Cumğur — Vikipediya

Cumğur
Doğum tarixi 1234
Doğum yeri
Vəfat tarixi 1264
Vəfat yeri
Dəfn yeri
Atası Hülaku xan
Tanınır Elxanın oğlu və Çingiz xanın nəticəsi kimi

CumğurÇingizilər sülaləsindən olan şahzadə və Hülakü xanın ikinci oğlu. Bəzi tarixçilər onun əslində Hülakü xanın ən böyük oğlu olduğunu bildirirlər.[1][2]

O, 1234-cü ildə Hülakü xanla onun Oyrat tayfasından olan arvadı Güyük Xatunun evliliyindən dünyaya gəlmişdir. O, hər iki tərəfdən Çingiz xanın soyundan gəlməkdə idi. Onun atası Çingiz xanın oğlu Toluy idi. Anası Güyükün anası isə Çingiz xanın qızı Çeçeyxen[a] idi. Onun ana tərəfdən babası olan Turalçı Güregen Qutuqa Beyinin[b] oğlanlarından biri idi.[5]

Hülakü xan yeni fəthlər üçün 1253-cü ildə Monqolustanı tərk etdiyi zaman Cumğur ali xaqan Münke ilə birlikdə qalmışdı. Atasının digər arvadlarına əmanət edilən Cumğur orda ilə birlikdə Almalıq adlı yerdə düşərgə salmışdı. Lakin tez bir zamanda o, özünü vərasət savaşının ortasında tapdı. Bu vərasət savaşı onun əmiləri olan Xubilayla Arıq Bökə arasında getməkdə idi və Cumğur Bökəni dəstəklədi. Bökənin Alquya qarşı 1263-cü ildə yürüşə başlamasından və bir il sonra təslim olmasından sonra Cumğur ailəsinin yerdə qalanı ilə birlikdə atasının yanına qaçdı. Onunla birlikdə qardaşları Tarağay, Tekudar, atasının atvadı Qutuy Xatun da yola çıxmışdı. Bundan xəbər tutan Hülakü onları qarşılamaq üçün özünün generallarından biri olan Abatay Noyonu göndərdi. Lakin Cumğur yolda ikən xəstələndi və Səmərqənddə vəfat etdi. Ailəsi Hülakü xanın yanına Cumğur olmadan gəlib çatdı. Cumğurun ölməsini eşidən Hülakü qəzəbləndi və Abatayı Cumğurun qayğısına kifayət qədər baxmamaqda ittiham edərək 60 ədəd qırmanc cəzası verdi.[6][7]

Cumğurun iki əsas arvadı və bir neçə kənizi var idi:[1]

  • Tolun Xatun — Buğa Teymurun qızı. Buğa Teymur Cumğurun anası Güyük Xatunun qardaşı idi.[5]
    • Orghudaq — Şadayla evlənmişdir. Şaday Çilaunun nəticəsi idi.[c]
      • Günjişkab — əvvəlcə Qazan xanla, daha sonra Olcaytu ilə evlənmişdir.
  • Ja'urchi Khatun — Buluğan Xatunun bacısı.
  • Kənizlərdən olan övladları:
    • Juşkab (ö. iyun 1289)
    • Kingşu (ö. 1289)
      • Şiremun (1307-cü ildən sonra ölüb)
      • Toğacaq Xatun (ö. 19 yanvar 1291) — Təkudarla evlənmişdir.
    • İncitay — Hülakü xanın oğlu Məngu Teymurla evlənmişdir.

Ailəsi Elxanilər dövlətinə gəldikdən sonra onlara mülk verilmişdir. Ailənin mlkü Cənubi Azərbaycan ərazisində yerləşən Salmasda olmuşdur.[2]

  1. Çingiz xanla onun əsas arvadı olan Börtənin övladı.[3]
  2. Oyratların XIII əsrdəki rəhbərlərindən biri. Böyük Monqol imperiyasının qurulmasında mühüm rol oynamışdır.[4]
  3. Çingiz xanın əsas 4 sərkərdəsindən biri olmuşdur. O. Elxanilər və Azərbaycan tarixində mühüm rol oynamış Çobanilər sülaləsinin əcdadı olmuşdur.[8]
  1. 1 2 Broadbridge, 2016. səh. 121–135
  2. 1 2 "Mediating Sacred Kingship: Conversion and Sovereignty in Mongol Iran". deepblue.lib.umich.edu". deepblue.lib.umich.edu. 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2022.
  3. George, 2001. səh. 154
  4. Uno, 2009. səh. 175-182
  5. 1 2 Landa, 2018. səh. 153
  6. Lambton, 1988. səh. 291
  7. Brook və digərləri, 2018. səh. 35
  8. Melville və Zaryāb, 1991. səh. 496–502