Elbəy Babayev — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Elbəy Babayev | |
---|---|
Elbəy Rasim oğlu Babayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə fəlsəfə doktoru |
İş yeri | Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi |
Elbəy Babayev (tam adı: Elbəy Rasim oğlu Babayev; 30 mart 1974) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda labortoriyada aparıcı elmi işçi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Elbəy Babayev 1974-cü il martın 30-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 160 saylı məktəbdə aldıqdan sonra, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya-texnologiya fakültəsinə qəbul olunub. E. Babayev 1995–1996-cı illərdə Almaniyanın Frankfurt-Mayn şəhərinin VHS institutunda alman dilini təkmilləşdirmiş və 1996–2001-ci illərdə Frankfurt-Mayn şəhərinin J. V. Göthe Universitetində Biokimya ixtisası üzrə təhsil almışdır. E. R. Babayev əmək fəaliyyətinə 2000-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərinin Grüner-Domek klinikasının laboratoriyasında başlamışdır. Sonradan Almaniyanın J. V. Göthe Universitetində Ətraf mühitin Analitikası İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. O, AMEA-nın Aşqarlar Kimyası İnstitutunda 2011-ci ilin iyun ayından əvəzçiliklə mühəndis, 2013-cü ilin sentyabr ayından əvəzçiliklə elmi işçi, 2016-cı ilin aprel ayından əvəzçiliklə böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ilin yanvar ayından o, əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində çalışır. E. R. Babayev 26 aprel 2013-cü il tarixində Azərbaycan MEA akademik Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu nəzdində fəaliyyət göstərən D.01.031 Dissertasiya Şurasında 2314.01 — "Neft kimyası" ixtisası üzrə "Abşeron yarımadasının neftlə çirklənmiş müxtəlif ərazilərində gedən biodestruksiya prosesləri nəticəsində çirklənmələrin tərkib və xassələrinin dəyişmə xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir E. R. Babayev 2014-cü ildə 2314.01 — "Neft kimyası" ixtisası üzrə elmlər doktoru hazırlığından qiyabi doktoranturaya qəbul olmuşdur. Hal-hazırda o, "Mühafizəedici aşqarlar" laboratoriyasında "Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin işlənib hazırlanması" mövzusu üzərində çalışır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]AMEA AKİ-də fəaliyyətə başladığı andan E. Babayev Neft məhsullarının mikrobioloji zədələnməsinin qarşısını alan birləşmələrin kimyəvi və mikrobioloji skrininqi əsasında yüksəktəsirli biosidlərin sintezi, tədqiqi və tətbiqi istiqamətində səmərəli işlər aparmışdır. Aşqarlar Kimyası İnstitutunda işlədiyi müddət ərzində o, Respublika üçün önəmli olan və müxtəlif donorlar tərəfindən maliyyələşdirilmiş bir sıra aktual layihələrdə — "Neftlə çirklənmiş torpaqların bioloji təmizlənməsi", "Azərbaycan neftlərinin bionişanları", "Neftlə çirklənmiş torpaqların fitoremediasiyası", "Ekoloji təmiz gübrələrin biokimyəvi istehsal texnologiyasının işlənməsi"(Ukrayna Elm və Texnologiya Mərkəzi); "Az komponentli, ekoloji təmiz və biostabil yağlayıcı-soyuducu kompozisiyaların işlənib hazırlanması", "Zülali yemin mikrobioloji sintezi" (CRDF — U. S. Civillian Research and Development Foundation-Amerikanın Vətəndaş Tədqiqatları və İnkişaf Fondu); "Yağlar, yanacaqlar və yağlayıcı-soyuducu mayelərin effektiv mühafizə vasitələrinin işlənib hazırlanması"(Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu) iştirak etmişdir. Bu layihələr yerinə yetirilərkən təbiət-iqlim amillərinin və mikrobioloji oksidləşmə nəticəsində neftlə çirklənmiş torpaqlarda gedən deqradasiya proseslərinin təsirilə neft çirklənmələrinin karbohidrogen tərkibinin xüsusiyyətləri öyrənilmiş, Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının təmizlənməsi üçün seçilmiş mikroorqanizmlər və torpağı münbitləşdirən əlavələrdən ibarət yeni biopreparatların alınması üsulları işlənib hazırlanmışdır. Bir neçə mərhələdən ibarət laboratoriya sınaqlarının nəticəsində müxtəlif təbii mikroorqanizm və bitkilərin metabolik potensialından istifadə etməklə Abşeron yarımadasının neftlə çirklənmiş torpaqlarının effektli zərərsizləşdirilmə və rekultivasiya texnologiyasının elmi əsasları işlənib hazırlanmışdır. Azərbaycan neftlərinin genetik təsnifatı üçün məlumat bankının zənginləşdi-rilməsinə kömək edəcək Abşeronun müxtəlif neft yataqları üçün səciyyəvi olan bioloji nişanların (relikt karbohidrogenlərin) təbiəti və quruluş tərkiblərinin xüsusiyyətləri dərindən öyrənilmişdir.
