Con Franklin — Vikipediya

Con Franklin
ing. John Franklin
Doğum tarixi 16 aprel 1786(1786-04-16)[1][2][…]
Doğum yeri Linkolnşir, İngiltərə
Vəfat tarixi 11 iyun 1847(1847-06-11)[1][2][…] (61 yaşında)
Vəfat yeri
Milliyyəti İngilis
Fəaliyyəti səyyah
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Franklin (ing. Sir John Franklin; d. 16 aprel 1786 – ö. 11 iyun 1847) — İngilis səyyahı; qütb tədqiqatçısı; dəniz zabiti. 1819-1827-ci illərdə Şimali Amerikanın şimal sahillərinin tədqiqi ilə məşğul olan ekspediyalara rəhbərlik etmişdir. 1836-1843-cü illərdə Tasmaniyanın qubernatoru olmuşdur. 1845-ci ildə Erebus və Terror gəmilərində Şimal-Qərb keçidini axtaran ekspedisiyaya rəhbərlik etmişdir. Ekspedisiyanın qalıqları 1857-1859-cu illərdə F.L. Mak Klintok tərəfindən Kinq Uilyam adasında tapılmışdır. AlyaskaKanadada burun, dağlar, boğazlar və körfəzlər Fraklinin şərəfinə adlandırılmışdır.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Sir John Franklin // Encyclopædia Britannica (ing.).