Corc Fen — Vikipediya

Corc Fen
ing. George Fan
Fen 2018-ci ildə.
Fen 2018-ci ildə.
Doğum tarixi 1978
Milliyyəti Amerikan
Təhsili Berkli Kaliforniya Universiteti
Fəaliyyəti videooyun dizayneri
yaradıcı direktor
Fəaliyyət illəri 2000–hal-hazırda
Tanınır Insaniquarium
Plants vs. Zombies
Octogeddon

Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indi oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"i təsis etmiş və Müstəqil Oyunlar Festivalında[ing.] finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games[ing.]" üçün "Insaniquarium"u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.

Daha sonra Fen "Blizzard"dan ayrılmış və "Plants vs. Zombies"i inkişaf etdirməyə başlamışdır. O, onu bir komanda ilə təmin edən "PopCap"ın daimi işçisi olmuşdur. 2009-cu ildə buraxıldıqdan sonra "Plants vs. Zombies" "PopCap"in ən çox satılan oyunu olmuşdur. "Electronic Arts" 2011-ci ildə "PopCap Games"ı satın almış və Fen EA-in 2012-ci ildə "Plants vs. Zombies 2" üçün "ödə və qazan oyunu" modelini tətbiq etmə ideyasına qarşı çıxdığı üçün işdən çıxarılmışdır. O, "Octogeddon"u inkişaf etdirməyə başlamış və oyunu 2012-ci ildə "Ludum Darer[ing.]" oyun müsabiqəsinə təqdim etmişdir. Fen Riç Verner və Kert Pfeffer ilə birlikdə "All Yes Good" adlı şirkət təsis etmiş və "Octogeddon"u buraxıldığı 2018-ci ilə qədər daha da inkişaf etdirmişdir. O, daha sonra 26 oktyabr 2023-cü ildə buraxılmış "Hardhat Wombat"i inkişaf etdirmişdir.

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Fen 1978 təvəllüdlüdür.[1] O, qardaşı ilə birlikdə böyüyüb və onlar ataları ilə birgə yaşayıblar.[2][3] Berkli Kaliforniya Universitetində təhsil almış və 2000-ci ildə kompüter elmləri fakültəsini dərəcə ilə bitirmişdir.[1]

2000–2001: Erkən karyerası

[redaktə | mənbəni redaktə et]

Fen ilk olaraq işə "Arcade Planet" şirkəti tərəfindən yaradılmış onlayn oyun portalı "Prizegames.com"[4] üçün Java videooyunları yaratmaqla başladı.[5] Fen veb-saytı "Chuck E. Cheese[ing.]"ın "onlayn versiyası" şəklində şərh etmişdir.[4] Onun tərtib etdiyi ilk videooyunu 2001-ci ildə buraxılmış "Wrath of the Gopher" adlı pazl oyunu idi.[6][7] O, "Destructoid"in baş redaktoru Kris Kartera demişdi ki, oyunu yaratmazdan əvvəl "Wrath of the Gopher"ın dizayneri olub-olmayacağından əmin deyildi.[4]

2001–2012: PopCap Games

[redaktə | mənbəni redaktə et]

Fen java oyunları ilə maraqlanarkən "PopCap Games"ı kəşf etdi və oyun kitabxanasını bəyəndi.[4] 2001-ci ildə Tayson Henderson ilə bərabər "FishTank" adlı bir "virtual ev heyvanı" növündə videooyunu üstündə çalışmaq məqsədilə Kaliforniyada "Flying Bear Entertainment"ı qurdu.[1] Fen "girilməsi asan, amma çox dərin bir şeyə açılan" bir oyun yaratmaq istədi.[8] "Flying Bear Entertainment" java əsaslı olan oyunu 31 avqust 2001-ci ildə "Insaniquarium" adı ilə ödənişsiz oyun kimi yayımladı.[7] O, oyunla 2002-ci ildə Müstəqil Oyunlar Festivalında[ing.] iştirak etmiş və finalist olmuşdur.[4] 2002 GDC[ing.]-da finalist stendində "PopCap Games" ona "Insaniquarium"u endirilə bilən bir oyun etmək üçün dəstək olmağı təklif etdi.[9] "Insaniquarium" "oyun dizaynında innovasiya" kateqoriyasında qalib gəldi.[10]

