Daldaban Mustafa Paşa — Vikipediya
Daldaban Mustafa Paşa | |
---|---|
دلتابان مصطفى باشا | |
27 sentyabr 1702 – 23 yanvar 1703 | |
Əvvəlki | Körpülü Hacı Hüseyn Paşa |
Sonrakı | Rami Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVII əsr |
Doğum yeri | Monastır |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Daldaban Mustafa Paşa (ö. 28 yanvar 1703) — II Mustafa dönəmində 4 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Qiyafəsini dəyişərək şəhərdə piyada gəzməsi və sürətli yeriməsi səbəbilə "Daldaban" olaraq anılır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1650-ci illərdə Monastır şəhərində dünyaya gəlmişdir. Gənclik illərində sədrəzəm Qara İbrahim Paşanın xidmətinə girmişdir. Daha sonra sırayla qapıçılar kəndxudası, baş qapıçı və miraxur olaraq sarayda xidmət etmişdir. 1691-ci ildə yeniçəri ağalığına, ertəsi il isə Baba dağı mühafizliyinə gətirilsə də, bu illərdə adı bəzi hadisələrə qarışdı. II Mustafanın 1696-cı ildə çıxdığı ikinci Avstriya səfərinə Anadolu bəylərbəyi olaraq qatıldı və bu səfərdə önəmli fəaliyyətləri oldu. Həmin il Diyarbəkir bəylərbəyi oldu. Ancaq yerli əhalinin paşadan şikayət etməsi nəticəsində, Sofiyada haqqında açılan məhkəmədə təqsirkar görüldü və ölümə məhkum edildi. Dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin məsələyə müdaxiləsi ilə edamdan xilas oldu və Bosniya sərhəddindəki Poçitel qalasına sürgün edildi. Daha sonra boşnaqların istəyilə bağışlandı və Bosniya sancaqbəyliyinə gətirildi (1697). Bu vəzifəsi dövründə hərbi uğurlarını artırdı.
1699-cu ilin əvvəllərində Raqqa bəylərbəyi təyin edildi və bölgədəki iğtişaşlara son qoymaqla vəzifələndirildi. Bu vəzifəsində də adı bəzi məsələlərə qarışdı və ertəsi il Bağdad bəylərbəyliyinə gətirildi. Osmanlı ordusunun Rusiya, Venesiya və Avstriya ilə illərdir davam edən müharibələri səbəbilə, Bağdad və Dəməşq bölgəsi yerli qəbilələrin başlatdığı üsyanlarla çalxalanırdı. Bəsrə isə bir neçə ildir Səfəvilərin əlinə keçmişdi. Bu səbəblə Bəsrə qalasının azad edilməsi üzrə sərdar təyin edildi və bölgəyə göndərildi. 1701-ci ildə Bəsrəni azad etdi və Fərat çayı sahillərində idarəni ələ aldı.
Mustafa Paşa daha sonra ikinci dəfə Anadolu bəylərbəyliyinə gətirildi və çox keçmədən sədarətə gətirildi (27 sentyabr 1702). Sədarət dövrü müxtəlif saray entriqalarına səhnə olduğu üçün çox da parlaq keçmədi. Yeniçərilərə qarşı sərt münasibəti, Karlovitsa sülhünə zidd olaraq gizli-gizli səfər hazırlıqları görməsi və bu səbəblə Krım xanını təşviq etməsi sarayda müxaliflərini gücləndirdi. Adının rüşvət məsələlərinə qarışmasının ardından şeyxülislam Seyid Feyzullah Əfəndi və Rami Mehmed Paşanın qurduğu planla 23 yanvarda vəzifədən alındı və 5 gün sonra 28 yanvar 1703-cü ildə Ramazan ayında edam edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Târîh-i Seferü’l-Basra, Süleymaniye Ktp., Esad Efendi, nr. 2063/3;
- İcmâl-i Sefer-i Nehr-i Ziyâb, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 4935;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyi‘ât (Olayların Özü), 1656-1684 (haz. Abdülkadir Özcan, doktora tezi, 1979), İÜ Ed.Fak., Tarih Seminer Kitaplığı, nr. 3276, s. 586, 784, 809-810, 827, 847-848, 944, 970;
- Silâhdar, Nusretnâme, Manisa İl Halk Ktp., Çaşnigir, nr. 723, vr. 61ª vd., 176ª-b, 207b, 210ª-b, 217b vd.;
- Nazmizâde Murtazâ Efendi, Gülşen-i Hulefâ, İstanbul 1143, vr. 117ª vd.;
- Hadîkatü’l-vüzerâ, s. 126;
- Dimitri Kantemir, Osmanlı İmparatorluğu’nun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 286, 340, 467, 468, 469-474, 481-482;
- Anonim Târih, Berlin Devlet Ktp., Hs. 216, vr. 166b-167ª, 185ª, 197b, 205ª-207ª;
- Râşid, Târih, II, 176, 376, 423, 435, 558-559, 564-565, 571-574;
- Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 72;
- Hammer, HEO, XIII, 11, 13, 76, 92, 81-82;
- Sicill-i Osmânî, IV, 412;
- Abdülkadir Özcan, “Daltaban Mustafa Paşa”, TED, sy. 13 (1987), s. 299-334;
- Erdem Yücel, “Daltaban Çeşmesi”, İst.A, VIII, 42-46