Elşən Musayev — Vikipediya
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (fevral 2023) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elşən Musayev | |
---|---|
Vəzifədədir | |
2015-ci ildən | |
Seçki dairəsi | 2015 — 110 saylı Zaqatala 2020 — 110 saylı Zaqatala |
Əvvəlki | Hikmət Atayev |
Vəzifədədir | |
2004-cü ildən | |
Əvvəlki | Məmmədhənifə Musayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1979 (44 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri |
Elşən Məmmədhənifə oğlu Musayev (11 avqust 1979, Vartaşen) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri[1].
Həyatı
[redaktə | mənbəni redaktə et]1979-cu il avqustun 11-də Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, ingilis və alman dillərini bilir.
2001–2003-cü illərdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsində məhkəmə nəzarətçisi işləmiş, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının, 2010–2015-ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışmışdır.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir.
2015 və 2020-ci ildə 110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Belarus, Braziliya, Cənubi Afrika Respublikası, Çexiya, İtaliya, Qətər, Malayziya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Xalidə Gərayeva. ""Kirayə qaldığım evin sahibini inandıra bilmirəm ki, deputatam" - Millət vəkilindən ilginc ad günü etirafları…" (az.). musavat.com. 11 Avqust 2016. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-11.