Həmin vaxtı Fen "Blizzard Entertainment"də iş axtarırdı. Blizzard Fenə onlarla işləmədiyi vaxtlarda "Insaniquarium" üzərində işləməyə icazə verirdi.[9] O dövrdə Fen müstəqil video oyun dizayneri olduğu üçün bəzi musiqiləri bəstələməklə yanaşı, "Insaniquarium"un proqramlaşdırılması və dizaynının əksəriyyətini təkbaşına yerinə yetirməyə məcbur olmuşdur.[11] Yayımçısı "PopCap Games" olan "Insaniquarium" 2004-cü ildə "Insaniquarium: Deluxe"[a] adı ilə PC üçün təqdim edilmiş və kritik və mali uğurlarla qarşılanmışdır.[13] Oyunun 2006-cı ilə qədər PC-də 20 milyon nüsxəsi satılmış[14] və 13 aprel 2006-cı ildə ABŞ-də, 29 iyun 2006-cı ildə Avropada[15] "Glu Mobile" tərəfindən mobil telefon versiyası buraxılmışdır.[16] Oyun həmçinin 6 avqust 2008-ci ildə Palm OSWindows Mobile telefonları və fərdi cib kompüterləri üçün təqdim edilmişdir.[17]

Fen iki il yarım Blizzardda çalışdı.[9] Bu müddət ərzində o, süni intelekt proqramlaşdırması və "Diablo III" üçün oyundakı düşmən personajların dizaynını tərtib etməklə vəzifələndirildi.[6][18] Fen "Insaniquarium"un təqdim olunmasından qısa bir vaxt sonra proqramçıdan daha çox dizayner olduğunun fərqinə vardı. O, Blizzardda dizayner olmağa çalışmış, ancaq digər işçiləri öz fikirlərinə inandırmaqda çətinlik çəkmişdir. Bu da onu daha kiçik komandalarda işləməsi seçimini etməsi qənaətinə götürmüşdür.[9]

Fen müstəqil oyun dizayneri olmaq üçün Blizzarddan bir illiyinə ayrılmışdır.[9] O, nəhayət sonda yeni bir oyun yaratmaq üçün "Insaniquarium" və "Warcraft III" proyektlərdən ilham almışdır.[19] O, iki ekranlı Nintendo DS üçün "Insaniquarium"un müdafiə yönümlü versiyasını yaratmağı düşünmüşdür.[9] Lakin o, "Warcraft III" qala müdafiəsi oyununu oynadıqdan sonra bitkilərin daha yaxşı müdafiə strukturları yaradıb-yarada bilməyəcəyi ilə maraqlanmağa başlamışdır. Beləcə qala müdafiəsi janrına yeni konseptlər gətirmək istəmiş və müdafiə strukturlarını görməzdən gələn və onlara məhəl qoymayan düşmənlər fikirləşmiş, bu da oyunda yol zolaqlarının istifadəsinə gətirib çıxartmışdır.[6][11] Öncədən "Insaniquarium"dakı yadplanetlilər olması planlanan düşmənlər oyunu digər bitki oyunlardan fərqli hala gətirmək üçün zombilərə dönüşdürülmüşdür.[6] Oyun əsərinin adı "Weedlings" olsa da, düşmənlərin yadplanetlilərdən zombilərə çevrilməsindən sonra adı dəyişdirilərək "Plants vs. Zombies" adlandırılmışdır.[6][9]

Fen əvvəlcə "Plants vs. Zombies" üzərində müstəqil şəkildə işləmişdir.[20] "PopCap Games"a qoşulmasının ona ən yaxşı oyunu yaratmağa kömək edəcəyinə inandıqdan sonra şirkətin daimi işçisi olmağa qərar vermişdir.[9] "PopCap" Fenin də içində yer aldığı, sırası ilə proqramçı, rəssam və bəstəkar rollarını üstlənən Tod Sempl, Riç Verner və Laura Şiqiharadan ibarət bir komanda qurmuşdur. Fen həmçinin oyunun tyutorial personajı olan Devid Röhrlın adını daşıyan "Crazy Dave" (azərb. Çılğın Deyv‎) personajını da səsləndirəcəkdi.[11] "Plants vs Zombies"in ərsəyə gəlməsi üç il yarım vaxt çəkdi.[20] "Plants vs. Zombies", "Insaniquarium" və "Warcraft III"dan başqa, arkada oyunu "Tapper",[11] kart oyunu "Magic: the Gathering"[6] və "Swiss Family Robinson"[20] filmindən də ilham almışdır. İnkişafın kritik aspekti oyunun təsadüfisərt oyunlar arasında balanslaşdırılmış şəkildə dizayn edilməsi idi.[6][21][22]

