Dreyk və Coş — Vikipediya

Dreyk və Coş
ing. Drake & Josh
Janr yeniyetmə sitkomu, sitkom
Prodüser
  • Den Şnayder[d]
Yaradıcısı Den Şnayder[d]
Rollarda
İstehsalçı ölkə
İl

11 yanvar 2004 –

16 sentyabr 2007
Studiya Schneider's Bakery[d], Nickelodeon, Paramount Television[d], CBS Studios[d]
Dil ingilis dili
Rəng rəngli
Mövsüm sayı 4
Seriya sayı 56
Davametmə müddəti
  • 22–23 dəq.
  • 47 dəq. (Really Big Shrimp)
Telekanal Nickelodeon
IMDb ID0363328
Sonrakı Dreyk və Coş Hollivuda səfər edir[d]
nick.com/drake-and-josh/

Dreyk və Coş (ing. Drake & Josh) — Den Şnayderin Nickelodeon televiziyası üçün yaratdığı yeniyetmə sitkomu. Şou xaraktercə bir-birilərinin əksi olan və birlikdə yaşayan iki ögey qardaş, Dreyk Parker (Dreyk Bell) və Coş Nikols (Coş Pek) haqqındadır. Serialda həmçinin rol alıblar: Nensi Sallivan, Conatan Qoldşteyn və Miranda Kosqrov.

Teleprodüser Den Şnayder “The Amanda Show”-da aktyorlar Dreyk Bell və Coş Pek ilə işləmişdi. Bundan sonra o, Bell və Pekin baş rolları ifa edəcəyi “Dreyk və Coş” adlı yeni şou yaratmağa qərar verdi. Serial 11 yanvar 2004-cü ildən 16 sentyabr 2007-ci ilədək 4 mövsüm 56 epizod olmaqla yayımlandı. Bundan əlavə iki televiziya filmi də istehsal olundu: “Dreyk və Coş Hollivuda səfər edir”(2006) və “Milad bayramınız mübarək Dreyk və Coş” (2008). Serialın açılış mahnısı “I Found a Way” Dreyk Bell və Backhouse Mike tərəfindən yazılmış və Dreyk Bellin özü tərəfindən səsləndirilmişdir.

“Dreyk və Coş” serialı Kaliforniyanın San-Dieqo şəhərində yaşayan iki ögey qardaş Dreyk Parker və Coş Nikolsun həyatından bəhs edir. Onlar Meqan (Dreykin kiçik bioloji bacısı) və valideynləri — Odri (Dreykin bioloji anası) və Volterlə (Coşun bioloji atası) birlikdə yaşayırlar. Dreyk “cool” və xarizmatikdir, birlikdə ifa etdiyi qrupu var və qızlar arasında populyardır, lakin o, həm də narsist və ancaq özünü düşünəndir. Coş isə tərbiyəli, savadlı və bir az bir təhər uşaqdır. Coş serialın ikinci mövsümündə kinoteatrda işləməyə başlayır, bu yer serialın davamında hekayənin tez-tez cərəyan etdiyi yer olur. Ziddiyyətli xarakterə malik olmalarına baxmayaraq, serialda onların bir-birlərinə güclü bağlılıq və qayğı göstərdikləri çoxsaylı hallar göstərilir. İki oğlan müntəzəm olaraq yeniyetmə problemləri ilə məşğul olarkən, həm də tez-tez gülməli və macəralı vəziyyətlərə düşürlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]