Ellinlər — Vikipediya
Ellinlər (yun. hellenes) yunanların özlərinə verdikləri ad.
Çox böyük ərazidə, o cümlədən yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni allahlara etiqad edən və özünü vahid xalq hesab edən bütün qədim yunanlar özlərini bu adla adlandırırdılar.