"Plants vs. Zombies" 5 may 2009-cu ildə PC və Mac OS X üçün buraxılmışdır.[23] Oyun "Metacritic" tərəfindən ümumi 100 üstündən 87 bal alaraq tənqidçilərdən müsbət rəy almışdır.[24] Çox keçmədən PopCap Games tərəfindən inkişaf etdirilən ən çox satılan videooyun oldu.[25][26][27] PopCapın Asiya/Pasifik bölməsinin vitse-prezidenti Ceyms Qvertzman 2010 "GDC China" konfransında etdiyi bir təqdimatda oyunun beynəlxalq miqyasda 1,5 milyon nüsxəsinin satıldığını açıqlamışdır.[28] "Plants vs. Zombies" iOS, Xbox 360Nintendo DS da daxil olmaqla müxtəlif platformalara da daşınmışdır.[29]

Fenin PopCap üçün dizayn etdiyi ləğv edilən, yaxud elan edilməyən müxtəlif başqa başqa layihələri də var idi. Bunlardan biri "Yeti Train" adlı rol oyunu idi,[4] 2009-cu ildə PopCap tərəfindən bu oyunun ticarət markasının təqdim edilməsinin ardından[30] yeni bir franşiza halına gələcəyi söhbətləri dolaşdı, ancaq 2011-ci ilin martında PopCap SEO-su Devid Roberts yeni franşizalar yayımlama planlarının olmadığını qeyd etdi.[31] İstehsalda olan bir başqa oyun Full Contact Bingo idi.[32]

12 iyul 2011-ci ildə PopCap və aktivləri "Electronic Arts" (EA) tərəfindən 750 milyon dollara satın alınmışdır.[33] EA "Plants vs. Zombies"i böyük bir franşiza olaraq təsvir etmiş, sikvelində freemium modelindən istifadə etməyə başlamışdır, bu da Fenin "Plants vs. Zombies"ə olan marağını itirməsinə səbəb olmuşdur. "Kotaku"dan Ceyson Şrayerə görə, EA PopCapı əməliyyatlarla pulsuz oynanıla bilən oyunlar hazırlamağa istiqamətləndirdikdə "Fen artıq bura uyğun deyildi.".[32] 21 avqust 2012-ci ildə PopCapın 50 işçisi Sietl studiyasını tərk etmiş, və ya işdən çıxarılmışdır. Dublindəki studiyaları ilə birlikdə Şanxay və Fenin də o sıralar çalışdığı San-Mateo studiyaları da bağlanmışdır.[32][34] Fen bu müddət ərzində PopCapın idarə heyətinin aylarla davam edən müzakirələrindən sonra işdən çıxarılmışdır. Fenin EA-in "freemium" modelinə qarşı çıxdığına görə işdən qovulması ilə bağlı yayılan söylənti "The Binding of Isaac" və "Isaac and Super Meat Boy" videooyunlarının yaradıcısı Edmund Makmillenin bir açıqlamasına əsaslanmışdır. Fen bu fikrin doğru olub-olmaması barədə ictimaiyyətə açıqlama verməkdən imtina etmişdir.[32][35]

2012–hal-hazırda: PopCap Games-dan sonrası

[redaktə | mənbəni redaktə et]

