Diyarbəkir döyüşü (1511) — Vikipediya
Diyarbəkir Döyüşü | |||
---|---|---|---|
Səfəvi-Məmlük toqquşmaları | |||
Tarix | 1511 aprel | ||
Yeri | Diyarbəkir , Azərbaycan Səfəvilər Dövləti | ||
Nəticəsi | |||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
|
Diyarbəkir döyüşü (1511) — Məmlüklər ilə Səfəvilər arasında Diyarbəkir bəylərbəyliyi ərazisində baş vermiş döyüş.[13]
Döyüş
[redaktə | mənbəni redaktə et]1511-ci ilin aprelində Məmlüklərlə Səfəvilər arasında sərhəd toqquşması baş vermişdi. Sədan Həbəşi kəşfiyyat məqsədli sərhədi pozub Diyarbəkir bəylərbəyi ərazisinə daxil oldu. Bu zaman çəmənlikdə ov etməklə məşğul olan Dəli Duraq ləqəbli qızılbaş sərkərdəsi Murad bəy Ustaclu bundan xəbər tutub, Sədan Həbəşinin ordusuna hücum etdi. Hələ döyüşün əvvəlində Sədan Həbəşi Murad bəy Ustaclu tərəfindən öldürüldü və döyüşün sonlarında 180 Məmlük əsgəri öldürülmüş, 20 nəfər isə əsir alınmış, qalanları isə qaçmışdır. Əsirlərin çoxu Səfəvi tərəfinə keçmişdişdi. Lakin, ölkəsinə qayıtmaq istəyən 3 həbəşli var idi. Bunlar Şah İsmayıl Xətai Həzrtələrinin əmri ilə əsirlikdən azad edildi.
Döyüşdən sonra
[redaktə | mənbəni redaktə et]Şah İsmayıl isə, dərhal Misir sultanı Qansu Qavriyə Həmzə xəlifə adında elçisini göndərdi. Döyüşdə Səfəvilərin qalib gəldiyini eşidən Qansu Qavri, dərhal elçilərini Şah İsmayıla göndərdi. Əbdi bəyin dediyinə görə, 1511-ci ilin qışında, Qansu Qavrinin elçisi Qum şəhərinə gələrək, Şah İsmayılın hüzuruna çıxmış və onu Qansu Qavri adından Xorasanın fəth edilməsi münasibətilə təbrik etmişdir.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mehman Süleymanov , Səfəvilər , c.II , s.640
- ↑ Həsən bəy Rumlu , Əhsənüt-Təvarix , çeviri: Namiq Musalı & Oqtay Əfəndiyev , s.423
- ↑ Namiq Musalı , I Şah İsmayılın Hakimiyyəti , s.268
- ↑ Tofiq Nəcəfli , Azərbaycan Səfəvi Dövlətinin Xarici Siyasəti , s.257
- ↑ Tofiq Nəcəfli , Səfəvi-Məmlük münasibətləri , s.6
- ↑ Namiq Musalı , I Şah İsmayılın Hakimiyyəti , s.268
- ↑ Mehman Süleymanov , Səfəvilər , c.II , s.640
- ↑ Tofiq Nəcəfli , Səfəvi-Məmlük münasibətləri , s.6
- ↑ Həsən bəy Rumlu , Əhsənüt-Təvarix , çeviri: Namiq Musalı & Oqtay Əfəndiyev , s.423
- ↑ Tofiq Nəcəfli , Azərbaycan Səfəvi Dövlətinin Xarici Siyasəti , s.257
- ↑ Namiq Musalı , I Şah İsmayılın Hakimiyyəti , s.268
- ↑ Tofiq Nəcəfli , Səfəvi-Məmlük münasibətləri , s.6
- ↑ Namiq Musalı, I Şah İsmayılın Hakimiyyəti, s.268
- ↑ Təkmilətül-əxbar (Bakı), s.45