Daş Salahlı — Vikipediya

Kənd
Daş Salahlı
41°08′29″ şm. e. 45°16′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Sahəsi 62.54[1]
Mərkəzin hündürlüyü 508 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 15.641[1] nəfər
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Daş Salahlı xəritədə
Daş Salahlı
Daş Salahlı

Daş SalahlıAzərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey (dağ)-ının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır.[2] Bir haşiyə: Azı 200–300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbiristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50–60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək. Bəlkə qoyulan suala da burdan cavab tapılacaq.

Daş Salahlı kəndi Avey dağının ətəyindədir. Salahlılar qədim Qazax tayfa birliyinə daxil olmuşdur.[3]Toponim "daş" sözündən və "salahlı" etnonimindən ibarətdir. Ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə belə adlanmışdır. Bu məlumat və onun mənbəyi haqda yuxarıda danışdığımız üçün təkrar həmin məsələyə qayıtmırıq. Bircə məsələyə diqqət edək: Atalar sözlərinin, aforizmlərin, hətta ən xırda bir dialektin belə ya dini ya tarixi kökünün və mənasının olduğu kimi yer adlarının da bu cür yaranışı və təkamülü mütləq var. Etik normalara hörmət edib və məsuliyyətimizi dərk edib burda çox dayanmırıq.

Azərbaycan Respublikasında ən qədim yaşayış məntəqələrindən biri də rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşən, təxminən 10 min nəfər əhalinin yaşadığı Daş Salahlı kəndidir. Kənd hazırda el arasında "Aşırlı" və "Daş Salahlı" adlandırılmaqla iki hissədən ibarət olan formada tanınır. İnzibati ərazi bölgüsü baxımından isə belə bir bölgü yoxdur, kəndin vahid ərazisi "Daş Salahlı" adlanır. Lakin, 1918-ci il Azərbaycan Demokratik Cumhuriyyətinin inzibati xəritəsində Damcılı mağarasının aşağı hissəsində yerləşən ayrıca "Aşırlı" adlı yaşayış məntəqəsinin adına rast gəlmək mümkündür. Və bu kənd Daş Salahlının 1950–53-cü illərdə köhnə yerindən (kəndin əvvəl yerləşdiyi ərazi indiki ərazidən 1–2 km qərbdə, Avey dağının ətəyində olmuşdur) hazırkı ərazisinə köçürülən vaxt əvvəlki ərazisindən köçürülərək Daş salahlı kəndi ilə birləşdirilmişdir, Daş Salahlı kəndində mancanlılar, qurbanlılar, Abbas evləri məmmədalılar, bayram evləri, hüseyn evləri, zurafoğlu, sofuyevlər, cəfər evləri, nəbililər, nəsiblilər, cürənlilər, əfəndi evləri, pənah evləri, xəlil evləri, qaya evləri, eyyub evləri, şərif evləri, çolaqlılar, dönməzlilər, gülü evləri, molla həsənlilər, hambıllar, qanın evləri, canavarqıran evləri, avışlar, qaybullayevlər, göyüşovlar, mehdililər, məşədilər, süleymanlılar, ismiyevlər, iravanlılar, lalayevlər, bəyimlər, mərdanlılar, tənbəllilər, qasım evləri, rəfiyevlər, dəlləklilər, şivlioğlu, əlvəndovlar, pirməmmədovlar, veyisovlar, ağqıraxlılar, allahqulu evləri, cəbililər, molla əsgər evləri, kosayevlər, dəmirçiyevlər, səttarovlar və bir neçə soya bölünmüş başqa nəsillər yaşayır. Bu arada hansısa nəslin, soyun adının çəkilməməsinin tərəfkeşlik, ayrı-seçkilik və s. kimi yox, sadəcə bir yaddaş məsələsi kimi qiymətləndirilməsini rica edirik. Aveydağın cənubunda, Daş Salahlı kəndinin ərazisində yerləşən "Qarasu" su anbarının şimal-qərbində yerləşən "Baxçalı" qəbiristanlığı adlanan qəbiristanlıqdakı miladi tarixi ilə 1700-cü ilə aid qəbirlərdən birinin üzərində "Qaya oğlu" ifadəsi həkk olunmuşdur. Qəbrin üzərində əski əlfba ilə hicri-qəməri təqvimi ilə dəqiq tarix qeyd olunmuşdur. Yeri gəlmişkən bu qədim qəbiristanlığın da araşdırmaya ehtiyacı var. Bu ərazilərdə İbtidai icma quruluşundan üzü bəri tarixin istənilən dövrlərinə aid olan kifayət qədər tarixi abidə, qədim insan məskənləri, düşərgələr, qəbiristanlıqlar və digər tarixi, maddi-mədəniyyət abidələri tapmaq mümkündür. Misal: Azıx mağarasından sonra Azərbaycan ərazisində ikinci ən qədim yaşayış məskəni olan məşhur Damcılı mağarası, Aveydağın zirvəsində yerləşən VII əsrə aid qədim alban məbədi, məbədin ətrafında yerləşən ən qədim insan məkənləri olan Aveydağ mağaraları, Bu dağın cənubunda yerləşən qədim insan məskənləri, su bəndləri, ovdanlar, istinad divarları və digər tikililər, qədim insan məskəni olan Rza çalı ("Çal" yerli dialektlə orta hündürlüklü relyef forması olan təpəyə deyilir), Rza çalından 200–300 m cənub-şərqdə yerləşən altı bürclü qədim istehkamın qalıqları, Aveydağın cənub-qərbində yerləşən, qədim albanlara aid olduğu güman edilən, sənduqə tipli qəbirlərin olduğu qəbiristanlıq və onlarla digər tarixi faktlar bu yerlərin qədim insan məskəni olmasından xəbər verir. Bu abidələr "Avey" dövlət tarix-mədəniyyət qoruğunun nəzarət əhatəsinə aid olmaqla əhəmiyyətlilik dərəcəsinə görə ayrı-ayrı qruplara bölünmüş və mühafizə olunur.

