Eldar Baxış — Vikipediya
Eldar Baxış | |
---|---|
Eldar Baxış oğlu Ağayev | |
Doğum adı | Eldar Ağayev |
Təxəllüsü | Eldar Baxış |
Doğum tarixi | |
Doğum yeri | Diləli Müskanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | zəhərlənmə |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Həcər Nəzərova |
Uşaqları | Tural Ağayev, Günel Baxış , Anday Ağayev |
Atası | Baxış Ağayev |
Anası | Şeyda xanım |
Təhsili | ADU-nun Tarix fakültəsi |
Fəaliyyəti | tərcüməçi |
Ağayev Eldar Baxış oğlu (Eldar Baxış) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Eldar Baxış 22 iyun 1947-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı obasında, kəndli ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə Onbirillik məktəbi bitirib 1965-1969-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.[1]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Eldar Baxış Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. O, 1972-1988-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor vəzifəsində çalışmışdır. 1988-1990-ci illərdə isə televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru vəzifəsini icra etmişdir.[1]
"Səs" və "Nəfəs" qəzetlərini yaratmış və "Səs" qəzetinin baş redaktoru olmuşdur. Eldar Baxış 1992-1993-cü illərdə yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir. 1993-cü ildən radionun Bilgi və Uşaq dünyası verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur.[2][1]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Rejissor və aktyor Tural Ağayevin atasıdır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Eldar Baxışın "Köynək" adlı ilk şeiri 1966-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. O həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Həmçinin Eldar Baxış 1985-ci ildə Vladivostokda keçirilən Ümumittifaq poeziya festivalında iştirak etmişdir[3]. Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.[1]
1982-ci ildə Kukla teatrı Eldar Baxışın "Məlikməhəmməd" pyesini səhnələşdirmişdir. Bu pyes Mərdəkan Xalq Teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda Xalq Teatrlarının Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür. Bununla yanaşı, 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunan "Qaravun dərənin dükançası" ədibin ilk nəsr əsəridir. "Uzun Həsən" pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da erməni təcavüzü üzündən oynanılmamışdır. Eldar Baxış 1992-ci ildə Özbəkistanın "Ürək dostları" klubunun fəxri üzvü seçilmişdir.[1]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Eldar Baxış 1996-cı il mayın 22-də Bakıda vəfat etmişdir, Xırdalan qəbristanlığında dəfn olunmuşdur.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- İydə çiçəyi. Bakı: Gənclik, 1977, 34 səh.
- Üçtəpə bayatıları. Bakı: Gənclik, 1979,72 səh.
- Allı qız, ballı qız, xallı qız. Bakı: Gənclik, 1983, 80 səh.
- Ağ saçların işığı. Bakı: Yazıçı, 1985, 88 səh.
- Qara ilə Qaracanın nağılı. Bakı: Gənclik, 1986, 96 səh.
- Deyə bilmədiyim sözlər. Bakı: Yazıçı, 1988, 80 səh.
- Atlı oğlanlar. Bakı: Gənclik, 1990, 160 səh.
- Ölüsü ilə ərəbcə, dirisi ilə rusca. Bakı: Yazıçı, 1994, 128 səh. [4]
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- Puşkin A.S. Çiçək, Arzu, Morfeyə (şeirlər). "Bakı", 1987, 6 fevral, s.4.
- Rojdestvenski R. Gözləmə zalı (şeirlər). "Azərbaycan gəncləri", 1972, 14 sentyabr, s.3.
- Şukşin V. Xoruzun üçüncü banlaması (povest). "Azərbaycan", 1979, N 9, s.55-98.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Haqqında olan ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Q.Qasımzadə. Lirik şeirin imkanları (E.Baxışın "Ağ saçların işığı" kitabı haqqında məqalə). Ədəbiyyatımız, Mənəviyyatımız. Bakı, Yazıçı, 1988, s.399-406.
- S.Alışarlı. Yaşılım, yaşılım, hara gedirsən? (E.Baxışın ölümü münasibətilə). "Azadlıq" qəzeti, 1996, 30 may, s.2.
- H.Kürdoğlu. Ağacların çiçək açır (Bu gün mərhum şairimiz Eldar Baxışın xatirə günü keçirilir). "Ədəbiyyat qəzeti", 1997, 16 may, s.8.
- N.Əhmədli. Şair Eldar Baxışın xatirəsinə (şer), "Yeni Azərbaycan" qəzeti, 2002, 3 may, s.12.
- X.Natil. Eldar Baxışa. Özümə. Adımı içimdə çəkirəm və s. (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s. 117-120.
- Ş.Rza. Küsməyə dəyər, nəyinə gərəkdir söz adamların; Eldar Baxışa; (şerlər). "Azərbaycan" jurnalı, 1997, N 5-6, s.35-37
- Təbrik edirik (Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə E.Baxışın "Araz" ali ədəbi mükafata layiq görülməsi haqqında məlumat). Azərbaycan, 1995, 27 may, s.4.
- A.Türkoğlu. Eldar Baxış işığına yığışdığımız may gecəsindən fraqmentlər... ("Natəvan" klubunda keçirilən şairin xatirə gecəsi haqqında). "Azadlıq" qəzeti, 1997, 20 may, s.7.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Eldar Baxış nisgili" (Azərbaycan). anl.az. 2019-4-4 tarixində arxivləşdirilib.
- ↑ Space TV. "Tanrının gülümsədiyi şair" (az.). Youtube.com. 17.10.2022. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
- ↑ Günay Səma Şirvan. "Eldar Baxış - Axır sözünü əvvəl deyən adam" (Azərbaycan). anl.az. 2017.6.26 tarixində arxivləşdirilib.