Determinizm — Vikipediya

Determinizm ümumi olaraq hadisələrin müəyyən bir şəkildə əlaqəli olduğunu, bütün hadisələrin, o cümlədən mənəvi seçimlərin azad iradəni rədd edən bir səbəbi olduğunu və ya hər şeyin bir səbəblə izah edilə biləcəyini və ya müəyyən səbəblər müəyyən nəticələr verir, eyni zamanda səbəblərin eyni şərtlər altında eyni nəticələri verəcəyini söyləyən fəlsəfi termindir. Eyni səbəb eyni nəticəyə səbəb olduğu üçün səbəb-nəticə əlaqəsi müəyyən və dəyişməzdir.

Determinizmi düşüncə olaraq ilk ortaya qoyanlar Müqəddəs Avqustin ilə Dante olmuşdur. Müasir formasını isə Hegel müdafiə etmişdir.

Determinizm prinsipinə psixi hadisələrin səbəb-nəticə əlaqə və münasibətləri daxildir. Başqa sözlə, insanın daxili aləmində baş verənlərin müəyyən səbəbləri vardır. Və bu məhz niyə bu şəkildə baş verdi, başqa cür yox? Bu əlaqələri fərqli şəkildə əsaslandırmaq olar və psixologiya tarixində bunların bir sıra izah və yanaşmaları, şərhi mövcuddur.Qədim dövrlərdə hesab edirdilər ki, psixikada baş verən proseslərin hamısı qarşılıqlı vəhdətdədir. Determinizm haqqında ilkin fikirləri AnaksaqorHeraklit söyləmişlər. Onlara görə ümumi Loqos qanunu mövcuddur və o, insanla təbiət arasındakı münasibəti müəyyənləşdirir. Heraklit yazır ki, “Hətta Günəş özü Loqosu poza bilməz.” Beləliklə, təbiətdə və insan qəlbində baş verənlərin hamısının müəyyən səbəbləri vardır, amma biz onları bilmirik. Demokrit determinizmdən bəhs edərkən göstərir ki, “İnsanlar təsadüfilik ideyasını ona görə fikirləşmişlər ki, idarə etməyi bacarmadıqlarını və iş bilmədiklərini ört-basdır etsinlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]