Elektron biznes — Vikipediya

Elektron biznes və ya e-biznes (en. Electronic business, ru. e-бизнес) — elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarıetmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə malikdir.

Elektron-biznes mal və xidmətlərin elektron ticarətini özündə birləşdirir. Elektron biznes mal və xidmətlərin reklamını və hərəkətini, məhsulun bazardakı rəqabətədavamlılığının öyrənilməsini, sifarişin qəbulunu, malın daşınması və çatdırılmasını, istehsalçı və istehlakçı arasında hesablaşmaların həyata keçirilməsini yerləşmə məkanından asılı olmayaraq İnternet şəbəkəsi vasitəsilə həyata keçirir.

Yaranma səbəbi və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İnformasiya texnologiyaları və sistemlərinin sürətlə inkişafı, şəbəkə texnologiyalarının geniş tətbiqi yeni sahə olan elektron-biznes sahəsinin yaranmasına səbə olmuşdur. Elektron-biznes sahəsi özlüyündə adi biznes sahəsinə aid olan bütün sahələri demək olar ki, əhatə edir. Bu baxımdan artıq fiziki və informasiya məhsullarının satışının, bank, maliyyə, kredit əməliyyatlarının geniş spektrdə elektronlaşdırılması həyata keçirilir. Beləliklə, elektron-biznes əslində ənənəvi biznes proseslərin yeni informasiya texnologiyaları və sistemlərinin, şəbəkə texnologiyalarının. Onların vasitə və imkanlarının aparılması ilə həyata keçirilən prosesdir. Lakin bu yeni sahənin ənənəvi sahə ilə oxşarlıqlarının olması ilə yanaşı fərqləndirici xüsusiyyətləri də vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]