Daş Salahlı oyk., mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Avey dağının ətəyindədir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Qazax eli Azərbaycanın qədim ellərindən biridi. Qazax bölgəsinde çox qədim türk toponimləri var. Qazax sözünündə yaranmasıda "oquz+ak", "quz+ak" "qazax" formasında olub "ağ oğuz" deməkdir. Qeyd edilməlidir ki, "oğuz" türk anlayışı rəsmi tarixin qəbul etdiyi kimi X əsrdə formalaşmamış, əksinə 6–7 minilikləri əhatə edir. Qazax rayonunda olan Salahlı və DaşSalahlı kimi kəndlərin adına nəzər saldıqda bu ərazinin nə qədər qədim türk yurdları olduğu aşkar görünür. Salahlı sözü qədim SAK türklərinin adı ilə bağlıdır. SAK+AK+lı formasında yaranıb, "sakaklı", "salaklı", "salahlı" formasına düşmüşdür. "Ag sak lı" demekdir. Kəmərlı kəndinin adı "qəmər+li" sözündən yaranıb, qəmər türkləri ilə bağlıdır. Qəmər türkləri "qıpcaq", "kuman"adlarıylada tarixdə xatırlanır. Alpout kəndidə "alp+an" türklərinin tarixiylə bağlıdır. Tovuz rayonunun adı da "dış oğuz" "tiş+guz" "tiğuz" formasında yaranmışdır (Rəşad Tahiroğlu Mərdanov).

[4]

Sosial-iqtisadi və mədəni infrastruktur

[redaktə | mənbəni redaktə et]

Kənddə məscid, mədəniyyət evi, polis bölməsi, İcra nümayəndəliyi, bələdiyyə, Şəhidlər xiyabanı, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş abidə kompleksi, kitabxana, klub, iki tam orta məktəb, uşaq bağçası, poçt, elektron telefon stansiyası (EATS), həkim məntəqəsi və digər ticarət və ictimai-iaşə obyektləri var. Məktəblərə, mədəniyyət evinə və mərkəzi küçəyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində həlak olmuş qəhrəman kənd sakinlərinin adları verilmişdir. 1 saylı Tam orta məktəb məktəbin məzunu Araz Əmilovun, 2 saylı Tam orta məktəb məktəbin məzunu və kəndin ilk şəhidi Şahin Cəbiyevin, Mədəniyyət evi Rövşən Pənahovun və mərkəz küçə Fidat Məmmədovun adını daşıyır. Daş Salahlı kəndi ümumilikdə 13 nəfər şəhid verib. Onlar Şahin Cəbiyev, Mehman Cürənov, Fidat Məmmədov, Araz Əmilov, Əmir İbrahimov, Namiq Hacıyev, Vahid Osmanov, Rövşən Pəhanov, Rəsul Veyisov, İslam Əsgərov, İmran Mancanov, Süleyman Süleymanov Mayis Yaqubov və Azad Kərimovdur. Allahdan onların hər birinə və bütün şəhidlərimizə rəhmət diləyirik!

