Elm sahəsi — Vikipediya
Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm sahəsi – bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir. Burada müzakirə olunan mövzular və anlayışlar onların arasında mövcud olan çoxlu sayda asılılıqlar ilə əlaqələndirilirlər. Elm sahəsi adətən müəyyən predmetlər üçün ümumi başlıq kimi də baxılır. Məsələn Universitetlərdə, kitabxanalarda elm sahələrinin sinifləşdirilməsində bundan istifadə edilir. Elm sahəsində çalışan mütəxəssislərə təkcə ali məktəblərdə yox, həm də sənayedə rast gəlinir.
Elm tutumlu sahələr – iqtisadiyyatın, elm və texnikanın son nailiyyətlərindən istifadə edilməsi ilə məhsul buraxan, işlər yerinə yetirən və xidmətlər göstərən sahələrdir.
Elm istehsalat birlikləri – elmin istehsalatla birləşməsi formalarından biri. Birliklərə rəhbərlik edən elmi-tədqiqat institutları bazasında yaradılır; tərkibinə adətən hüquqi şəxs hüququna malik texnoloji, layihə-konstruktor təşkilatları, təcrübə istehsalatı və seriya ilə məhsul buraxan zavodlar da daxildir. Elm istehsalat birliklərinə rəhbərliyi baş direktorun başçılıq etdiyi (baş direktor eyni zamanda elmi-tədqiqat institutunun direktorudur) baş direksiya həyata keçirir. Bunların yaradılması elm və istehsalatın birləşməsi prosesinə rəhbərliyi yaxşılaşdırmağa, yeni texnikanın tədqiqindən seriya ilə istehsalına kimi davam edən müddəti maksimum qısaltmağa imkan verir. Elm istehsalat birliklərində yeni texnologiyanın hazırlanması və istehsalın mənimsənilməsi prosesinin müxtəlif mərhələlərinin təşkilati əlaqəsizliyi ləğv edilir, elmi-texniki tərəqqinin fasiləsizliyi təmin olunur. Layihəçilərin, konstuktorların, texnoloq və istehsalatçıların elmi və texniki ideyaların işlənib hazırlanmasında fəal iştirak etmələri üçün imkanlar açılır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.