Elmi əsərləri
[redaktə | mənbəni redaktə et]E. R. Babayev 85 elmi əsərin, o cümlədən 2 Azərbaycan patenti, 2 müəlliflik şəhadətnaməsi, 45 məqalə (bunlardan 27-si xarici, 18-i yerli nəşrlərdə) və 36 tezis müəllifidir. O, bir sıra beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.
Elmi məqalələri
[redaktə | mənbəni redaktə et]- В. М. Шамилов, Э. Р. Бабаев, Н. Ф. Алиева. Полимерные нанокомпозиты на основе карбоксиметилцеллюлозы и наночастиц Al и Cu для увеличения добычи нефти//Территория Нефтегаз, 2017, № 3, c.14–15
- В. М. Фарзалиев, M. Стрик, Э. М. Мовсумзаде, Э. Р. Бабаев, П. Ш. Мамедова, И. М. Эйвазова. Разработка новой композиции с эффективными биоцидными и нефтевытесняющими свойствами// Химия и химическая технология, 2017, Т.60, №. 1, c.68–74
- Э. Р. Бабаев, Н. Ч. Мовсум-заде, И. И. Сафиуллина, Р. Р. Сырлыбаева. Нитрильные комплексы как эффективные антимикробные присадки// Химия и химическая технология, 2016, Т.59, № 5, c.81–89
- В. М. Фарзалиев, Э. Р. Бабаев, К. И. Алиева, Э. М. Мовсумзаде. Биоповреждение смазочных масел в условиях хранения//Транспорт и хранение нефтепродуктов и углеводородного сырья, 2016, № 3, c.24–28
- Э. Р. Бабаев, П. Ш. Мамедова, З. Г. Солтанова. Композиции на основе водорастворимых полимеров для применения в качестве агентов вытеснения нефти// НефтеГазоХимия, 2016, № 3, c.17–20
Patentləri
[redaktə | mənbəni redaktə et]- 2-pentanamidoetilpentanoat yağlayıcı-soyuducu mayelərə fungisid aşqar kimi/Azərbaycan Patenti, I 2016 0056, 29.06.2016/P. Ş. Məmmədova, H. Ş. Əliyeva, E. R. Babayev, M. N. Məhərrəmov, S. Ə. Sultanova, A. X. Qafarzadə, S. E. Bayramova
- 1-Piperidin-2-fenilkarboniloksietan sürtkü yağlarına fungisid aşqar kimi/Azərbaycan Patenti İ 2012 0035, 11.04.2012/P. Ş. Məmmədova, S. A. Sultanova, M. Ə. Allahverdiyev, D. M. Quliyeva, N. C. İsmayılova, E. R. Babayev
- 3,5-di-α-metilbenzil-4-hidroksibenzil spirtinin sian-etil efiri sürtkü yağlara antimikrob aşqar kimi/Azərbaycan Patenti İ 2002 0013, 25.11.2002/P. Ş. Məmmədova, K. İ. Sadıxov, M. A. Hacıyeva, E. R. Babayev
- Bis (2-hidroksi-3,5-di-α-metulbenziltiolato) Ni (II) sintetik yağlara antioksidləşdirici aşqar kimi/Azərbaycan Patenti I 2001 0002, 02.01.2001/K. İ. Sadıxov, P. Ş. Məmmədova, Z. C. Tağıyeva, E. R. Babayev
Beynəlxalq konfranslarda iştirakı
[redaktə | mənbəni redaktə et]- Новые нитрильные присадки масел//Тез.докл. VШ межд. конференции по хим.реактивам "РЕАКТИВ-95", 1995, УфаМосква, с.152//К. Р. Телецкая, A. M. Суркин, Д. Л. Рахманкулов, M. Агагусейнова, A. Э. Мовсумзаде, Э. Р. Бабаев
- Optimization of process of phenol ortho-alkylation with styrene//17 th International Congress of Chemical and Process Engineering, August 2006, p.7.084, Praha, Creeh Republic//V. M. Farzaliyev, F. M. Veliyeva, E. R. Babayev
- Нуклефильное присоединение тиолов к пропаргиловому спирту//18 international Congress of Chemical and Process Engineering, 24–28 August, p.554 2008, Praha Czech Republic//В. М. Фарзалиев, Э. Р. Бабаев, C. А. Гамзаева, Х. Ш. Алиева
- Biomarker hydrocarbons role in identification of oil pollution source "Experts Workshop" on Environmental Forensics (Tbilisi, Georgia) 12–16 September 2011, s.169–172//E. R. Babayev, V. M. Farzaliyev