Dalmatiya krallığı — Vikipediya
Dalmatiya krallığı | |||||
---|---|---|---|---|---|
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Zadar | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
• Əhali |
| ||||
Valyuta | Avstriya-Macarıstan quldeni | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dalmatsiya krallığı — Habsburq monarxiyasının hakimiyyəti altında 1815-ci ildən 1918-ci ilə qədər mövcud olan vassal krallıq. Krallığın paytaxtı Zadar şəhəri idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dalmatsiya krallığı 1815-ci ildə Fransız İmperiyasının İlliriya əyalətlərinin bir hissəsindən meydana gəldi, həmən ərazilər Habsburqlara Vyana konqresinin şərtləri altında qaytarılmışdır. Krallıq 1918-ci ilə qədər Avstriya-Macarıstanın ayrı inzibati vahidi olaraq mövcudluğunu davam etdirirdi, ondan sonra Dalmatsiyanın bir çox ərazisi (Zadar və Lastovo istisna olmaqla) Serblər, Xorvatlar və Slovenlər krallığının (daha sonra Yuqoslaviya krallığının) bir hissəsinə çevrildi.
Dini
[redaktə | mənbəni redaktə et]Roma Katolik Baş yepiskopu Zadarda yerləşirdi, Kotor, Hvar, Dubrovnik, Şibenik və Split şəhərlərində isə yeparxiyalar var idi. Pravoslav kilsəsinin başında Zadar yepiskopu dururdu.
Slavyan-Katolik ayinlərində qlaqolitsa əlifbasının istifadəsi Dalmatsiya və Xorvatiyadakı katolik kilsəsinin çox qədim imtiyazı idi. 20-ci əsrin ilk onilliklərində bu ayinlər çox mübahisələrə səbəb olurdu. Slavyan ənənələrinin çox güclü olduğu, xüsusilə də şimal adaları və kənd icmalarında latın ayinlərinin tamamilə qlaqolik ayinləri ilə əvəzlənməsi böyük narahatlıq doğururdu. 1904-cü ildə Vatikan qlaqolik ayinini qadağan etdi. Bir neçə il sonra Zadar Baş yepiskopu Romanın qlaqolik əlifbasını əvəz etmək cəhdlərini pisləmişdi.