Elize Reklü — Vikipediya

Elize Reklü
fr. Élisée Reclus
Doğum tarixi
Vəfat tarixi
Fəaliyyəti coğrafiyaşünas, universitet müəllimi[d], yazıçı, anarxist, publisist
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı

Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır. Bir il dərs dedikdən sonra o, Berlin universitetinə daxil olmaqla coğrafiya elmini öyrənməyə başlayır.

1851-ci ildə Reklü yenidən piyada Fransaya valideynlərinin yanına qayıdarkən Strasburqda özü kimi ağır həyat tərzi keçirən böyük qardaşı ilə görüşür və birlikdə Ortez şəhərinə yola düşürlər. Ölkəni zəbt etmiş III Napoleonun əksinə iş apardıqlarına görə yenidən həbs olunmalarına göstəriş verildiyindən xəbər tutuan qardaşlar İngiltərəyə qaçırlar. Varlı bir ingilisin yanınja işə düzəldikdən sonra coğrafiyanı öyrənməkdə davam edir və ilk dəfə olaraq haqqında kitab yazmağı qərara alır. Bunun üçün isə ölkələrdə olmaqla şəxsi müşahidələrə əsaslanan biliyə malik olmaq lazım idi. Ona görə jə Reklü işi atmaqta yelkənli gəmidə aşpaz düzəlməklə Amerikaya üzür. Bir müddət limanda yük daşımaqla məşğul olur, sonra isə sahibkar yanında müəllim fəaliyyətinə başlayır. Boş vaxtlarında ABŞ-yə, Missisipi çayı və Böyük göllərin sahillərinə səyahətə çıxır. Səyahətinin sonu oçerklərin yazılması ilə nətiəcələnir.

Plantasiya sahibinin yanındakı həyat tərzi Reklünü qane etmir. O, zəncilərin istismar olunmasına dözə bilmədiyini qardaşına yazdığı məktubda belə ifadə edir: "Mən İngiltərəyə gedirəm. Axırıncı düyməmi yeyənə qədər öz zəhmətimlə yaşayacağam. Mən yeni ölkələr görmək istəyirəm, Kordilyer dağlarını görmək, coğrafiya kitabı yazmaq arzusundayam." ABŞ-dən Cənubi Amerikaya yola düşməklə Reklü iki il Kolumbiyada tədqiqat işləri aparmaqla, müxətlif vulkanik dağlarda, tropik meşələrdə və buzlaqlarda tədqiqatlarını davam etdirir, hinduların həyat tərzini öyrənir. 1857-ci ildə vətənə qayıtmaqla Parisdə məskunlaşır və turistlər üçün müxətlif ölkələr haqqında məlumat kitabçaları yazmağa başlayır. Bununla yanaşı o, coğrafiya cəmiyyətinin fəal üzvlərindən birinə çevrilir. Reklü Amerikada zəncilərin ağır həyat tərzini əks etdirən məqalələr yazmaqla müstəmləkəçiliyin əksinə çıxan səyyahlardan birinə çevrilir. 1868-ci ildə onun "Yer" əsərinin birinci cildi işıq üzü görür. 1870-ci ildə Fransa ilə Prussiya arasında başlanan müharibə onun yaradıcılığını yarımçıq qoydu. Milli qvardiya sıralarına daxil olan Reklü kommunarların bir hissəsi ilə bərabər əsr düşür. Türmədə o, "Yer" əsərinin yazılışı davam etdirir. Paris kommunası dağıldıqdan sonra Reklü Y eni Kaledoniyaya ömürlük sürgün edilir. İngiltərədə alimlər tərəfindən yaradılmış Reklünün müdafiə komitəsi cəhanın 10 il Fransadan sürgünlə əvəz olunmasına nail olur və İsveçrəyə göndərilir. O, İsveçrə Alplarını öyrənir, Yunanıstan, İtaliya, Avstriya, Macarıstan və Portuqaliyaya səyahətindən sonra Afrikaya, buradan isə 1889-cu ildə ikinci dəfə ABŞ-yə yola düşür. Daha sonra bir müddət Kanadaya səyahət edərək qısa müddətdə Avropaya qayıdır və buradan Cənubi Amerikaya yola düşür. Cənubi Amerikadan qayıdan səyyah Belçikanın paytaxtı Brüsseldə məskunlaşır.

Bundan sonra o 19 cildən ibarət "Ümumi coğrafiya. Yer və insanlar" əsərini yazır. Bu əsər ölkələrin təbiətinə, əhalisinə və təsərrüfatına həsr olunduğundan geniş şöhrət tapmışdır. Əsərin beş cildi Avropa, beşi Asiya, biri Avstraliya, dördü Afrikaya, dördü isə Amerikaya həsr olunmuşdur. Rusiya və Şərqi Asiyanın yazılmasını isə məşhur rus səyyahı P.A.Kropatkinə təklif etmişdir.

Brüsseldə yaşamaqla Reklü universitetdə coğrafiyadan mühazirələr oxuyurdu. Lakin dövlət tərəfindən ona bu sahədə fəaliyyəti qadağan edildi. Dövlətin bu hərəkətinə protest olaraq bir sıra alimlər də universiteti tərk etməklə öz və cəmiyyətin vəsaiti hesabına yeni universitet təşkil etdilər. Universitetdə irqindən, millətindən, dinindən asılı olmayaraq hər bir şəxsə oxumağa icazə verildiyindən müxtəlif ölkələrdən nümayəndələr vardır. Reklü universitetin tərkibində elmitədqiqat işləri aparmaq üçün coğrafiya institutu yaratdı. Görkəmli fransız səyyahı və coğrafiyaşünası 4 iyun 1905-ci il tarixində vəyat etdi. Coğrafiya elminin inkişafında mühüm rol oynayan Reklünün əsərlərində bu sahənin tərəqqisi iki istiqamətdə öz əksini tapır. Bunun birini ümumi yerşunaslıq (ümumi coğrafiya) adlandırmaq olar. Bu hissədə hadisələr, yerin əsas xüsusiyyətləri və onun müxətlif təbəqələri öyrənilir. Digər istiqamətin ölkəşünaslıq adlandırılması daha məqsədəuyğundur. Bu istiqamətdə görülən işlərdə müəyyən səhv fikirlər nəzərə çarpır. Təbii şəraitin insanların həyatında rolu öyrənilərkən Reklü hesab edir ki, təbii şərait insanların həyatında həlledici amildir. Buna baxmayaraş Reklü coğrafiya tarixinə ən görkəmli səyyah kimi və alim kimi daxil olmuşdur.

Béatrice Giblin, Élisée Reclus, géographe (thèse), 1971 (Беатрис Жиблен, "Элизе Реклю, географ", докторская диссертация)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Профессор Элизе Реклю. О Вегетарианстве
  2. Отрывки из книги "Народы и страны западной Европы. Бельгия" сохранена старая русская орфография Народные празднества в Бельгии Arxivləşdirilib 2010-04-23 at the Wayback Machine
  3. Элизе Реклю, Жан Жак, Человек и Земля (в 6 томах) на сайте "Руниверс"