Düz Rəsullu bələdiyyəsi — Vikipediya

Düz Rəsullu bələdiyyəsi
Ölkə  Azərbaycan
Rayon Gədəbəy rayonu
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2137[1]

Düz Rəsullu bələdiyyəsi - Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində 1999-cu ildə yaradılmış bələdiyyədir. [2]

Əhatə dairəsi

[redaktə | mənbəni redaktə et]

Düz Rəsullu bələdiyyəsinin əhatə etdiyi ərazilərə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Bəydəmirli, Çay Rəsullu, Düz Rəsullu, Gərməşöylü, Göyəlli, Göyəmli, Hüseynqulular, Kollu, Rəhimli , Şınıx , Təkyemişan və Turşsu kəndlərinin əraziləri daxildir[3]. Düz Rəsullu bələdiyyəsi həmin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir.

Gədəbəy rayonunun Düz Rəsullu bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır, Düz Rəsullu və Şınıx bələdiyyələrinin hüquqi varisidir.[4]

Bələdiyyənin ünvanı: Gədəbəy rayonunun Düz Rəsullu kəndidir.

23 dekabr 2019-cu il Bələdiyyə seçkilərinin nəticələrinə görə Qurbanov Ələddin Nurəddin oğlu Düz Rəsullu bələdiyyəsinin sədri seçilmişdir.[5]

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Gədəbəy bələdiyyələri
  3. "Arxivlənmiş surət". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  4. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  5. "Arxivlənmiş surət". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.