Camaldın — Vikipediya
Camaldın | |
---|---|
39°05′25″ şm. e. 45°35′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Camaldın (əvvəlki adı: Camaldin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Camaldin Camaləddin şəxs adının təhrifə uğramış forması hesab olunur. Əslində, Camal (şəxs adı) və din/ dın (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, adını Camal yaylağının adından almışdır.[4]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə XII əsrə aid Əliməmməd ibadətgahı var.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Əlincəçayın sahilində, dağ ətəyində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 1464 nəfərdir.
Şəhidləri
[redaktə | mənbəni redaktə et]- Şamil Babayev (26 yanvar 1988; Camaldın, Culfa rayonu — 8 noyabr 2020; Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, Vətən müharibəsinin şəhidi
- Hafis Qasımov (18 iyul 1998; Camaldın, Culfa rayonu — 14 oktyabr 2020; Füzuli rayonu,) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
- Mirəyyub Seyidov (1 yanvar 1966; Camaldın, Culfa rayonu — 23 iyul 1992) Sədərək döyuşlərində "Miltəpə" yüksəkliyində şəhid olub.
- Məsum Əhmədov (17 avqust 1965; Camaldın, Culfa rayonu — 11 iyun 1997; Biçənək, Şahbuz rayonu) Azərbaycan Silahlı Qüvvələrinin giziri.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ Camaldın // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Culfa rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |