Diyarbəkir — Vikipediya

Diyarbəkir
Diyarbakır
Amed
37°54′39″ şm. e. 40°14′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 675 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.732.396 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 21
Digər
diyarbakir.bel.tr
Xəritəni göstər/gizlə
Diyarbəkir xəritədə
Diyarbəkir
Diyarbəkir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

DiyarbəkirTürkiyənin Diyarbəkir ilinin mərkəzi.

Bu şəhər 3000 il bundan əvvəlki Assuriyalıların zamanından başlayaraq ta Roma dönəminə qədər "Hamid" adlanıb. Roma və Bizans qaynaqlarında da adı "Amid", "O`mid" kimi qeyd edilir. Ərəblərin işğalından sonra "Diyarbakır" adlanmağa başlanıb.

Dədə Qorqud dastanlarında Qaragünə oğlu Qarabudaq vəsf ediləndə "Hamidlə Mardin qalasını təpüb alan" igid deyilir. Deməli, onu Romalılardan türk əsgəri alıb və ərəb işğalına qədər şəhər türklərin məskunlaşdığı bir yer olmuşdur.

Miladdan əvvəl 3000-ci ildə bu yerlər Hititlərin və Hurritlərin əlində olub. Miladdan öncəki 1260-cı ilə qədər belə davam edib və bundan sonra Diyarbakır ərazisi Assuriyalıların əlinə keçib. Bundan sonra Diyarbakır bir-birinin ardınca aramilərin, urartuların, iskitlərin, perslərin, makedoniyalıların, selevkilərin, romalıların, sasanilərin, bizanslıların tabeliyində olub.

Miladdan sonra türklər bu şəhəri Bizansın əlindən alaraq orada məskunlaşmağa başlayıblar. Bu barədə bir qədər əvvəl qeyd etdim. Dədə Qorqud dastanlarında şəhərin kafirlərin əlindən alınması bir epizod olaraq qeyd edilir. Bəzi tarixi məxəzlərə görə isə Diyarbakırın Bizansdan alınması tanınmış İslam komandanı Xalid ibn Validin adı ilə bağlanır. Bu tarixdən sonra Diyarbakır, şeyxoğullarının, hamdanilərin, mərvanilərin, səlcuqluların, inaloğullarının, nisanoğullarının, artukoğullarının, eyyubilərin, moğolların, ağqoyunluların, səfəvilərin və osmanlıların əsas şəhərlərindən biri, əhalisi də türk mənşəlilərdən ibarət olub.

1071-ci ildə şəhəri Alp Arslan tutub və Səlcuqluların əsas şəhərlərindən birinə çevirib. Səlcuq sultanı Məlikşahın ölümündən sonra da bu şəhərə Suriya Səlcuqiləri hökmran olub. Eyyubi sərkərdəsi Məlik Kamil Diyarbakırı onlardan alaraq bir müddət öz əlində saxlasa da, şəhər 1259-cu ildə yenidən Elxanilərin tabeliyinə keçib. Elxanilər isə təkcə Diyarbakırı yox, bütün bu əraziləri Artukoğulları sülaləsinə təslim etdilər. 1401-ci ildə Diyarbakır türk Ağqoyunlular dövlətinin paytaxtı elan edildi. Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Zeynalabidinin məqbərəsi də oradadır.

1507- 1515-ci illər arasında Diyarbakır uğrunda Anadolunun bəylikləri, Məmlüklər və türkmən Səfəvi dövlətləri arasında qızğın savaşlar gedib. 1515-ci il sentyabr ayının 15-də Yavuz Sultan Səlim Diyarbakırı Osmanlı imperiyasının tərkibinə qatdı və bu ərazi uğrunda savaş başa çatdı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]