Datian — Vikipediya
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Datian |
---|
Datian — Qafqaz Albaniyasının paqan çarı. Bacısı Satanik çar Artakseslə evlənmişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. Atasının ölümümdən sonra adı bilinməyən qəsbkar tərəfindən taxtdan məhrum edilmişdir. Artaksesin köməyi ilə hakimiyyətə qayıtmışdır. Xristianlığı qəbul etmiş Suxias və əsgərləri onun dövründə edam edilmişdir.
Adı
[redaktə | mənbəni redaktə et]"Alban ökəsinin tarixi"ndə adı verilmir. "Şəhid Suxias və əsgərləri" əfsanəsində adı Datiandır.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]"Alban ökəsinin tarixi" əsərində
[redaktə | mənbəni redaktə et]Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə (Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan qovub, Erməniyyəni işğal edir. Elə bu vaxtlarda albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır və sülh bağlayaraq Erməniyyəyə qayıdır. Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir qəsbkar tutub, qızın qardaşını ölkədən qovur. Artaksesin Sibat adlı mürəbbisi qəsbkarı qovub, taxtı Satinikin qardaşına qaytarir, özü isə böyük qənimətlə və çoxlu əsirlərlə Erməniyyəyə qayıdır.[1]
"Şəhid Suxias və əsgərləri" əfsanəsində
[redaktə | mənbəni redaktə et]Datianın atası bacısı Satenikanı nişanlısı Ermənistan hökmdarı Artaksar (88–123) ilə evləndirmək üçün cehizlərlə yüklü karvanla birlikdə Artaşat şəhərinə yollayır. Karvanın içində hökmdarın Baqadras adlı sərkərdəsi və 16 əsgər şahzadəni qorumaq üçün yerlərini almış olurlar.
Yolda gedərkən Bizanslı bir rahib olan Xrisos ilə qarşılaşırlar. Xrisos sərkərdə və əsgərləri xaç suyuna salaraq xristian adlarını verir. Baqadras adını dəyişib Suxias qoyur. Əmrindəki əsgərlər də Andreas, Anastasius, Talale, Fyodor, İvkirion, İordan, Kondrat, Lusian, Mimnan, Nerenci, Polievkt, Yaqub, Foka, Domenti, Viktor və Zosima adlarını götürərək xristian dininə girirlər.
Xrisos özü bütpərəstlər tərəfindən öldürüldükdən sonra Suxias özü dini yaymağa başlayır. Əsgərlərlə birlikdə Sukaketi dağında, Baqrevandi kəndinin yaxınlıqlarında məskən salırlar. Asketik həyat tərzi sürməyə başlayırlar.
Bu arada taxta yeni çıxmış, Satenikanın qardaşı yeni Albaniya çarı Datian itmiş əsgərləri axtarmaq üçün əmrindəki sərkərdə Barnabasa əmr edir ki, axtarışa keçsin. Barnabas Suxiası tapandan sonra onu Albaniyaya çağırsa da əsgərlər imtina edir. Barnabas buna görə də özü ilə gələn əsgərlərə əmr edir ki, Suxias və digərlərini həbs etsinlər. Suxias və 16 xristian əsgər sərkərdənin əmrilə əl-ayaqları kəndirə bağlanılaraq gərilir və yerə mismarlanır. Daha sonra bədənləri tikə-tikə doğranaraq dağın ətrafına saçılır.
Yalnız IV əsrdə bu sümüklər tapılaraq dağın üzərində kilsə tikilir. Şəhidlərin anım günü 15 apreldir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Moisey Kalankatuklu — Alban ölkəsinin tarixi Arxivləşdirilib 2015-08-16 at the Wayback Machine/qədim erməni dilindən təcümə akad. Z. M. Bünyadov, Bakı, 2006.
- ↑ The Orthodox Church in America. "Martyr Suchias and his Soldiers in Georgia (tərcümə edən: Cavid ağa)". 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.