Fen 2012-ci ilin 21 avqustunda işdən çıxarıldığı üçün "PopCap Games"dan ayrıldıqdan sonra həmin ildə Ludum Dare[ing.] "Game Jam" üçün arkada tərzi döyüş oyunu "Octogeddon"u yaratmışdır.[36][37] Bu, inkişaf etdiricilərin müəyyən bir mövzu daxilində qısa müddətdə bir oyun yaratması ehtiyacı olan hakaton növü videooyun idi. Ludum Deyr üçün bu, 48 saat idi. 2012-ci ilin mövzusu "təkamül" idi; Fen oktapodun zamanla silah halına gətirilmiş üzvlər qazanmasını təmin edərək "Octogeddon"u bu temaya uyğun şəkildə dizayn etmişdir.[38] Oyun jamda müsbət reaksiyalarla qarşılanmış və Fenə oyun üzərində daha çox çalışması üçün ilham vermişdir.[37] O, "Plants vs. Zombies"in rəssamı Riç Verner və oyunun Xbox 360 portunun proqramçısı Kert Pfeffer ilə birlikdə müstəqil videooyun şirkəti "All Yes Good"u təsis etmişdir.[39]

Fen "Octogeddon" üzərində dizayner, Verner rəssam, Preffer də proqramlaşdırıcı kimi çalışmışdır.[40] Oyunun saundtrekini Cimmi Hinson təmin etmişdir.[4] "Octogeddon" 8 fevral 2018-ci ildə rəqəmsal videooyun paylama platforması "Steam"də təqdim edilmişdir.[41] Oyun "Metacritic"də 100 üzərindən 82 bal alaraq müsbət qarşılanmışdır.[42] Oyunun 16 may 2019-cu ildə "Nintendo Switch" videooyun konsolu versiyası yayımlanmışdır.[43] Fen hazırda şirkətin yaradıcı direktoru kimi çalışır.[44]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Fen Kaliforniyada yaşayır, o, kollec təhsili üçün Berkli Kaliforniya Universitetinə getmiş,[1][8] "Plants vs. Zombies" oyununun inkişafı zaman San-Fransiskoya yerləşmişdir.[2][9] 21 avqust 2012-ci ildə işdən qovulana qədər "PopCap Games"ın Kaliforniyada yerləşən San-Mateo studiyasında çalışmışdır.[32] Hal-hazırda "All Yes Good"un mərkəzi Redvud Şores, Kaliforniyada yerləşir.[44] Onun sevgilisi Laura Şiqihara "Plants vs. Zombies"in bəstəkarıdır.[6] Fenin hobbiləri arasında "Magic: The Gathering" oynamaq və leqo düzəltmək yer alır.[2] O, "Magic: The Gathering" əsas oyun dəstlərindən Magic 2015 üçün Genesis Hydra kartını dizayn etmişdir.[45][46]

