Emfizem — Vikipediya

Ağciyər emfizeması
XBT-10 J43.
XBT-10-KM J43.8
XBT-9-KM 492.8[1]
OMIM 130700
DiseasesDB 4190
MedlinePlus 000136
MeSH D011656
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir.[2] Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur.[3]

Bu xəstəlik, xronik destruktiv bronxitbronxial astma ilə birlikdə hazırda ağciyərlərin xronik obstruktiv xəstəliklərinin tərkibindən biridir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur.[4] Ağciyər emfizeması ağciyərlərin kəskin və xroniki xəstəlikləri - bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. Eləcə də zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı[5]) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.[6]

Ekspirator tipli təngnəfəslik (xəstə nəfəs almada çətinlik çəkir), öskürək, sifətin şişkinləşməsi və s. Bu əlamətlər ağciyərlərin digər xəstəliklərində də müşahidə olunur və diaqnozun dəqiq müəyyən edilməsi üçün mütləq təcrübəli pulmonoloqlara müraciət olunmalıdır.

Rentgen təsvirində birincili emfizema bircinsli ağciyər sahələrinin şəffaflığının yüksəlməsi və ağciyər təsvirinin kasad olması ilə görünür, ağciyərin aşağı şöbələrində, diafraqmanın aşağı durumu xarakterik olur. İkincili emfizemada ağciyərin aşağı şöbələrinin şəffaflığı peribronxial dəyişikliklərə görə azalmış olur, diafraqma hərəkət etməyə bilər, çünki ağciyərin ümumi həcmi az dəyişir. Emfizemanın hər iki formasında tənəffüsün funksional araşdırılması üsullarından istifadə olunur.[7]

Tənəffüs çatışmazlığının aradan qaldırılması, ağciyər emfizemasına səbəb olan əsas xəstəliyin aradan qaldırılması, bədən tərbiyəsi, iqlim terapiyası bu xəstəlik zamanı tətbiq edilən müalicə üsullarıdır. Dərman müalicəsi zamanı bronxodilatatorlar, qlükokortikoidlər və a1 - AT təyin edilir. Cərrahi müalicə az effektivdir. Cərrahi yola yalnız ağciyərin transplantasiyası əhəmiyyətli sayılır.[8] Köməkçi müalicə üsulları kimi tənəffüs məşqləri edilməli və xəstələrə düzgün nəfəs alma texnikası öyrədilməlidir. Emfizem diaqnozu qoyulan hər bir xəstə nəfəs almasına nəzarət etməlidir.[9]

Profilaktikası:

[redaktə | mənbəni redaktə et]

Bronxit və ağciyər iltihabını törədən səbəbləri aradan qaldırmaq, idmanla məşğul olmaq, tütün məmulatlarından və spirtli içkilərdən imtina etmək.[10]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı:

Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi. 2009. səh. 145. ISBN 978-9952-441-02-4.

  1. Disease Ontology (ing.). 2016.
  2. "Emfizem". hekimtap.az. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  3. "Ağciyər emfizeması nədir, əlamətləri və cərrahi müalicəsi". tibbiportal.az. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  4. "Siqaret öldürür". lent.az. 2010-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-05.
  5. Antonino, Cristiano. "Ağciyər amfizemi: səbəbləri, simptomları, diaqnozu, testləri, müalicəsi" (az.). 2022-07-06. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  6. "Ağciyərlərin emfizeması". www.turkiyexestexanalari.az. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.11.
  7. "Pulmonologiya". haqqinda.az. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  8. "Emfizem". kayzen.az. İstifadə tarixi: 2024.01.11.
  9. "Эмфизема легких - причины, симптомы, признаки, диагностика, лечение, прогноз". polyclinika.ru (rus). 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
  10. "profilaktika-emfizemy-legkikh". docdoc.ru. 2024-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.01.11.