Emma Votson — Vikipediya

Emma Votson
brit. ing. Emma Charlotte Duerre Watson
Doğum adı Emma Charlotte Duerre Watson
Doğum tarixi 15 aprel 1990(1990-04-15)[1][2][…] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Partnyorları
  • Conni Simmons[d] (20112011)
Fəaliyyəti model[d], kino aktrisası, teatr aktrisası, aktivist, uşaq aktrisa[d], səsləndirmə aktrisası[d], aktrisa, fotomodel[d], kinorejissor
Fəaliyyət illəri 1999-cu ildən
Təhsili
Boyu 165 sm[6][7][…]
IMDb ID0914612
{{{imzanın izahı}}}
emmawatsonofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emma Votson (tam adı; Emma Şarlotta Dyuyerre Votson, ing. Emma Charlotte Duerre Watson; 15 aprel 1990[1][2][…], Le Mare[d], Paris[3][4]) — Böyük Britaniya aktrisası.

Emma Votson 2001-ci ildən başlayaraq bütün səkkiz Harri Potter filminin hər birində Deniel RedkliffRupert Qrintlə yanaşı rol alaraq bu filmlər seriyasında yaratdığı Hermiona Qreyncer obrazı ilə məşhurlaşıb. Hermiona olaraq heyətə daxil olarkən onun doqquz yaşı var idi və daha əvvəl yalnız məktəb tamaşalarında oynamışdı.[8] On il ərzində, Votson dünya şöhrəti, mühüm təriflər və 10 milyon funtdan artıq pul qazanmışdı.[9] 2007-ci ildə Uatson iki filmdə yer almışdır: "Balet ayyaqqabları" romanı əsasında çəkilən film və Despero adlı cizgi film. Balet Ayaqqabıları filmi 2007-ci ildə nümayiş etdirilmiş və 5,2 milyon tamaşaçı sayı toplamışdır. Dikamillo romanı əsasında çəkilmiş Despero cizgi filmi isə 2008-ci ildə ekranlara çıxmış və 70 milyon dollar gəlir əldə etmişdi.[10] İlk modellik təcrübəsini isə 2009-cu ildə Burberrynin payız-qış mövsümündə etmişdir.

2011-ci ildən 2014-cü ilə kimi film çəkilişlərinə ara verib təhsilini davam etdirərək Braun UniversitetiOksford universitetində təhsil almış və 2014-cü il may ayında Brown universitetini İngilis ədəbiyyatı ixtisası üzrə bitirmişdi.[11] Emma Votsonun model karyerasına Burberry Lancôme şirkətlərinin reklam kampaniyalarına model olaraq daxil olunmuşdur.[12][13] Moda məsləhətçisi kimi, o "clothing for People Tree" geyim layihəsinin yaradılmasına kömək etmişdir.[14] 2013-cü ilin oktyabr ayında Empire jurnalı tərəfindən dünya miqyasında keçirilən sorğuda Ən Seksi Film Ulduzu,[15] 2014-cü ildə isə Britaniya Film və Televiziya Sənəti Akademiyası tərəfindən ilin Britaniyalı Artisti seçilmişdir. Həmin il o, BMT-nin Xoşməramlı Qadın Səfiri təyin olunub və BMT-nin Qadınlar kampaniyasının Heforshe layihəsini başlatmağa kömək etmişdir. Bu layihə kişiləri gender bərabərliyini təbliğ etməyə çağırırdı. 2017-ci ildə Disneyland'da 1991-ci ilin istehsalı olan Gözəl və bədheybət cizgi filminin çəkilmiş yeni versiyasında Bellei adlı xarakteri canlandırmışdır.[16]

Emma Votson hər ikisi də vəkil olan Jaklin Lyusbi və Kris Uatsonun qızı olaraq Fransanın paytaxtı Parisdə anadan olmuşdur.[17] Nənələrindən biri fransız olan Votson 5 yaşına qədər Parisdə yaşamışdı.[18] O, gənc ikən valideynləri ayrılmışdır. Valideynləri ayrılandan sonra Emma geriyə İngiltərəyə qayıdaraq anası və qardaşı ilə yaşayıb, həftəsonlarını isə atasının Londondakı evində keçirib. Uoltson geniş bir ailədə böyümüşdü. Onun valideynlərinin ikinci evliliklərindən bacı və qardaşları var. Atasının Nina və Lusi adlı ekizləri, Emmadan 4 yaş kiçik Tobi adlı oğlu, anasının isə iki oğlu var. Votson mütəmadi olaraq anasının yanında qardaşları ilə qalırdı.[19] Aleksandr adlı qardaşı Harri Potter filminin 2 seriyasında, digər qardaşları isə BBC istehsalı olan Balet ayyaqqabları filmində Pol Fossil xarakterinin gəncliyi rolunu canlandırmışdılar. Uatson Harri Potter filmindən 10 milyon funt-sterlinqdən artıq qazanmışdır, belə bir pulu heç bir işdə əldə etməyəcəyini qəbul edən Emma filmlərdən qazandığı pulu ailəsinə vermiş və universitet xərcləri üçün banka qoymuşdur. Lakin məktəbi bitirdiyi zaman tam mənasilə aktrisa olmağa başlayacağını bildirən Uatson "İnsanlar nə üçün istəmədiyimi başa düşmürlər. Amma məktəb həyatı dostlarımın arasında olmaq məni qoruyur. Bu mənim gerçək həyatda olmağımı təmin edir" demişdi.[20] Çalışarkən positiv olmağa çalışdığını qeyd edib ailəsinin və həmkarlarının yaxşı bir təcrübə üçün ona kömək etdiklərini söyləmişdi.[19][21] Uatson Qarri Potter filminin ulduzları Deniel RedkliffRupert Qrint ilə çox əyləndiyini aralarında qardaşlıq bağı olduğunu söyləmişdir. Rəqs etmək, mahnı oxumaq, otüstü hokkey, tennis, rəsm çəkmək, balıq tutmaq[22] və ianə vermək maraqlandığı sahələr arasındadır.[23][24] Özünü "bir az feminist"[19][20] olaraq adlandıran Uatson heyran olduğu aktyorlar Conni DeppCuliya Robertsdir.

Anası və qardaşı ilə birlikdə Oksforda İngiltərəyə köçən Emma 2003-cü ilin sonuna qədər "The Draqun School"da oxumuş, daha sonra "Headington School"a keçmişdir.[17] Filmdə yaratdığı obrazlarla yanaşı Uatson gündə 5 saatdan çox xüsusi dərs alırdı. Bütün diqqətini filmə cəmləməsinə baxmayaraq o təhsilini uğurlu bir şəkildə bitirmişdir. 2006-cı ilin iyununda Liseyi bitirmək üçün imtahanlara daxil olmuş və 10 dərsin 8-dən A* və 2-dən A reytinqini almışdı.[25] 6 yaşından bəri aktrisa olmaq istəyən Emma Oksford şöbəsində "Stagecoach" (tamaşa aktyorluğu) dərsi almağa başladı. O, yarım günlük teatr məktəbi olan Stagecoachda rəqs və aktyorluq dərsləri alırdı.[26] On yaşına gəldikdə məktəb tamaşalarında oynamağa başladı,[27] lakin Harri Potter filmindən əvvəl heç professional olaraq oynamamışdı. Uatson 2007-ci ildə Pulda jurnalına verdiyi müsahibədə "Film seriyalarının miqyası haqqında heç bir təsəvvürüm yox idi. Təsəvvürüm olsaydı, şəksiz boğulmuşdum" şəklində müsahibə verdi.[20] 2014-cü ilin 25 may tarixində Emma Braun Universitetinin İngilis Ədəbiyyatı fakültəsindən magistr dərəcəsi ilə məzun oldu və Twitter hesabından məzun şəklini paylaşmışdı.[28]

Kino fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Potter filminin üç ulduzu Deniel Redkliff, Emma Votson və Rupert Qrintin əl və ayaq izləri, 2007

1999-cu ildə Votsonun aktyorluq həyatı Coan Roulinqun eyniadlı kitabı əsasında çəkilmiş Harri Potter və Fəlsəfə Daşı filmi ilə başlamışdır. Rejissorları üçün Harri Potter rolu və Potterin iki dostu Hermiona QreyncerRon Uizli rolları çox əhəmiyyətli idi. Film agentlikləri Votsonu Oksford teatr müəllimi sayəsində tapdılar və özünə olan inamından dolayı ondan çox təsirləndilər. Sınaqlardan sonra prodüser Devid Heyman Votson, Deniel Redkliff və Rupert Qrintin müvafiq Hermiona Qreyncer, Harri Potter və Ron Uizli rollarını oynayacaqlarını bildirdi. Roulinq ilk sınaq çəkilişindən etibarən Votsonu dəstəklədiyini bildirmişdi.

Votsonun səhnəyə ilk çıxışı 2001-ci ildə Harri Potter və Fəlsəfə Daşı filminin ekranlara çıxması ilə olmuşdur. Filmin ilk gün gəlirləri və ilk həftəsonu gəlirləri rekord qırmış və 2001-ci ilin ən çox gəlir əldə edən filmi olmuşdur.[29][30] Tənqidçilər filmdəki üç əsas aktyoru tərifləmiş, əksəriyyəti isə Votsonun çıxışını ayrıca təqdir etmişdilər. "The Daily Telegraph" qəzeti performansın "təqdirəlayiq" olduğunu bildirmişdi. Votson "Fəlsəfə Daşı"ndakı performansı ilə Gənc Aktrisa Mükafatı daxil olmaqla 5 mükafat qazanmışdı.[31]

Bir il sonra Votson filmin ikinci seriyası Harri Potter və Sirlər Otağı ilə yenidən ekranlara çıxdı. Filmlə bağlı bir-birindən fərqli şərhlər bildirilsə də, tənqidçilərin aktyorların çıxışları haqqında olan fikirləri müsbət idi. "The Times" qəzeti rejissor Kris Kolumbun Votsonun yetərincə populyar olan xarakterindən kifayət qədər istifadə etmədiyi üçün tənqid edərkən "Los Angeles Times" qəzeti iki film arasında keçən prosesdə Votson və yoldaşlarının daha da yetişdirildiyindən yazırdı.[32] Votson çıxışı ilə Alman "Die Velt" jurnalının keçirdiyi Otto mükafatlarında Ən Yaxşı Qadın Aktrisa (gümüş) mükafatını almışdı.[33]

2004-cü ildə Harri Potter və Azkaban Məhbusu ekranlara çıxmışdı. Votson iddalı Hermiona rolunu bəyəndiyini, oynadığı rolun "xarizmatik" və "oynanılması fantastik bir rol" olduğunu söyləmişdi. Tənqidçilər Redkliffə odun damğası vurub aktyorluq bacarığından ümidi kəsdilərsə də, Votsonu tərifləməyə davam etmişdilər. "The New York Times" qəzeti təsirli çıxışını "Çox şükür Redkliffin itaətkarlığı, Uatsonun səbirsizliyi ilə tarazlanır" şərhində göstərmişdi. Harri inkişaf edən sehirbazlıq bacarıqları ilə fəxr edə bilər, lakin Hermiona Drakonun burnuna atdığı xoşagəlməz yumruqla böyük alqışı haqq edir. 2008-ci ilin yanvar ayı etibarilə Azkaban Məhbusu ən az gəlir əldə edilən Harri Potter filmi olmasına baxmayaraq Votson üçün ən uğurlu film idi. Bu filmlə iki Otto mükafatı və Total Film jurnalının təşkil etdiyi mərasimdə "İlin Uşaq Performans"ı mükafatını qazanmışdı.

Uatson Harri Potter və Alov Qədəhi filminin qala gecəsində 2005-ci il noyabr

2005-ci ildə Harri Potter və Alov Qədəhi filminin yayımlanması Votson və Potter filmləri üçün yeni bir hadisə olmuşdur. Tənqidçilər Votson və gənc yoldaşlarının artan yetkinliklərini təriflədilər. The New York Times qəzei performansı "təsirli bir şəkildə ciddilik" olaraq adlandırdı. Votson üçün filmin təbiətinin böyük qismi üç əsas obrazın arasındakı gərginliyi yetkinliyi ilə yatırtmasıdır. "Mən bütün mübahisələri sevdim. Onların mübahisələrinin çox real olduğunu hesab edirəm" demişdi. O, Alov qədəhi ilə birlikdə Otto mükafatları (bürünc) medalı də daxil olmaqla 3 mükafat qazanmışdı. Bir il sonra "Teen Vogue" jurnalının üz qabığına çıxan ən gənc insan olmuşdu.[21] 2006-cı ildə II Elizabetin 80-ci yaşə münasibətilə xüsusi Qarri Potter mini bölümündə oynamışdı.

Filmin beşinci seriyası Harri Potter və Simurq Ordeni 2007-ci ildə ekranlara çıxmışdı. Dünya miqyasında rekord qıraraq ilk həftəsində 332,7 milyon dollar gəlir əldə etmişdir. Votson İngiltərədə təşkil olunan Milli Kino Mükafatlarında Ən Yaxşı Qadın Sənətçi mükafatını almışdı. Votsonun şöhrəti filmin seriyaları ilə davam etdi və 2007-ci ilin 9 iyul tarixində Votson və Harri Potterin ulduzları Deniel RedkliffRupert Qrint Hollivudun Graumanın Çin Teatrı önünə əl və ayaq izlərini buraxdılar.

2007-ci ilin iyul ayında Votson Qarri Potter filminin seriyalarındakı fəaliyyətindən 10 milyon funt-sterlinqdən artıq qazandığını söylədi. Həyatının geri qalanında pul üçün işləmək məcburiyyətində olmadığını qəbul etdi. O, 2009-cu ilin mart ayında Forbes jurnalının "Ən Dəyərli Gənc Ulduzlar" siyahısında 6-cı sırada yer aldı, 2009-cu ildə qazandığı təxminən 19 milyon funt-sterlinq ilə 2010-cu ilin fevralında Hollivudun ən yüksək maaşlı qadın ulduzu olaraq adlandırıldı.

Votson Harri Potter və Mələz Şahzadəin qala gecəsində. 2009-cu il iyul

Simurq Ordenindən əldə edilən uğura baxmayaraq, Harri Potter seriyasının gələcəyindən narahatlıq duyuldu. Baş rol oyunçularının üçü də son iki bölümdəki rollarına davam etmək məsələsində qərarsız idi. 2007-ci ilin 2 mart tarixində Redkliff, nəhayət, müqaviləyə imza atdı, bu vaxt ərzində Votson çox qərarsız idi. Nəhayət, "Hermione rolunu heç vaxt buraxmayacağını" qəbul etdi və 23 mart 2007-ci ildə rol üçün imzasını atdı. Son filmlərə olan öhdəliyinin əvəzində Votsona ödəniləcək məbləğ film başına 2 milyon funt-sterlinqin 2 qatı oldu.[20] Altıncı filmin baş çəkilişlərinə 2007-ci ilin sonunda başlandı, Votsonun sujetləri 2008-ci ilin 18 dekabr ilə 17 may tarixlərində çəkildi.

Votson 2009-cu ilin 15 iyul tarixində ekranlara çıxan Qarri Potter filminin 6-cı seriyası olan Harri Potter və Mələz Şahzadə filmi ilə yenə də tərif dolu resenziyalar almışdı. Los Angeles Times jurnalı Votsonun oyununu "İngilis aktyorluğu baxımından əhatəli bir rəhbər" olaraq qiymətləndirərkən Vaşinqton Post jurnalı isə "Bu onun bu günə qədərki ən heyranedici çıxışı idi" şəklində çıxış etmişdi.

Votson, Daniel Radcliffe (solda) və Rupert Qrint ilə bilrikdə "Harri Potter və Ölüm Hədiyyələri" filminin 2-ci hissəsinin qala gecəsində 2011-ci il iyul. London.

Harri Potter filminin son seriyası "Harri Potter və Ölüm Hədiyyələri" üçün Votsonun çəkilişləri 2009-cu ilin 18 fevral tarixində başladı və 2010-cu ilin 12 iyun tarixində sona çatdı. Maddi sıxıntılar və başqa bir sıra səbəblər üzündən orijinal kitab ard-arda çəkiləcək iki hissəli film şəklində bölündü. "Harri Potter və Ölüm Hədiyyələri"nin 1-ci hissəsi 2010-cu ilin noyabr ayında, 2-ci hissəsi isə 2011-ci ilin iyul ayında yayımlandı.

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Votson Potter filmindən başqa rol aldığı ilk film 2007-ci ilin istehsalı TV filmi olan "Balet ayaqqabıları" filmidir. O bu filmdə Pol Fossil rolunu canlandırmışdı. Layihə üçün "Qarri Potterə (və Simurq Ordeni) qayıtmaq üçün qərarsız qalmışdım, amma "Balet ayaqqabıları"na müqavimət göstərə bilmədim. Həqiqətən sevdim" — demişdi. Milad Stritfeild romanı əsasında çəkilmiş yyni adlı filmdə Votson hekayədə yer alan üç bacının ən büyüyü idi.

