Canıbəy xan Şamlı — Vikipediya
Canıbəy xan Şamlı (fars. جانی بیگ خان شاملو; v. 1645) — I Səfi (1629–1642) və II Abbas (1642–1666) dövrlərində Səfəvilər dövlətində eşikağasıbaşı və qorçubaşı olmuşdur.[1]
Qızılbaşların Şamlı tayfasından olan Canıbəy xanın ilkin həyatı haqqında məlumat yoxdur. Adam Oleari onu "kəndli oğlu" adlandırır və əlavə edir ki, Canıbəy I Abbasın (1588–1629) dövründə şahın "təvazökar qulluqçusu" olub.[1]
Canıbəy xan 1645-ci il oktyabrın 15-də öz tərəfdarları və tayfasının digər üzvləri ilə birlikdə II Abbasın anasının təhriki ilə öldürülüb.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Matthee, 2008. səh. 544–545
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Matthee, Rudi. Jāni Beg Khan Bigdeli Šāmlu // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica, Volume XIV/5: Jamalzadeh, Mohammad-Ali II. Work–Japan IV. Iranians in Japan. London and New York: Routledge & Kegan Paul. 2008. 544–545. ISBN 978-1-934283-06-6.