləyir. Cənub balinaları canlılar arasında ən böyük cinsiyyət üzvünə malikdir. Cinsiyyət üzvünün çəkisi ümumi çəkisinin 2% bərabərdir (bir tona yaxın).
Təhlükə
[redaktə | mənbəni redaktə et]Uzun zaman Şimalatlantik balinaları kimi Cənub balinalarıda kütləvi şəkildə ovlanılırdı. Onların hər şeyə maraq göstərməsi, onları ovçular üçün asan şikara çevirirdi. 1937-ci ildən tətbiq edilən qadağa sayəsində onların sayı bərpa olur. Hal-hazırada dünyada 7000 baş Cənub balinası vardır.
Cənub balinaların görünmə yeri
[redaktə | mənbəni redaktə et]Cənub balinalaın ən çox rast gəlinən ərazisi Valdes yarımadası yaxınlığıdır. Onları katerdən iyun-dekabr ayları ərzində daha yaxşı müşahidə edilir. İyun-noyabr aylarında isə Qərbi Avstraliyada Olbani şəhəri sahilində görünürlər.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- R. R. Reeves, B. S. Stewart, P. J. Clapham, J. A. Powell: See Mammals of the World — a complete Guide to Whales, Dolphins, Seals, Sea Lions and Sea Cows. A&C Black, 2002, ISBN 0-7136-6334-0
- M. Würtz, N. Repetto: Underwater world: Dolphins and Whales. White Star Guides, 2003, ISBN 88-8095-943-3
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1998.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0