Rejissor Sandra Goldbacher "Emma Paul obrazı üçün ideal idi" deyə fikir bildirmişdi. Votsonun sarı saçları rol üçün ağardılmışdı. "Balet ayaqqabıları" Böyük Britaniyada yeni il ərəfəsində yayımlandı və filmi 5.2 milyon tamaşaçı izlədi. Film tənqidçilərin çoxu tərəfindən zəif qiymətləndirilmişdi The Times jurnalı filmi "Az investisiya ilə sehr və ya dram inkişaf edir" deyə yazmışdı. Yenə də filmdəki performansı əsasən bəyənildi; The Daily Telegraph qəzeti film üçün "Yaxşı ifadə olunmuşdu? Çünki o bu günlərdə nə qədər yaxşı uşaq aktyorlardan biri olduğunu təsdiqlədi" yazmışdı.

Bundan əlavə Votson 2008-ci ilin dekabrında nümayiş etdirilən "Desperonun nağılı" adlı animasiya filmində səsləndirmə etmişdi. Filmdə səsi ilə Şahzadə Pinin xarakterini canlandırmışdı.

2008-ci ilin iyununda Chanel moda şirkəti ilə 3 milyon dollarlıq reklam müqaviləsi imzalamışdır. Chanel şirkətinin istehsal etdiyi Coco Mademoiselle ətirlərinin Kira Naytlinin yerini tutaraq yeni üzü olmuşdu.

