Doria-Pamfili qalereyası — Vikipediya
Doria Pamfili qalereyası Galleria Doria Pamphilj | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Sayt | Rəsmi sayt |
Doria Pamfili qalereyası (it. Galleria Doria Pamphilj) - Romada via del Korso küçəsində yerləşən Doria-Pamfili sarayının şəxsi zəngin incəsənət, heykəltəraşlıq və mebel kolleksiyasıdır. Kolleksiyanın ən güclü tərəfi XVII əsr italyan rəssamlığıdır.
Tarix
[redaktə | mənbəni redaktə et]Doria Pamfili qalereyası 1651-ci ildə yaradılmışdır. İki əsr ərzində bina bir neçə kübar sahib - Roma ailələrindən çıxan aristokrat varlılar - dəyişdirmişdi. Lakin sonda saray, Genuya dənizçiləri olan Doria və patrisian ailəsi Pamfili ailələrindən olan nümayəndələrinə keçdi. Hətta hal-hazırda belə sarayda bu ailələrin yetirmələri yaşamaqdadır. Sarayın tarixi Kamillo və Olimpiya Aldobrandininin toyu ilə başlayır. Onların sayəsində biz bu gün sarayda Rafael, Tisian, Parmicanino və Bekkafuminin əsərlərini görə bilirik.
XVII əsrin ortalarında Kamillo, Karavaccoya aid 4 rəsmə sahib idi. Onlardan biri - "Yaxşı şans" ("La buona ventura") 1665-ci ildə XIV Lüdovikə hədiyyə verilmişdi və indi də Luvr muzeyində saxlanılır. Kamillo, sonralar Klod Lorrenin bir çox Bolonya rəsmlərini və Bonello və Savelli kolleksiyalarından bir neçə əsəri satın aldı. Əlbəttə ki, kolleksiyanı saxlamaq üçün uyğun bir yerə ehtiyac var idi. Buna görə via del Korsoda əvvəllər Della Rovere ailəsinə aid olan bina seçildi. Bina 1601-ci ildə Aldobrandini ailəsinə ötürülmüşdü.1678-1681-ci illər arası binaya fərqli otaqlar əlavə edildi. 1760-cı ildə Doria-Pamfili filialı Pamfililərdən alınan zaman Bronzino və Sebastyano del Pyombonun rəsmləri, qobelenlər seriyası da satın alınmışdı. Həmin qobelenlər indi Genuyada sərgilənir. 1838-ci ildə sarayın sonuncu otağının açılışı oldu və kolleksiya tamamilə satın alındı.
Saray
[redaktə | mənbəni redaktə et]Ailənin sərvəti artdıqca, saray da fasiləsiz olaraq böyüyürdü və hal-hazırda Romanın ən böyük şəxsi sarayı hesab edilir. Sarayın 500-dən çox rəsm əsərindən ibarət bədii kolleksiyası binanın 4 qalereyasında saxlanılır. Mərkəz pilləkənlə hərəkət etdikdə biz birinci mərtəbəyə (piano nobile), qədim iqamətgaha və Pussen salonuna (Salone di Poussin) çıxırıq. Pussen salonu tamamilə Nikolya Pussenin qaynı olan rəssam Qaspar Dyuqenin rəsmləri ilə örtülüb. 1661-ci ildə Kamillo Pamfili, ondan əksəriyyəti peyzaj olan çoxlu sayda əsər sifariş vermişdi.
İkinci otaq əl ilə hazırlanmış qiymətli parçalarla bəzənməsi xarakterik olan məxmər zaldır (Sala dei Velluti). Bu parçanı İtaliyanın şimalında 1760-cı ilə qədər Doria ailəsinin yaşadığı Genuyada hazırlayırdılar. Stulların yerləşdiyi divar boyu görünən və otaq da ən çox köhnəlmiş qırmızı məxmər parçalar 1600-cü illərə aid edilir. Terrakota kafelindən hazırlanmış döşəmə də həmin dövrə aid edilir. Qonaq otağı 1700-cü illərə aid qızıl konsollar kimi qiymətli mebel ilə bəzədilib. Otaqda həmçinin Alqardi tərəfindən yaradılmış X İnnokenti və onun qardaşı Pamfilio Pamfilinin büstləri də var.
Buradan sonra 1903-cü ildə iki kiçik otağın birləşdirilməsindən sonra yaradılan bal zalına (Sala da Ballo) daxil olmaq mümkündür. Otaq Roma zadəgan ailəsindən olan gənc qadının cəmiyyətdə debüt etməsi üçün nəzərdə tutulmuşdu. Bütün perimetri boyu büllur lampalar yerləşdirilən divarlar qiymətli ipək ilə örtülüb. Orkestr üçün ayrılmış ərazidə ən çox diqqəti çəkən iki sıra simlərdən ibarət olduğu üçün nadir hesab edilən XVI-XVII əsrlərdə yaradılmış ikiqat arfadır.
