Car — Vikipediya

Car
41°40′19″ şm. e. 46°41′14″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 754 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3244 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6214[1]
Xəritəni göstər/gizlə
Car xəritədə
Car
Car

CarAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Car kənd Zaqatala şəhərinin şimalında, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Kəndin ərazisindən 2 dağ çayı (Bəkməz çayı və Zilban çayı) axır.

Car kəndi 5 obadan (Kiqooba, Laçıntaxta, Laçındərə, Cinitaxta, Kusataxta) ibarətdir. Kənddə bir orta və bir əsas məktəb, həkim məntəqəsi, 35 yerlik uşaq baxçası, məscid binası, 3 hücrə, Axaxdərə kəndində 1 ibtidai məktəb vardır.

Tarixi abidələr: 1 məscid (XVII əsr), 3 hücrə, 2 qədim qəbiristanlıq. Ərazidə "Gülüstan" turist bazası yerləşir. Hazırda turist bazasında məcburi köçkünlər yerləşdirilib.

"Cingizqala" abidəsi

[redaktə | mənbəni redaktə et]

Kənddə XVI əsrə aid və müdafiə məqsədləri üçün tikilmiş, hündürlüyü 10–12 metr olan Cingizqala vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Car ərazi nümayəndəliyi rayon mərkəzindən 1 km şimalda, Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Şərq tərəfdən Tala çayı, şimaldan Qafqaz dağları, qərb tərəfdən Kebeloba kəndi, cənubdan isə Zaqatala şəhəri ilə həmsərhəddir. Nümayəndəlik özündə üç kəndi (Car, Zilban, Axaxdərə) birləşdirir.

Nümayəndəliyin ərazisi 1314 hektardır.

Əhalisi 3245 (Car — 2405, Zilban — 551, Axaxdərə — 289) nəfər, əsasən avarlardır. Dini mənsubiyyəti müsəlman.

Nümayəndəlik, RİHB-nin ərazi İcra nümayəndəsi və Car Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.