Con Byufort — Vikipediya
Con Byufort | |
---|---|
ing. John Beaufort | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1373 |
Vəfat tarixi | 16 mart 1410 |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Gentli Con[1] |
Anası | Ketrin Svinford[1] |
Uşaqları | |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Con Byufort (ing. John Beaufort; təq. 1373 – 16 mart 1410) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ən böyüyü idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq aldı.
Özündən sonra doğulan bacı və qardaşları da bu soyadı aldılar və birlikdə Byufort uşaqları olaraq anılmağa başladılar. Byufort uşaqları İngiltərə kralı II Riçardın səltənətində 1390 və 1397-ci illərdə 2 dəfə parlament tərəfindən, 1396-cı ilin sentyabrında isə Papa IX Bonifas tərəfindən qanuni övlad elan edildilər. Buna baxmayaraq ögey qardaşları IV Henri 1399-cu ildə İngiltərə kralı təyin edildikdən dərhal sonra onların taxt hüquqlarını əlindən aldı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Jones, Michael K, and Malcolm G. Underwood, The King's Mother: Lady Margaret Beaufort, Countess of Richmond and Derby. Cambridge University Press, 1992. see especially pp. 17–22
- Weir, Alison (2008). Britain's Royal Families, The Complete Genealogy. London: Vintage Books. ISBN 978-0-09-953973-5
- Marshall, Rosalind (2003). Scottish Queens, 1034-1714. Tuckwell Press
- ↑ 1 2 3 Kindred Britain.