Kəndin ərazisi əhəng daşı, gil-bentonit, tikinti daşları, sement xammalı və başqa təbii sərvətlərlə zəngindir. Burada müasir Gil-Bentonit zavodu, Qazax sement zavodu, Şərab zavodu, daş karxanaları kimi iri hasilat, istehsal və emal müəssisələri fəaliyyət göstərir. "Azərbaycan Dəmir yolları" QSC-nin Qazax dəmiryolu stansiyası ilə Qazax sement zavodu və "AzRosProminvest" MMC-nin Daş Salahlı kəndi ərazisindəki dəmiryolu stansiyaları arasındakı məsafə 9–10 km-dir.

Daş Salahlı kəndi neçə-neçə alim, hüquşünas, mühəndis, iqtisadçı, jurnalist, müəllim, həkim, və digər peşə və sənət adamlarını yetişdirmişdir. Məxsusi olaraq, Qazax rayonunda ən dəyərli ziyarət yerlərindən biri olan "Hacı Mahmud Əfəndi türbəsi"nin (Göy Türbə) inşasına rəhbərlik etmiş, Daş Salahlı kəndinin məşhur Miralayevlər soyunun layiqli nümayəndəsi, Mahmud Əfəndinin qızı Sayalı xanımın həyat yoldaşı Mustafa bəy Miralayevin (XIX əsrin 60-cı illəri), o dövrün (ötən (XX) əsrin əvvəlləri) ictimai-siyasi həyatında danılmaz fəaliyyəti olan general qubernator Məmməd Koxanın, Aşıq Bəhrəm Həsənovun, Mirzə Səmədin, Paşa Salahlının adlarını çəkmək istərdik. Məmməd Koxanın (Mahmudov) həyat yolu və fəaliyyəti haqqında tanınmış tarixçi-jurnalist Şəmistan Nəzirlinin əsərlərində və məqalələrində kifayət qədər məlumat var.

2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 8762 nəfər əhali yaşayır. Əhalinin 4367 nəfəri kişilər, 4395 nəfəri qadınlar təşkil edir.[5]

Hazırda əhali 15641 nəfərdir.

Daş Salahlı kəndində din İslam dinidir. Kənd camaatı Sünni məzhəbini mənimsəyib. Buna səbəb kimi keçmişdə din xadimlərinin sünni mədrəsələrdə təhsil almaları və dini məsələlərdə yerli sakinlərin daha çox osmanlı türklərindən təsirlənmələrini göstərmək olar. Daş Salahlıda yaşayan din xadimlərinin yazılı mənbələrdə ilk dəfə adları 1861-ci ildə qeydə alınıb. Qafqaz müftüsü Məhəmməd əfəndi Müftizadənin imzaladığı 30 mart 1861-ci il tarixli sənəddə, Daş Salahlıda vergi ödəyən ruhanilərin adları qeyd olunub. Adları göstərilən 4 din xadimi aşağıdakılardır:

1. Molla Mustafa əfəndi oğlu,

2. Məmməd əfəndi Əfəndi oğlu,

3. Hüseyn əfəndi Molla Məmməd oğlu,

4. Molla Nəbi Molla Mustafa oğlu .

26 yanvar 1862-ci ildə yazılmış başqa bir sənəddə isə Daş Salahlıda mollalıq edən və vergidən azad edilmiş 6 din adamı haqqında yazılıb: 1. Məmməd əfəndi Molla İsmayıl oğlu (doğum ili 1805, dini vəzifəyə 1832-ci ildə təyin olunub) 2. Xəlil əfəndi Qasım əfəndi oğlu (doğum ili 1830, dini vəzifəyə 1856-cı ildə təyin olunub) 3. Hüseyn əfəndi Məmməd oğlu (doğum ili 1795) 4. Hacı Alı əfəndi Molla Süleyman oğlu (doğum ili 1825, dini vəzifəyə 1856-cı ildə təyin olunub) 5. Molla Mustafa Molla İsmayıl oğlu (doğum ili 1815) 6. İsmayıl əfəndi Molla Xəlil oğlu (dini vəzifəyə 1851-də təyin olunub) 1866-cı ildə Daş Salahlıda 2 məscid fəaliyyətdə olub(mənbə "Salahlı Eli" İsmayıl Umudlu). Sovet hakimiyyəti dövründə məscidlər baxımsızlıq səbəbindən dağılmış və yerlərində heç bir iz qalmamışdır. Hal-hazırda Daş Salahlıda bir məscid var. Məscidi xeyirxah kənd sakinlərindən biri — usta İslam Allahverdiyev şəxsi hesabıyla inşa etdirib, kənd camaatının istifadəsinə vermişdir (redaktə Nicat Novruzov).

