Castin Timberleyk — Vikipediya
Castin Timberleyk | |
---|---|
ing. Justin Timberlake | |
Ümumi məlumatlar | |
Doğum adı | Justin Randall Timberlake |
Ləqəbi | JT |
Doğum tarixi | 31 yanvar 1981[1][2][…] (43 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşağı | 2[3] |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni |
Fəaliyyət illəri | 19971992-ci ildən |
Janrlar | pop musiqisi, müasir R&B[d], neo soul[d], elektropop[d] |
Musiqi alətləri | piano, gitara, klavişli alət[d], bitboks |
Albom şirkətləri | RCA Records, Jive Records[d] |
justintimberlake.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[1][2][…], Memfis, Tennessi[4]) — Amerikalı müğənni və aktyor
Həyatı
[redaktə | mənbəni redaktə et]Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb.
İlk illər
[redaktə | mənbəni redaktə et]O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu. Bununla belə qrup dostu olan JC Chasez ilə də burada tanış olub. 1995-ci ildə "The Mickey Mouse Club" proqramı bitdikdən sonra o, Chasez və Chris Kirkpatrick ilə 'N Sync adlı qrupu yaratdılar.
1995–2004: 'N Sync və Justified
[redaktə | mənbəni redaktə et]O, 1990-cı illərin populyar "boyband" qrupu olan N'Sync'in bir üzvü idi. Qrup 1995-ci ildə qurulub və 1998-ci ildə ABŞ-də tanınıb. 2000-ci ildə Çıxardıqları "No strings attached" albomu həmin illərin ən tez satılan albomlarından biri oldu. 2002-ci ildə qrup "Celebrity" albomunu yayımladıqdan sonra, qrup fəaliyyətində bir az fasilə verməyi qərara aldılar. O boş dayanmaq istəmədi, və özünün solo albomunu hazırlamağa başladı. O, bu albom ilə boyband üzvü, teenage (yeniyetmə) qrupuna xitab edən, gənc qızların sevgilisi imicini qazanan, həm musiqi həm də görünüş mənasında, daha yaraşıqlı bir imic qurmağı hədəflədi. 2002-ci ilin Mart ayında uzun müddət sevgili olduğu Britni Spirs'dan ayrıldı. Bu ayrılıq ona çox pis təsir etdi və o ürəyini belə desək – "alboma boşaltdı". O, "Cry me a river" adlı musiqini Britney üçün yazdı. Sözügedən musiqinin klipində diqqət çəkən daha bir məqam: klipdə rol alan qız Britneyə oxşayır və onun kimi geyinmişdir.
29 avqust 2002-ci ildə aylarla davam edən məşqlər sonrasında o, ilk dəfə "MTV Klip mükafatları" müsabiqəsində səhnəyə çıxaraq, albomunun ilk sinqlı olan və "The Neptunes" qrupu ilə birlikdə üzərində işlədiyi "Like I love you" adlı mahnını oxudu. Mahnı hit oldu və "Billboard Top 100" siyahısında ilk 11-lik arasında daxil oldu. Bu uğurundan sonra, 5 Noyabr, 2002-ci ildə "Justified" albomu yayımlandı. "N Sync"in daha əvvəlki albomundan az satıldı, lakin buna baxmayaraq o "Billboard Top 200 Album" siyahısında ikinciliyi ələ keçirdi. O, sevgilisi Britney ilə mediada çox tanınmasına baxmayaraq, albomu satış üzrə böyük uğur qazana bilmədi. ABŞ-də 3,5 milyon, dünyada isə 7 milyon nüsxə satıldı. Bu uğurda "The Neptunes" və "Timbaland" kimi prodüserlərin də rolu böyük oldu. Albomun uğuru 2003-cü ilin sonlarına qədər davam etdi. Albomdan bir çox hit çıxdı. O, albomunu daha da tanıtmaq üçün Christina Aguilera ilə Justified&Stripped adlı səyahətə çıxdı. Daha sonra isə Cry me a river adlı mahnısına klip çəkdirdi. 2003-cü ilin sonunda "I'm lovin' it" adlı mahnıya bir sinql çıxardı, bu sinql "McDonald's" tərəfindən də istifadə edilib.
2004–2007: Aktyorluq və FutureSex/LoveSounds
[redaktə | mənbəni redaktə et]2004-cü ildə Grammy mükafatını qazandıqdan sonra, musiqi karyerasında bir az fasilə verdi, bu dəfə daha çox film karyerasına meyilləndi. Bu dövrdə çəkdiyi filmlərdən ən vacib rolunu "Edison" filmində bir jurnalisti canlandıraraq oynadı. Rol aldığı filmlər bunlardır: Alpha Dog, Black Snake Moan, Richard Kelly'nin Southland hekayələri. O, "Shrek 3" filmində səsi ilə də yer aldı. Həmçinin Cameron Diaz da adı gedən filmdə səsləndirmə etmişdi. Məhz buna görə də onların sevgili olduqları şayələri yayıldı. Bu dövrlərdə o, başqa müğənni və qruplarla duetlər oxuyub. Bunlardan bəziləri: Black Eyed Peas, Nelly və Snoop Dogg-dur. 2005-ci ildə o səs tellərindən əməliyyat olundu. Elə həmin dövrlərdə də "JayTee Records" adlı öz şirkətini qurdu.
