Elçin Səlcuq — Vikipediya
Elçin Səlcuq | |
---|---|
Elçin Quliyev | |
Doğum tarixi | 10 noyabr 1964 |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 2009 (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Sirroz |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Elçin Quliyev və ya Elçin Səlcuq (10 noyabr 1964, Yengicə, İliç rayonu – 17 dekabr 2009, Bakı) — Azərbaycan jurnalisti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Quliyev Elçin Abdulla oğlu 1964-cü il noyabrın 10-da Naxçıvan MR-nın Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 17 dekabr 2009-cu ildə qaraciyər serrozundan vəfat etmişdir[1].
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1980-ci illərin Azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak etmişdir. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub, 1997-ci ilə qədər burada çalışmışdır. 1997-1998-ci illərdə "525-ci qəzet"də çalışmış, 1998-2001-ci illərdə "Detektiv" qəzetinin təsisçisi və baş redaktoru olmuşdur[2].
Əsərləri
[redaktə | mənbəni redaktə et]Elçin Səlcuq "Kədərin sirri" kitabında yazıçı-dramaturq, alim Kamal Abdullanın bədii yaradıcılığını araşdırmış, onun əsərlərinin özəlliklərini təhlil etməyə çalışmışdır. Kitabın redaktoru şair Etimad Başkeçid və naşir Əliş Mirzallıdır. Ön sözü müəllifi şair Salam Sarvandır. Kitab 2005-ci ildə çap olunmuşdur[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Elçin Səlcuq yaşasaydı…". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- ↑ "Mərhum jurnalist Elçin Səlcuqla bağlı dərgı hazırlanacaq". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.
- ↑ "Elçin Səlcuq: "Kədərin sirri"". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-17.