Dinməhəmməd Kunayev — Vikipediya

Dinməhəmməd Kunayev
qaz. Дінмұхамед Ахмет ұлы Қонаев
bayraq
Qazaxıstan SSR KP MK-nın birinci katibi
bayraq2
7 dekabr 1964 – 16 dekabr 1986
Əvvəlkiİsmail Yusupov
SonrakıGennadi Kolbin
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1912(1912-01-12)[1]
Doğum yeri
Vəfat tarixi 22 avqust 1993(1993-08-22)[1] (81 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, yazıçı
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı

Təltifləri "Oraq və Çəkic" medalı "Oraq və Çəkic" medalı "Oraq və Çəkic" medalı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni “Əmək igidliyinə görə” medalı "Əməkdə fərqlənməyə görə" medalı "SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Suxe-Bator" ordeni "Georgi Dimitrov" ordeni Order of February 25
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dinməhəmməd Əhməd oğlı Qonayev (qaz. Дінмұхаммед (Димаш) Ахметұлы Қонаев; rus. Динмухаммед Ахмедович Кунаев; 12 yanvar 1912[1], Almatı, Yeddisu vilayəti, Rusiya imperiyası[2]22 avqust 1993[1]) — Qazaxıstan SSR MK I katibi; Üçqat Sosialist Əməyi Qəhrəmanı.

Dinməhəmməd Qonayev 12 yanvar 1912-ci ildə Almatıda anadan olub. Ali məktəbi 1936-cı ildə Moskvada bitirib. 1942-ci ildə Qazaxıstanın Nazirlər Kabinetində əmək fəaliyyətinə başlayır. 1948-ci ildə texniki elmlər doktoru, 1952-ci ildə Qazaxıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. Həmin ildən 1955-ci ilə qədər Elmlər Akademiyasına rəhbərlik etmişdi. 1960-cı ildə Qazaxıstan Kommunist Partiyasının Baş Katibi seçilir. Qısa fasilə ilə 1986-cı ilə qədər həmin vəzifəni icra etmişdi. Qazax xalqı və dövləti üçün gördüyü böyük işlərə görə çox böyük nüfuz sahibi olur.

Dinməhəmməd Qonayev 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdi.[3][4][5][6][7]

D.Qonayev vəzifəsindən kənarlaşdırılandan sonra qazax xalqı, xüsusilə də gənclər küçələrə axışdı və onun vəzifədən azad edilməsi haqqında əmrin ləğv edilməsini tələb etdilər. 1986-cı ilin 17–18 dekabrında meydana çıxan etiraz dalğası Qazaxıstanın 6 ayrı-ayrı şəhərini əhatə etdi. Bu həm də qazax xalqının rus müstəmləkəçilik siyasətinə və qazax xalqının assimlyasiya edilməsi planlarına qarşı ilk böyük etiraz dalğası idi. Sovet imperiyasının rəhbərliyi təkcə 1930-cu ildən 1933-cü ilə qədər keçən 3 illik zaman kəsimində 2 milyondan artıq qazax türkünü məhv eləmişdi.

D. Qonayev 22 avqust 1993-cü ildə vəfat edib.

  1. 1 2 3 4 Dinmukhamed Akhmedovich Kunayev // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Кунаев Динмухамед Ахмедович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. http://www.knowbysight.info/1_SSSR/10245.asp Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine Deputatların siyahısı
  4. http://www.knowbysight.info/1_SSSR/12605.asp Arxivləşdirilib 2013-12-07 at the Wayback Machine Deputatların siyahısı
  5. http://www.knowbysight.info/1_SSSR/06647.asp Arxivləşdirilib 2011-04-25 at the Wayback Machine Deputatların siyahısı
  6. http://www.knowbysight.info/1_SSSR/06648.asp Arxivləşdirilib 2014-10-27 at the Wayback Machine Deputatların siyahısı
  7. http://www.knowbysight.info/1_SSSR/06649.asp Arxivləşdirilib 2012-11-26 at the Wayback Machine Deputatların siyahısı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]