Kənddə Daş salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.[6]./`+

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Məmməd Mahmud oğlu Mahmudov (Məmməd Koxa,1859–1933) Daş Salahlı kənd Starşinası, Qəzax qəzasının sonuncu general-qubernatoru
  • Məqsəd Qocamanov (20.03.1960) — Bakı Dövlət Universitetinin kafedra müdiri, texnika elmlər doktoru, professor, Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş və Geodeziya — kartoqrafiya sahəsi üzrə ilk və yeganə azərbaycanlı elmlər doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı(30 noyabr 2012-ci il), Fəxri fərman (17 dekabr 2014-cü il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
  • İramin Namaz oğlu İsayev (1.12.1942, Daş Salahlı, Qazax) — professor, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri.
  • Davud Paşayev (1940–2010) Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya Qəhrəmanı (1995), Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006).
  • Mustafa Bəy Miralayev 19-cu əsrin 60-cı illəri — Bəy. Hacı Mahmud Əfəndinin qızlarından Səyalı xanımın həyat yoldaşıdır. Qazax rayonunun Aslanbəyli kəndində yerləşən Hacı Mahmud Əfəndi türbəsinin (Göy Türbə) inşasına Mustafa bəy rəhbərlik etmişdir.
  • Teymur Salah ağa oğlu Miralayev (1904–1999) — Azərbaycan tarixçisi.
  • Zərəngiz Dəmirçi Qayalı (1962) — Şair.
  • Natəvan Dəmirçioğlu (1963) — Yazıçı, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, "Qılınc və Qələm" mükafatı, "İlin qadın yazıçısı" 2010, Prezident təqaüdçüsü (1999 və 2000).
  • İlham Pirməmmədov-(01.06.1955)- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri. Qazax Xeyriyyə Cəmiyyətinin Sədri. Fizika-riyaziyyat elmləri namizədi, riyaziyyat üzrə elmlər doktoru, professor, əməkdar müəllim, Azərbaycan Texniki Universitetinin elmi işlər üzrə prorektoru.
  • Məhəbbət Dəmirçiyeva (Məhəbbət Dəyirman qızı Dəmirçiyeva) (1957) — Hüquqşünas-alim, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Mülki Hüquq kafedrasının müdiri. 2014-cü ildə Yüksək ixtisaslı kadrların hazırlanmasında, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
  • Hacı Hacılı (1960) — Təbiətşünaslıq doktoru.
  • Akif Aşırlı (1969) — Azərbaycan jurnalisti, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, "Tərəqqi" medalı laureatı, Akademik Yusif Məmmədəliyev adına mükafat və "Tərəqqi" medalı (2005).
  • Mübariz Göyüşlü (1981) — Azərbaycan jurnalisti, Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru[7]Türk Eli jurnalının baş redaktoru.[8] AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi.
  • Həsrət PirməmmədovAzərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru baş ədliyyə müşaviri.
  • Aşıq Bəhram Həsənov (1918–1991) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu.
  • Qərənfil İsrail qızı Mansurova (1970) — Azərbaycan jurnalisti, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Baş məsləhətçisi, "Milli Məclis" jurnalının baş redaktor müavini, Dövlət qulluğunun baş müşaviri
  • Ramin Rafiq oğlu Hüseynov-Göyçay rayon prokuroru, Baş ədliyyə müşaviri
  • Əhmədov Mustafa Sahib oğlu (1980) - Azərbaycan Respublikasının Əməkdar İdman Ustası. 5 qat Dünya və 5 qat Avropa çempionu, H. Əliyev adına Dünya kubokunun sahibi, Dünya rekordçusu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. http://www.qazax.net/az/vilages.htm Arxivləşdirilib 2015-10-17 at Archive.today qazax.net
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  6. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan eçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
  7. Təsisçi və baş redaktor Mübariz Müstəqim oğlu Göyüşlü [ölü keçid]
  8. "Mübariz Aşırlı". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.