Doha — Vikipediya
Doha | |
---|---|
الدوحة | |
25°17′10″ şm. e. 51°31′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
visitqatar.com/fr-fr/abo… | |
Vikianbarda əlaqəli mediafayllar |
Doha — Qətərin paytaxtı.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır. Yalnız yenidən qurulmuş əl-Küt qalası etnoqrafiya muzeyinə çevrilmişdir.[3]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Dəniz sahili boyunca gözəl memarlıq üslubu ilə yeni-yeni binalar tikilmişdir. Binalar hündür deyil və hiss olunur ki, şəhərin memarları "göydələnlərlə" şəhəri doldurmaq və onun formalaşmış memarlığını dəyişdirmək fikrində deyillər. Burada 12 mərtəbəli bina sanki göydələni xatırladır. Parlamentin iqamətgahı yerləşən Doha qəsri özünün böyüklüyü və möhkəmliyi ilə fərqlənir. Milli bank zərif İslam memarlıq ənənələrini xatırladır, arı şanına bənzədilən universitet binası insanı heyrətləndirir. Şəhər yalnız bəzi məhəllələrində sırf ərəb memarlıq üslubunu saxlamışdır, lakin onun irili-xırdalı yüzlərcə məscidi Dohanın şərtsiz müsəlman şəhəri olduğunu daim yada salır. Hər bir məscid yerləşdiyi məhəlləyə yaraşıq verir. Şəhərin son dərəcə təmizliyi və səliqə-səhmanı həm turistləri heyrətləndirir, həm də "yaşıllar partiyasının" hər bir üzvünün arzusuna müvafiq gəlir.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Şəhər əhalisi sürətlə artdığından XXI əsrin əvvəlləri üçün şəhər əhalisinin sayı 400 min nəfərə çatmışdır. Bu da ölkə əhalisinin 50 faizini təşkil edir.[3]
Sənayesi
[redaktə | mənbəni redaktə et]Doha ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. İran körfəzi regionunda mühüm tranzit-ticarət mərkəzlərindən biri olan Dohada metal emalı müəssisələri, sement zavodları, istilik elektrik stansiyaları fəaliyyət göstərir.
Paytaxtda ölkənin və regionun ən böyük və müasir avadanlıqlarla təchiz olunmuş "Əl-Cəzirə" informasiya agentliyi və televiziya kanalı fəaliyyət göstərir.[3]
Təhsil
[redaktə | mənbəni redaktə et]Məktəbdə Qətər Universiteti və HEC Paris biznes məktəbinin kampusu yerləşir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Census 2020.
- ↑ 1 2 3 4 5 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 140–142