İşləri
Oyun Yayımlanma tarixi Janr Rolu İnkişaf etdirən Yayımlayan İst.
Wrath of the Gopher 2001 Pazl Dizayner Arcade Planet Arcade Planet [4][6][7]
Insaniquarium 31 avqust 2001[b] Virtual ev heyvanı Dizayner, proqramçı, bəstəkar Flying Bear Entertainment PopCap Games[c] [7][12][47]
Plants vs. Zombies 5 may 2009 Qala müdafiəsi,
strategiya
Dizayner PopCap Games PopCap Games [48][49]
Diablo III 15 may 2012[d] Rol oyunu Süni intelekt proqramlaşdırıcısı, düşmən dizayneri Blizzard Entertainment Blizzard Entertainment [6][50]
Octogeddon 8 fevral 2018 Döyüş Dizayner All Yes Good All Yes Good [37][51]
Hardhat Wombat 2023 Pazl Dizayner All Yes Good All Yes Good [52][53]
Oyun Yayımlanma tarixi Janr İnkişaf etdirən Yayımlayan Qeydlər
Plants vs. Zombies 2 9 iyul 2013 Qala müdafiəsi, strategiya PopCap Games Electronic Arts Xüsusi təşəkkürlər
  1. "Insaniquarium"un oyun təlimatında buraxılış tarixi 1 sentyabr 2004 olaraq qeyd olunur.[12] Buna baxmayaraq, "Flying Bear Entertainment"ın rəsmi veb-saytı "Insaniquarium"un 30 avqust 2004-də Microsoft Windows və 16 oktyabr 2004-də Mac OS X üçün yayımlanacağını elan etmişdir.[7]
  2. "Deluks" versiyası 2004-cü ildə buraxılmışdır.[7][12]
  3. "Flying Bear Entertainment" 2002 GDC-dan[ing.] sonra, "PopCap Games"ın iştirakından əvvəl yayımçı idi.[9]
  4. 2012-ci ildə buraxılmasına baxmayaraq,[50] Fen yalnız 2002-2004-cü illərdə Blizzardda çalışmışdır.[9]
  1. 1 2 3 4 "Who are we?". Flying Bear Entertainment. Fresh Pulp. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. 1 2 3 Carter, Chris. "It's the 10th anniversary of Plants vs. Zombies: We talked to the creator about the past, present, and future of the series". Destructoid. May 4, 2019. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. Fan, George. How I Got My Mom to Play Through Plants vs. Zombies. Game Developers Conference Vault. March 9, 2012. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  4. 1 2 3 4 5 6 7 8 Carter, Chris. "Plants vs. Zombies creator George Fan on past success, future risks, and drafts with Edmund McMillen". Destructoid. February 1, 2018. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2021. (#redundant_parameters); (#redundant_parameters)
  5. "Arcade Planet Launches Affiliate Program For Exciting, New Games Web Site; PrizeGames.com Makes Debut at Internet World Chicago" (Press-reliz). Arcade Planet. July 12, 2000. August 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 19, 2021Business Wire vasitəsilə.
  6. 1 2 3 4 5 6 7 8 9 10 Fan, George. "Flower Defence". Edge (Müsahibə). May 5, 2009. August 21, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2021.
  7. 1 2 3 4 5 6 "Flying Bear Entertainment News". Flying Bear Entertainment. Fresh Pulp. May 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. 1 2 Fan, George; Henderson, Tysen. "Interview with Flying Bear Entertainment". Gamedev.net (Müsahibə). Interviewed by Drew Sikora. March 2002. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2021.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 Fan, George. "George Fan and his cat on the making of Plants vs. Zombies". PC Gamer (Müsahibə). Interviewed by Graham Smith. November 2, 2010. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2021.
  10. "Winners: 2002 IGF Competition". Independent Games Festival. July 18, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. 1 2 3 4 Fan, George. "Interview with Plants vs. Zombies creator George Fan". Gamezebo (Müsahibə). Interviewed by Erin Bell. May 22, 2009. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2021.
  12. 1 2 3 "Insaniquarium Deluxe Readme". PopCap Games. June 12, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 4, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  13. "Glu Mobile Launches Insaniquarium Deluxe in Europe". GamesIndustry.biz. June 29, 2006. June 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. Bennallack, Owain. "Insaniquarium splashes onto mobile". Pocket Gamer. April 14, 2006. June 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. "Glu Mobile Launches Insaniquarium Deluxe in Europe". GamesIndustry.biz. August 16, 2021. June 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 6, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  16. "Glu Announces the Launch of Insaniquarium Deluxe for Mobile Phones, PopCap's Addictive Aquarium-themed Hit". GamesIndustry.biz. April 13, 2006. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  17. "Palm OS and Windows Mobile version of PopCap's fishy challenge". GamesIndustry.biz. August 6, 2008. June 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  18. Funk, John. "Is There a Zombie on Blizzard's Lawn?". The Escapist. August 24, 2009. June 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2021.
  19. Thomson, Michael. "Aliens in the garden: the secret origin of Plants vs. Zombies". Ars Technica. March 19, 2010. April 30, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  20. 1 2 3 Fan, George. "How George Fan created the wacky Plants vs. Zombies a decade ago". VentureBeat (Müsahibə). Interviewed by Dean Takahashi. May 10, 2019. January 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021.
  21. Fan, George. "GameArena Interviews George Fan, Plants vs. Zombies Man". GameArena (Müsahibə). Interviewed by Joaby. June 5, 2009. October 1, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021.
