Elçin Əliyev (mühəndis) — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elçin Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Texnika elmləri |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | dosent |
Elçin Rəşid oğlu Əliyev (25 dekabr 1962, Bakı) – Azərbaycan Triatlon Federasiyasının sabiq prezidenti, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, SİNAM şirkətinin rəhbəri, dosent.
Haqqında
[redaktə | mənbəni redaktə et]Elçin Əliyev Bakı Dövlət Universitetinin İnformasiya Texnologiyaları və proqramlaşdırma kafedrasının professor əvəzi vəzifəsində çalışmışdır.
Elçin Əliyev 2004–2008-ci illərdə Amerika Ticarət Palatasının İKT komitəsinin sədri, 2005–2007-ci illərdə Xəzər İnteqrasiya Biznes Klubunda İT və rabitə ilə bağlı məsələlər üzrə prezident, 2009–2010-cu illərdə NATO-nun elmi proqramında həmdirektor vəzifələrində çalışmışdır. O, 2004-cü ildən SINAM şirkətinin prezidenti, 2002-ci ildən isə Azərbaycanın İnternet Cəmiyyətinin sədr müavini vəzifəsini daşıyır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- О безопасности передачи данных в распределенных информационных сетях // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.21–25.
- Стратегия информатизации в Азербайджане // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", 2001, № 2, с.3–8.
- Об основных методах и особенностях передачи данных // Известия НАНА сер. Физ.техн. и мат. наук, т.ХХI, "Информатика и проблемы управления", № 2, 2001, с.15–20.
- Информационная технология анализа помехи и принятия решения промышленных интеллектуальных системах / Пятый Международный симпозиум "Интеллектуальные системы. INTELS '2002", c.14–16.
- Способ мониторинга и прогнозирования землетрясений. Евразийский патент № 011003, приоритет изобретения-16 июня 2006 г.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- 2004 – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin medalı
- 2005 – "Ən yaxşı İnternet kontent və kreativlik" Ümumdünya sammiti mükafatı
- 2006 – Rusiya poçtlarının medalı (Rusiya Federasiyası)
- 2012 – Tərəqqi medalı – Azərbaycan Respublikasının dövlət mükafatı
- 2014 – Qırğızıstan Dövlət Vergi Xidməti tərəfindən informasiya kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəyə görə medal
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2017-05-20 at the Wayback Machine