Nəhayət, sarayda yaşayan ailə üzvlərinə dua etmək üçün məkan kimi yaradılmış otaqda Doria Pamfili sarayının ən böyük rəsm əsərləri kolleksiyasını görmək olar. Söhbət memar Karlo Fontana tərəfindən 1689-1691-ci illərdə layihələndirilmiş və əsrlər boyu fərqli dəyişikliklərə məruz qalmış ibadətgah otağından gedir. Bu otaqda iki relikt var: Roma katakombalarından çıxarılmış Santa-Teodorun cəsədi (daha çox möhnətkeş Feodor Tironun qalıqları kimi bilinir) və San-Custonun cəsədi (daha çox möhnətkeş Filosof İuistinin qalıqları kimi bilinir)[1].
Zövqlü şəkildə bəzədilmiş otaqlardan sonra Roma Papası X İnnokenti tərəfindən öz rəsm əsərləri kolleksiyasını qardaşı oğlu Kamilloya ötürərək yaradılmış Doria Pamfili qalereyası gəlir. Burada həmçinin Covanni Lorenzo Bernini tərəfindən hazırlanan X İnnokentinin büstünün ilkin versiyasını da görmək olar. Heykəlin ikinci versiyası isə bir az öndə, qalereyanın birinci sağ qolunun sonundakı kiçik otaqda yerləşir. Həmin otaqda Dieqo Velaskes tərəfindən çəkilmiş X İnnokentinin portreti də saxlanılır. Rəsmdə X İnnokenti taxtda oturan formada təsvir edilib. Rəssam onun görünüşünün realistik olması üçün çox çalışıb: sağ əlində üzük, təkəbbürlü baxış, əli ilə sıxdığı məktubu detallara misal gətirmək olar. Velaskes, imzasını da həmin məktubun üzərində həkk edib.
Doria Pamfili Qalereyası, Avropa rəssamlıq tarixinə düşmüş məşhur sənətkarların rəsmlərini özündə birləşdirir: Tisian, Breyqel, Qverçino, Korrecco, Rafael, Bolonya məktəbinin nümayəndəsi Annibale Karraççi, Qvido Reni, Paolo Veroneze, Covanni Bellini, Domenikino, Parmicanino və b. Rəsm qalereyasında Romanın ən yaxşı sənət kolleksiyalarından təxminən 400 əsər var.
Doria Pamfil qalereyasının ikinci hissəsində binanın ən füsunkar otaqlarından biri yerləşir: Venesiyadan gələn qızıl çərçivələri olan bahalı güzgülərlə bəzədilmiş və Versal Sarayını xatırladan Güzgü Qalereyası (Galleria degli Specchi). Otağın Herakl haqqında mifoloji süjeti təsvir edən tavanı, 1733-cü ildə Aureliano Milani tərəfindən yaradılmışdır. Tavanın yanlarında isə Doria-Pamfili ailəsinə aid arxeoloji heykəllər var.
Sarayın ən son və ən qədim otağı, Vatikanla əlaqəsi olan Florensiyalı zadəganlar - Aldobrandini ailəsinin otağıdır (Sala Aldobrandini). Bu otaqda vaxtilə Villa Pamfilinin bağlarını bəzəyən qədim heykəllər yerləşir. Salon, İtalyan incəsənətinin tarixi üçün əhəmiyyətlidir. Belə ki, burada gənc Tisianın Salomeyi təsvir edən rəsm əsərini (1511-1515) və Kamillo Pamfili tərəfindən satın alınan Karavacconun "Misirə səyahət zamanı istirahət " və "Tövbə edən Maqdalema" əsərlərini görmək olar.
Əsas zallar
[redaktə | mənbəni redaktə et]- Birinci zal: Annibale Karraççi ( Mariya Maqdalena ), Çiqoli ( Fəriseylərin evindəki Məsih), Saraçeni, Qverçino .
- XVI əsr zalı - Karavacco ("Tövbə edən Magdalena", "Misirə səyahət zamanı istirahət ")
- XV əsr zalı - Rafael, Tisian ("Vəftizçi İohann")
- XIV əsrin zalı - Mazolino, Romano .
- Güzgü Qalereyası: Domenikino, Qverçino, Titian, Venusti, Velaskes və Bernininin portretləri, antik Roma heykəlləri
- Aldobrandini ailəsi zalı: antik heykəl, Dyukenua tərəfindən hazırlanmış mərmər relyef
Qalereya
[redaktə | mənbəni redaktə et]- Savoylu Lepoldinanın portreti
- Fransua Dyukenua, Bakxus.
- Şam işığı ustası. Yarasa ilə oğlan, 1650-dən əvvəl
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Sandra Bazin. L'aménagement et le décor de la galerie Doria Pamphilj à Rome // Bulletin du Centre de recherche du château de Versailles. 2011-01-11. doi:10.4000/crcv.10351. ISSN 1958-9271.