Dağ Cəyir — Vikipediya

Dağ Cəyir
40°42′23″ şm. e. 45°55′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.365 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Dağ Cəyir xəritədə
Dağ Cəyir
Dağ Cəyir

Dağ CəyirAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Dağ Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının (Kür çayının qolu) sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Ermənistan ərazisindən və Qarabağdan köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi adını yerləşdiyi dağlıq ərazidən və Cəyir çayının adından almışdır[1]. 1988-ci ildə Azərbaycan Türkləri Ermənistandan kütləvi şəkildə deportasiya edilən zaman Göyçə mahalının Şişqaya kəndinin sakinləri Şəmkir rayonunun Dağ Cəyir kəndinə yerləşdirilmişdir. Hazırda kənd əhalisini Şişqayalılar təşkil edir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

Dağ Cəyir dolayları

2017-ci ildə Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışını edib.[2]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.