Deniel Kreyq — Vikipediya
Deniel Kreyq | |
---|---|
ing. Daniel Craig | |
Doğum adı | Daniel Wroughton Craig |
Doğum tarixi | 2 mart 1968[1][2][…] (56 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşağı |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, səsləndirmə aktyoru[d], model[d], teatr aktyoru |
Fəaliyyət illəri | 1992-ci ildən |
Mükafatları | |
IMDb | ID0185819 |
Vikianbarda əlaqəli mediafayllar |
Deniel Routon Kreyq (2 mart 1968[1][2][…], Çester[3]) — ingilis-amerikalı aktyor. Canlandırdığı uydurma cəsus Ceyms Bond ilə tanınma qazanıb. Onun çəkildiyi Bond filmlərinə daxildir: "Royal kazinosu", "Mərhəmət kvantı", "Skayfoll", "Spektr" və "Ölməyə vaxt yoxdur".[5][6]
Həyatı
[redaktə | mənbəni redaktə et]Deniel Kreyq 2 mart 1968-ci ildə İngiltərənin Çester şəhərində dünyaya gəlib. 16 yaşında Milli Gənc Teatrına qəbul olmaq istəyən Deniel Londona üz tutur. Onun aktyorluq karyerası isə 1992-ci ildə, Britaniya televiziyasında kiçik bir filmə başlayır və bu film onun tanınmasında az rol oynamır. Beynəlxalq miqyaslı publika “Lara Kroft: Sərdabələr qarətçisi” (2001) filmində Ancelina Coli ilə birlikdə çəkilir. Kreyq sonralar yetərincə məşhur filmlərə çəkilir. Aktyora ümumdünya şöhrəti gətirən obraz isə “Royal kazinosu” filmindəki 007 nömrəli agent Ceyms Bond rolu oldu. Uzun sürən kastinqdən sonra prodüserlər bu rola məhz Deniel Kreyqi seçirlər. Bu qərar media və serial superagentinin pərəstişkarları tərəfindən birmənalı qarşılanmır. Açıq rəngli saçlarını, mavi gözlərini, boyunun 185 sm-dən az olmasını, gözəçarpan bədən quruluşunun olmadığını əsas gətirib Kreyqin namizədliyinin əleyhinə səs verənlər çox olur. Bütün bunlara baxmayaraq 2006-cı il noyabrın 17-də onun iştirakı ilə çəkilmiş “Royal kazinosu” filminin premyerası baş tutur. Aktyor, həmçinin, 2008-ci ildə ekranlara çıxmış növbəti “Mərhəmət kvantı” filminə çəkildi. Deniel Kreyq peşəkar reqbi oyunçusudur və İtaliyanın Yuventus futbol klubunun tərəfdarıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]İl | Adı | Rol | Qeydlər | Ref. |
---|---|---|---|---|
1992 | The Power of One | Sergeant Jaapie Botha | ||
1995 | A Kid in King Arthur's Court | Master Kane | ||
1997 | Obsession | John McHale | ||
1998 | Love and Rage | James Lynchehaun | ||
Elizabeth | John Ballard | |||
Love Is the Devil: Study for a Portrait of Francis Bacon | George Dyer | |||
1999 | The Trench | Sergeant Telford Winter | ||
2000 | Some Voices | Ray | ||
Hotel Splendide | Ronald Blanche | |||
I Dreamed of Africa | Declan Fielding | |||
2001 | Lara Croft: Tomb Raider | Alex West | ||
2002 | Ten Minutes Older: The Cello | Cecil Thomas | ||
Road to Perdition | Connor Rooney | |||
Occasional, Strong | Jim | Qısametrajlı film | ||
2003 | Sylvia | Ted Hughes | ||
The Mother | Darren | |||
2004 | Layer Cake | XXXX | ||
Enduring Love | Joe | |||
2005 | The Jacket | Rudy Mackenzie | ||
Fateless | American Soldier | |||
Munich | Steve | |||
2006 | Renaissance | Barthélémy Karas | Səsləndirmə | |
Infamous | Perry Smith | |||
Royal kazinosu | Ceyms Bond | |||
2007 | The Invasion | Ben Driscoll | ||
Qızıl kompas | Lord Asriel | |||
2008 | Flashbacks of a Fool | Joe Scot | İcraçı prodüser | |
Mərhəmət kvantı | Ceyms Bond | |||
Defiance | Tuvia Bielski | |||
How to Lose Friends & Alienate People | Daniel Craig | Kameo | ||
2011 | One Life | Narrator | Sənədli film | |
Cowboys & Aliens | Jake Lonergan | |||
Dream House | Will Atenton / Peter Ward | |||
The Adventures of Tintin | Ivan Ivanovitch Sakharine / Red Rackham | Motion capture | ||
The Girl with the Dragon Tattoo | Mikael Blomkvist | |||
The Organ Grinder's Monkey | Bubbles | Qısametrajlı film | ||
2012 | Happy & Glorious | Ceyms Bond | Qısametrajlı film | |
Skyfall | Ceyms Bond | |||
2015 | Spektr | Ceyms Bond | Prodüser | |
Ulduz müharibələri: Gücün oyanması | Stormtrooper FN-1824 | Kameo | [7] | |
2017 | Logan Lucky | Joe Bang | ||
Kings | Obie Hardison | |||
2019 | Bıçaqlar çəkildi | Detective Benoit Blanc | ||
2021 | Ölməyə vaxt yoxdur | Ceyms Bond | Prodüser | |
2022 | Bıçaqlar çəkildi: Sirli macəra | Detective Benoit Blanc | ||
TBA | Queer | Lee | [8] |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Daniel Craig // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Daniel Craig // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #132990911 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 https://www.yahoo.com/entertainment/daniel-craig-says-american-years-160813160.html%7Ctitle.
- ↑ Hoyle, Ben. "'Best Bond ever' vanquishes his greatest foe – the critics". The Times. 15 November 2006. 24 February 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 November 2006.
- ↑ Gant, Charles. "Skyfall windfall is UK box office's biggest ever". The Guardian. 5 December 2012. 1 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2015.
- ↑ McPherson, Christopher. "Daniel Craig on Wearing That "F*cking Stormtrooper Suit" in 'Star Wars: The Force Awakens'". Collider. 22 December 2022. 28 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2022.
- ↑ Vivarelli, Nick. "Drew Starkey to Star With Daniel Craig in Luca Guadagnino's 'Queer' With Filming Starting This Month in Italy (EXCLUSIVE)". Variety. 21 April 2023. 21 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2023.