Dilarə Əliyeva (aktrisa) — Vikipediya

Dilarə Əliyeva
Dilarə Hasil qızı Əliyeva
Digər adı Dilarə Murtuzəliyeva
Doğum tarixi (52 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Həyat yoldaşı
Atası Hasil
Anası Lətifə
Fəaliyyəti aktrisa, televiziya aparıcısı
Fəaliyyət illəri 1996-cı ildən
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2005
IMDb ID3108218

Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005),

Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.

D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər.

Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır.

"SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.

İki övladı var: Aytən (1994) və Banu (2007).

Xalq artistləri Elmira İsmayılovaVidadi Əliyevin gəlinidir, Vüsal Murtuzəliyevin bacısıdır.

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

[redaktə | mənbəni redaktə et]
Tamaşanın adı Rol Tarix Rejissor Müəllif
Generalın son əmri Qız nəvə 19 sentyabr 2014 Ramiz Həsənoğlu Vaqif Səmədoğlu
  1. Gəlinlər
  2. Bəylik dərsi və ya keçmişdən gülməcələr...
  3. Cavid ömrü
  4. Məhəllə
  5. Məhəllə 2 Moskvada
  6. Mürafiə vəkillərinin hekayəti
  7. Yumurta
  8. Sirr
  9. Sübhün səfiri
  10. 3 bacı (rol: Səadət; özü)
  11. 100 kağız
  12. Qaynanamız
  13. Hoqqa[1]
  14. Baldız
  15. Milyonluq Quş[türk.]
  16. Məhəllə 3
  17. Əfsanə Qayıdır
  18. Yuxu kimi — Əsmər
  19. Ölülər XXI əsr — Mərziyyə
  20. 5 Betər — Südabə
  21. Qaratikan — Narınc
  22. Geri Dönənlər — Cahan
  23. Cin Atı — Xilafə
  24. İkinci Bahar - Bahar
  25. Kəndimizin monikası- Monika
  1. Kulis. "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (az.). Youtube.com. 23.01.2017. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.