Filmlər
İl Ad Rol Qeydlər
2001 Harri Potter və Fəlsəfə Daşı Hermiona Qreyncer
2002 Harri Potter və Sirlər Otağı
2004 Harri Potter və Azkaban Məhbusu
2005 Harri Potter və Alov Qədəhi
2007 Harri Potter və Simurq Ordeni
"Balet ayaqqabıları" Polin Fossil BBC 1 kanalı üçün hazırlanmış film
2008 Desperonun nağılı Şahzadə Pi Səsləndirmə
Harri Potter və Mələz Şahzadə Hermiona Qreyncer
2010 Harri Potter və Ölüm Hədiyyələri. I hissə
2011 Harri Potter və Ölüm Hədiyyələri. II hissə
7 gün, 7 gecə Merilinlə Lusi
2012 Şəbbugülü olmağın faydaları Sam
2013 Parıltılı Həyatlar Niki Mur
Bu sondur özü
2014 Nuh (film, 2014) İla
2015 Kolonia (film) Lena
Qorxu Terapiyası Angela Qrey
The Vicar of Dibley Reverend Iris Xüsusi bölüm:The Bishop of Dibley
2017 Gözəl və Çirkin (film, 2017) Belle
Dairə (film, 2017) Mae Holland
İl Mərasim Mükafat Film Nəticə
2002 Gənc aktyor mükafatları Ən yaxşı film — Gənc xanım aktrisa Harri Potter və Fəlsəfə Daşı (film, 2001) Əldə etdi[31]
Fantaziya və qorxu filmləri Saturn mükafatı Əldə etmədi
Empire jurnalı Sony Ericsson Empire mükafatı Əldə etmədi
Amerikan kino həvəskarı mükafatı Köməkçi aktrisa Əldə etmədi
Gənc aktyor mükafatı Gələcək filmlərin ən yaxşı heyəti Əldə etmədi[31]
2003 Otto Mükafatları Ən yaxşı qadın film ulduzu (Gümüş) Harri Potter və Sirlər Otağı (film, 2002) Əldə etdi
2004 Otto Mükafatları Ən yaxşı qadın film ulduzu (Gümüş) Harri Potter və Azkaban Məhbusu (film, 2004) Əldə etdi
Total Film İlin uşaq performansı Əldə etdi
Film Tənqidçilər Dərnəyi verilişi Ən yaxşı gənc aktrisa Əldə etmədi
2005 Otto Mükafatları Ən yaxşı qadın film ulduzu (qızıl) Əldə etdi
Film Tənqidçilər Dərnəyi verilişi Ən yaxşı gənc aktrisa Harri Potter və Alov Qədəhi (film, 2005) Əldə etmədi
2006 Otto Mükafatları Ən yaxşı qadın film ulduzu (bürünc) Əldə etdi
MTV Film Mükafatı Ən yaxşı ekran qrupu Əldə etmədi
2007 ITV milli film mükafatı Ən yaxşı qadın performansı Harri Potter və Simurq Ordeni (film, 2007) Əldə etdi
Böyük Britaniya Nickelodeon uşaq seçimi mükafatları Ən yaxşı film aktrisası Əldə etdi
2008 Böyük Britaniya Sony Ericsson Empire Mükafatları Ən yaxşı aktrisa Əldə etmədi
Constellation Mükafatları Ən yaxşı qadın performansı Əldə etdi
Otto Mükafatları Ən yaxşı qadın film ulduzu (qızıl) Əldə etdi
SyFy Genre Mükafatları Ən yaxşı qadın aktrisa Əldə etdi
Glamour Mükafatları Ən yaxşı Böyük Britaniya Tv aktrisası Balet ayaqqabıları Əldə etmədi
2009 Scream Mükafatları Ən yaxşı fantastika film aktrisası Harri Potter və Mələz Şahzadə (film, 2009) Əldə etmədi
2010 MTV Film Mükafatı Ən yaxşı qadın performansı Harri Potter və Simurq Ordeni (film, 2007) Əldə etmədi
2010 Yeniyetmə Seçimi Mükafatı Fantastik Film aktrisası Harri Potter və Simurq Ordeni (film, 2007) Əldə etmədi
2012 Fantaziya və qorxu filmləri Ən yaxşı köməkçi qadın aktrisası Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011) Əldə etmədi
2014 Amerika komediya mükafatları Ən yaxşı köməkçi qadın aktrisası Bu sondur (film, 2013) Əldə etmədi
  1. 1 2 Emma Watson // filmportal.de. 2005.
  2. 1 2 Emma Watson // GeneaStar.
  3. 1 2 Emma Watson: ambassador with the magic touch (ing.). // The Guardian United Kingdom: GMG, 2014. ed. size: 107899 ISSN 0261-3077
  4. 1 2 http://www.tvguide.com/celebrities/emma-watson-149304/credits/.
  5. 1 2 http://www.nytimes.com/2010/12/07/fashion/07iht-flace.html.
  6. https://www.imdb.com/name/nm0914612/bio.
  7. https://www.celebheights.com/s/Emma-Watson-1502.html.
  8. "Movies". 2019-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
  9. "Potter star Watson 'rich enough to retire'". 12 Jul 2007. 5 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  10. "Emma Watson". 12 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  11. "Emma Watson graduates from Brown University". 25 May 2014. 4 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  12. "Emma Watson Exclusive". 12 JUNE 2009. 6 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  13. "By Dana Oliver, StyleList". 03/14/2011. 5 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  14. "Emma Watson launches ethical fashion range with People Tree". 17 Sep 2009. 16 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  15. "The 100 Sexiest Movie Stars: The Men". 7 Oct 2013. 13 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  16. "Emma Watson brings Belle into the 21st century". 7 Mar 2017 - 17 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  17. 1 2 "Life Emma". 2 April 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  18. "A life after Harry Potter". 14 Mar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  19. 1 2 3 "Touched by magic: Harry Potter's Hermione". 13 Feb 2012 – 24 Sep 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  20. 1 2 3 4 "Watson says: We're all so grown-up!". 13 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  21. 1 2 "Interview with Emma Watson". 22 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  22. "Emma Watson loves to go fishing for a spell". The Daily Telegraph. (#accessdate_missing_url)
  23. "Emma Watson donates items for WTT auction". 27 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  24. "Emma Watson donates items for WTT auction again". 27 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  25. "Pupils 'sitting too many GCSEs'". 11 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  26. "Harry Potter drama school to float". 16 Oct 2010 – 3 Jul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  27. "Filmography". 14 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  28. "!". 15 Mar 2017 – 25 Feb 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  29. "Box Office Analysis: "Harry Potter" breaks records". 25 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  30. "2001 WORLDWIDE GROSSES". 27 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  31. 1 2 3 "Twenty-Third Annual Young Artist Awards 2002". 3/15/2019. 7 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  32. "Harry Potter and the Chamber of Secrets'". 2005-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.
  33. "DIE OTTO - SIEGER 2003". 3/15/2019. 10 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]