12 senyabr 2006-cı ildə son albomu FutureSex/LoveSounds albomunu yayımladı. 2005-ci ildən etibarən hazırlanmağa başlanılan bu albom "Billboard" siyahısında 1-ci yerə layiq görüldü. Bu albom eyni zamanda musiqi tarixinin albom çıxmamış iTunes'da ən çox sifariş edilən albomu oldu. Albomun ilk sinqlı "SexyBack" oldu və o, bu sinqlı 2006-cı il "MTV Klip mükafatları"nın açılışında oxudu. Sinql 1 həftə amerikan musiqi listlərində nömrə 1 sinql oldu. 2006-cı ilin Oktyabr ayında O, musiqi kariyerasına, film kariyerasından daha çox önəm verəcəyi dedi. Daha sonra isə albomdan ikinci sinql "My Love" yayımlandı. O, 2006-cl il "Victoria's Secret Fashion Show"da qonaq sənətçi olaraq iştirak etdi. Həmin dövrlərdə də Jessica Biel ilə sevgili olmuşdur. 2007-ci ilin Fevralında, albomun üçüncü sinqlı – "What goes around…/…Comes around" adlı musiqini yayımladı. Sözügedən musiqinin klipində Scarlett Johansson da yer almışdır. Albomdan dördüncü sinql olaraq "LoveStoned" adlı mahnısını seçdi. Daha sonra Beyonce-lə duet – "Until the end of time" və son olaraq "Chop me up" adlı mahnılar sinql kimi yayımlandı. O, bu albom üçün 2007-ci ildə FutureSex/LoveShow adlı bir konert səyahətinə çıxdı.
2013–17: The 20/20 Experience, 2 of 2 ve Troller
[redaktə | mənbəni redaktə et]iyun 2012-ci ildə Timberleyk, üçüncü studiya albomu The 20/20 Experience'in üzərində "ağlında qayda və / və ya son məqsəd olmadan" işə başladı. Musiqiyə dönəcəyini yanvar 2013-də dedi və Jay-Z ilə düet etdiyi albomun çıxış single "Suit & Tie"ı yayımladı. Dörd il ərzində heç bir konsertdə performans sərgiləməyən Timberleyk, 2 fevral 2013 New Orleansı 2013 Super Bowl'dan bir gecə əvvəl və "DirecTV Super Saturday Night"ta səhnə aldı. 10 fevral 2013 "Suit & Tie"ı rəngli işıqlandırmalarla 55. Grammy Mükafatlarında səsləndirdi; Jay-Z tamaşaçıların arasından özü də qatıldı. 11 fevral 2013-də "Mirrors", albomun ikinci sinql olaraq yayımlandı. The 20/20 Experience 19 mart 2013-də Jive Records'un dağılması səbəbiylə RCA Records vasitəsilə nümayiş olundu. Albom 980.000 kopiya satışla siyahılara bir nömrədən girdi. Timberlake ayrıca Jay-Zin on ikinci studiya albomu Magna Carta … Holy Grail'daki "Holy Grail", "BBC" (Nas, Swizz Beatz, Timbaland, Pharrell Williams, Niigo və Beyoncé ilə birlikdə) və "Heaven" adlı mahnılarda iştirak etdi. Timberlake, 25 avqust 2013-cü ildə, 2013 MTV Video Musiqi Mükafatlarında MTV Video Vanguard Mükafatını qazandı. Həmçinin, "Mirrors" ilə qazandığı İlin Video Klibi daxil üç mükafatı evinə apardı.
Timberleyk'in dördüncü studiya albomu The 20/20 Experience — 2 of 2, 30 sentyabr 2013-də yayımlandı və Billboard Hot 100 siyahısına bir nömrədən girdi. Albomun çıxış sinqlı "Take Back the Night" 12 iyul 2013 tarixində yayımlandı. Albomdan daha sonra "TKO" adlı sinql yayımlandı. Timberleyk, Beyoncenin 13 dekabr 2013 sürpriz bir şəkildə iTunes üzərindən yayımlanan və öz adını daşıyan beşinci studiya albomunda prodüser və mahnı yazıçısı olaraq vəzifə aldı. 25 fevral 2014-cü ildə "Not a Bad Thing", The 20/20 Experience — 2 of 2'nun üçüncü sinqlı olaraq yayımlandı. Sinql, Hot 100 siyahısında ilk ona girdi və Mainstream Top 40 siyahısında zirvəyə çatdı. Və Timberleyk beləcə də, Mainstream Top 40 siyahısında ən çox bir nömrə olmuş və ilk ona girmiş sinqlı olan kişi sənətçi oldu. O, Mr. Timberlake adı verdiyi ümumi bir albom yayımladı. Ciara ilə yayımladığı "Love Sex Magic" adlı duet dünyada ən çox dinlənilən musiqi olaraq toplistlərdən düşmədi.
