Ceyson Steytem — Vikipediya
Ceyson Steytem | |
---|---|
ing. Jason Statham | |
Doğum tarixi | 26 iyul 1967[1][2] (57 yaş) |
Vətəndaşlığı | |
Partnyorları |
|
Fəaliyyəti | film prodüseri, kino aktyoru, model[d], karateçi, kikboksçu, aktyor, səsləndirmə aktyoru[d], futbolçu |
Fəaliyyət illəri | 1998-ci ildən |
IMDb | ID0005458 |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967[1][2]) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb.[3] Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib.[4][5]
Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, eləcə də kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmişdir. 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem həmin dövrlərdə kinorejissor Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçilib. 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma" filmlərində rol alıb.
Steytem bu filmlərin uğurunda sonra "Daşıyıcı" (ing. Transporter) trilogiyasında (2002–2008) Frenk Martin rolunu ifa etdi. O, "İtalyansayağı oğurluq" (2003), "Adrenalin" (2006), "Müharibə" (2007), "The Bank Job" (2008), "The Mechanic" (2011), "Casus" (2015) və "Mechanic: Resurrection" (2016) kimi bir sıra soyğun və döyüş-triller filmlərində çəkildikdən sonra Hollivudda ad çıxarmağı bacardı. Digər tərəfdən, o, "Revolver" (2005), "Chaos" (2005), "In the Name of the King" (2007), "13" (2010), "Blitz" (2011), "Peşəkar" (2011), "Hummingbird" (2013) və "Wild Card" (2015) kimi uğursuz filmlərdə də çəkilib. O, kommersiya uğurunda azalma ilə üzləşdikdən sonra "Qabağıalınmazlar" və "Forsaj" kimi məşhur film seriyalarında çəkilərək öz uğuru bərpa edib. Forsaj seriyasının bir hissəsi olan "Hobs və Şou" spin-off filmində Deckard Shaw obrazını canlandırıb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ceyson Steytem 26 iyul 1967-ci ildə Derbişirin Şayrbuk şəhərində anadan olub.[6][7] Onun anası Eileen (qızlıq soyadı: Yates) rəqqasə, atası Barri Steytem isə küçədə satıcı olub.[8] Atası həmçinin Kanar adalarında ev rəngsazı, kömür mədənçisi və müğənni kimi müxtəlif peşələrlə məşğul olub. Steytem Norfolk ştatının Great Yarmouth şəhərində məskunlaşdıqdan sonra atası kimi dükanlarda işləmək istəmədi, və bunun əvəzinə vaxtını döyüş sənətləri ilə məşğul olmağa sərf etdi. O və futbolçu Vinni Cons birlikdə böyüdülər, daha sonra ikisi də aktyorluq etməyə başladılar. Vinni Cons Steytemi futbol ilə tanış etdi, Ceyson 11 yaşından, 1978-ci ildən 1983-cü ilə qədər oxuduğu məktəbin komandasında futbol oynamağa davam etdi, o, bununla yanaşı suya tullanma ilə də məşğul olurdu.[9]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Lock, Stock and Two Smoking Barrels (1998)
- Qapışma (2000)
- Tək (2001)
- The Transporter (2002)
- İtalyansayağı oğurluq (2003)
- Collateral (2004)
- Transporter 2 (2005)
- Revolver (2005)
- Adrenalin (2007)
- Müharibə (2007)
- The Bank Job (2008)
- Death Race (2008)
- Transporter 3 (2008)
- Adrenalin 2: Yüksək gərginlik (2009)
- Qabağıalınmazlar (2010)
- Gnomeo & Juliet (2011)
- Blitz (2011)
- Peşəkar (2011)
- Safe (2012)
- Qabağıalınmazlar 2 (2012)
- Parker (2013)
- Forsaj 6 (2013)
- Hummingbird (2013)
- Homefront (2013)
- Qabağıalınmazlar 3 (2014)
- Forsaj 7 (2015)
- Casus (2015)
- Mechanic: Resurrection (2016)
- Forsaj 8 (2017)
- Meq (2018)
- Forsaj: Hobs və Şou (2019)
- Wrath of Man (2021)
- Forsaj 9 (2021)
- Forsaj 10 (2023)
- Meg 2: The Trench (2023)
- Expend4bles (2023)
- The Beekeeper (2024)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Jason Statham // The Fine Art Archive. 2003.
- ↑ 1 2 Jason Statham // Munzinger Personen (alm.).
- ↑ Martin, Reed. The Reel Truth: Everything You Didn't Know You Need to Know About Making an Independent Film. Macmillan. 28 April 2009. ISBN 9780571211036. 5 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 January 2024.
- ↑ "Scholars tackle soaraway success of Jason Statham". Times Higher Education (THE). 21 December 2017. 23 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2018.
- ↑ Jones, Emma. "Jason Statham: Billion dollar man". BBC News. 3 May 2012. 21 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2018.
- ↑ Statham, Jason. "Thanks for all the Birthday messages. The real date is 26 July..." Jason Statham verified Facebook page. 12 September 2013. 13 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2015.
- ↑ Syson, Damon. "Jason Statham stays true to himself". The Independent. London. 2 June 1995. 19 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2011.
His name's Jason Statham, he's 26 [in June 1995]...
- ↑ Corcoran, Monica. "Action Bloke". The New York Times. 3 September 2006. ISSN 0362-4331. 25 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2018.
- ↑ dirt.com. "Jason Statham Bio". dirt.com. 14 June 2012. 23 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2012.