Dəmirçilər məscidi — Vikipediya
Bu səhifədə iş davam etməkdədir. |
Dəmirçilər məscidi | |
---|---|
39°19′01″ şm. e. 46°36′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Qubadlı rayonu |
Tikilmə tarixi | XVIII |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərmir |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Dəmirçilər məscidi – XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşir.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | mənbəni redaktə et]Dəmirçilər məscidi XVIII əsrdə Qubadlı rayonunun Dəmirçilər kəndində tikilib.[1]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[2] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[3] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[3][4] Dəmirçilər məscidi də bu dövrdə ibadətə bağlanıb.
Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[5] İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.[5][6] Eləcə də Dəmirçilər kəndi və Dəmirçilər məscidi də dağıntılara məruz qalıb.[7]
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb.[8] Müharibənin gedişində Qubadlı rayonu o cümlədən də Dəmirçilər kəndi işğaldan azad edilib.[9][10]
məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.[11]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qubadlı / Dəmirçilər məscidi". heritage.gov.az. İstifadə tarixi: 2024-10-15.
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ 1 2 "Qubadlı rayonunun işğal olunmasından 27 il keçir - XƏBƏRLƏR-www.idp.gov.az". idp.gov.az. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Qubadlının işğaldan azad edilməsindən 1 il keçir". aztv.az. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Qubadlı rayonunun Dəmirçilər kəndi". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-05-21. İstifadə tarixi: 2024-10-15.
- ↑ "İkinci Qarabağ müharibəsi: atəşkəsin pozulması halları - xronologiya". BBC News Azərbaycanca (az.). İstifadə tarixi: 2024-10-15.
- ↑ "The liberation of Gubadli from occupation". preslib.az. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Qubadlının Dəmirçilər kəndinin videogörüntüləri". aztv.az. 2024-01-28. İstifadə tarixi: 2024-10-15.
- ↑ "Qarabağın qədim məscidləri". 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.