  22. Curtis, Tom. "GDC 2012: 10 tutorial tips from Plants vs. Zombies creator George Fan". Gamasutra. March 9, 2012. December 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  23. "PopCap Launches Plants vs. Zombies Game for PC and Mac". IGN. May 5, 2009. September 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  24. "Plants vs. Zombies". Metacritic. Fandom, Inc. İstifadə tarixi: August 16, 2021.
  25. Sliwinski, Alexander. "Plants vs. Zombies is PopCap's fastest-selling game". Joystiq. May 20, 2009. May 28, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  26. Funk, John. "PopCap Wins Big With Plants vs. Zombies". The Escapist. May 20, 2009. May 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021.
  27. Graft, Kris. "Analysis: The Universal (Brain-Eating) Appeal Of Plants Vs. Zombies". Gamasutra. May 20, 2009. August 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  28. Gwertzman, James. "The Making of PopCap's Plants vs. Zombies". August 1, 2010. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021SlideShare vasitəsilə. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  29. Miller, Greg. "Plants vs. Zombies Vita Review". IGN. February 25, 2012. May 16, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  30. Meer, Alec. "PopCap drops more IPO, acquisition hints". GamesIndustry.biz. March 8, 2011. August 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  31. Morris, Chris. "Bejeweled Publisher Ponders IPO". CNBC. March 6, 2011. August 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  32. 1 2 3 4 5 Schreier, Jason. "Widespread Rumor About EA Firing Plants vs. Zombies Creator Isn't Quite True". Kotaku. November 21, 2017. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  33. Takahashi, Dean; Lynley, Matthew. "Electronic Arts buys PopCap for $750M". VentureBeat. July 12, 2011. November 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  34. Goldfarb, Andrew. "Report: Layoffs Hit PopCap, International Studios Shuttered". IGN. August 21, 2012. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  35. O'Brien, Lucy. "Update: Plants vs. Zombies Creator's EA Departure Clarified". IGN. November 20, 2017. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 17, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  36. North, Dale. "Plants vs. Zombies creator's new game: Octogeddon". Destructoid. August 28, 2012. İstifadə tarixi: August 20, 2021.[ölü keçid]
  37. 1 2 3 Fan, George. "Octogeddon: How Plants vs. Zombies creator spent four years on zany octopus game". VentureBeat (Müsahibə). Interviewed by Dean Takahashi. February 7, 2018. January 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  38. Bradley, Alan. "Plants vs. Zombies designer turns his game jam concept into Octogeddon". Gamasutra. October 10, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  39. Fan, George. "Plants Vs. Zombies Creator Has His Hands Full With Octogeddon". Game Informer (Müsahibə). Interviewed by Jeff Cork. October 6, 2016. August 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  40. Cork, Jeff. "New Gameplay Today – Octogeddon". Game Informer. February 8, 2018. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  41. Takahashi, Dean. "Octogeddon review — who knew that fighting as a giant octopus could be this fun?". VentureBeat. February 8, 2018. February 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  42. "Octogeddon". Metacritic. Fandom, Inc. İstifadə tarixi: August 20, 2021.
  43. Craddock, Ryan. "Destroy Everything As An Angry Mutant Octopus When Octogeddon Smashes Onto Switch". Nintendo Life. May 1, 2019. November 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021.
  44. 1 2 "All Yes Good". Octogeddon. June 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021. (#redundant_parameters); (#redundant_parameters)
  45. Miozzi, CJ. "Magic 2015 Designer Cards Include PvZ Creator, Notch". The Escapist. April 16, 2014. June 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2021.
  46. Tach, Dave. "Minecraft, Plants vs. Zombies, Street Fighter vets and more designing Magic 2015 cards". Polygon. April 21, 2014. October 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 22, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  47. Buchanan, Levi. "Insaniquarium". IGN. March 9, 2006. August 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  48. "Plants vs. Zombies Readme". PopCap Games. January 6, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 18, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
  49. Watters, Chris. "Plants vs. Zombies Review". GameSpot. May 11, 2009. February 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  50. 1 2 Newman, Jared. "Diablo III Launches at Midnight: What You Need to Know". PC World. May 14, 2012. August 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  51. "Octogeddon". Octogeddon. June 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2021. (#redundant_parameters); (#redundant_parameters)
  52. "Plants Vs Zombies creator's new game is about stacking wombat poo". Rock Paper Shotgun. May 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  53. "Hardhat Wombat". Hardhat Wombat. May 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 19, 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]