2014-cü ildə Timberleyk, Maykl Cekson'un ölümündən sonra yayımlanan ikinci albomu Xscape'dəki "Love Never Felt So Good" sinqlında yer aldı, həm də mahnının prodüserliyini Timbaland ve Jerome "J-Roc" Harmon ilə birlikdə üstləndi. 14 may 2014-cü ildə Cekson, Timberleyk və Cekson'un bilinən rəqs hərəkətləri və fanatlarının görüntülərindən cəmləşən və rejissorluğunu Timberleyk ve Rich Lee'nin üstləndiyi bir video klip yayımlandı.
The 20/20 Experience World Tour'un Las Vegas'daki MGM Grand Garden Arena'da olan son konserti, Justin Timberlake The Tennessee Kids adıyla filmə köçürüldü və 13 sentyabr'da 2016 Toronto Beynəlxalq Film Festivalında dünya premyerası etdi. Film daha sonra 12 oktyabr'da Netflix'də yayımlandı.
Timberleyk, yoldaşı Cessika Bil'in rol aldığı filmində, həmin filmin prodüseri və aktrisası olduğu halda, 2017-ci ildə yayımlanan The Book of Love filminin, musiqilərini özü bəstələdi və prodüserliyinidə öz boynuna götürdü.
Timberleyk, DreamWorks Animation'ın musiqili komediya filmi olan Troller'da Anna Kendrick ilə birlikdə ana rolunu səsləndirdi. Və filmin musiqilərinin prodüserliyini öz boynuna götürdü və filmdəki "Can't Stop the Feeling!" mahnısını səsləndirdi. Daha sonra mahnını 2016 Eurovision Mahnı Yarışmasının finalında canlı söylədi. Sinql olaraq yayımlanan mahnı, Billboard Hot 100 siyahısında zirvəyə girdi və on altı ölkədə daha bir nömrə oldu. Müğənninin Mainstream Top 40 siyahısında səkkizinci bir nömrəli mahnısı oldu və beləcə Timberleyk, bu siyahıda kişi sənətçilər arasında birinciliyə yüksəldi. 2,4 milyon kopiya satan mahnı, ABŞ-də o il ən çox satılan sinql oldu.
2018: Man of the Woods və Super Bowl Lii dövrə arası nümayişi
[redaktə | mənbəni redaktə et]Timberleyk, 4 fevral 2018-ci ildə Minneapolis, Minnesota'da reallaşan Super Bowl Lii dövrə arası nümayişində səhnə aldı. Beşinci studiya albomu Man of the Woods, dövrə arası nümayişindəki performansından iki gün əvvəl, 2 fevralda yayımlandı. Sənətçi, albomun yayımını izləyən ayda yeni bir tura çıxacağını dedi. Albomun ilk sinqlı olan "Filthy", 5 yanvarda yayımlandı.
Digər işləri
[redaktə | mənbəni redaktə et]O, uşaqlıq dostu Trace Ayala ilə "William Rast" adında bir kolleksiya da hazırladı. ABC kanalı NBA-nın açılışı üçün ondan bir musiqi istədi. 2005-ci ildə Grammy Münsifləri, onu insancıl yardımlarına görə mükafatlandırdı.
2002-ci ilin sonlarında MTV-nin məşhur verilişi Punk'd-nin ilk məşhur qonağı oldu. MTV tərəfindən Kelly Osbourne'a edilən zarafatda yer aldı və beləcə verilişdə bir dəfədən daha çox yer alan ilk məşhur oldu.
Noyabrın 2-si, 2006-cı ildə yayımlanan "MTV Avropa Musiqi Mükafatları" adlı müsabiqənin aparıcılığını edib. Nickelodeon uşaq kanalı, 3 fevral 2007-ci ildə "2007 Nickelodeon Kids Choice Awards"ın aparıcılığını edib. 2008-ci ildə Pepsinin maraqlı bir reklam rolikində rol aldı. Zəhmətkeş biri kimi tanınan JT, 17 oktyabr 2009-cu ildə Shriners Hopitals for Childrean adında bir uşaq xəstəxanası üçün Justin and Friends adlı bir konsert verdi. Bu konsertdə onunla bərabər Alişa Kiz, Ciara, Snoop Dogg, Jay Sean, Taylor Swift və TLC kimi məşhurlar da çıxış edib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Justin Timberlake // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Justin Timberlake // GeneaStar.
- ↑ https://www.nydailynews.com/snyde/ny-timberlake-and-biel-20200926-zpyavzlnrzakthhy4k6vanxffy-story.html.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #128885718 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.