Erməni inqilab ordusu — Vikipediya
Erməni inqilab ordusu - (E.İ.O.) (ing. Armenian revolutionary army, ARA) – erməni terror təşkilatı. Təşkilatın əsası 1983 -cü ildə qoyulub həmin il təşkilatın üzvləri öz manifestlərini dərc ediblər manifestdə deyilirdi: "Bütün hökümətlərə dünya ictimayyətinə və mətbuata:
Türkiyənin və beynəxalq ictimayyətin ədalət prinsiplərinə qarşı laqeyidliyi və məkrli münasibəti, bizi əmin edir ki, bizim üçün "Ədalətli Məhkəməyə" nail olmağın yeganə yolu silahlı mübarizədən keçir"
. Mətbuatda olan bəzi məlumatlara görə EİO Daşnaktutun partiyası ilə sıx əlagələrə malik olmuşdur.
1983 – 86 cı illər ərzində təşkilat bir neçə terror aktı keçirir bunlardan birincisi 14 iyul 1983-cü ildə Brüsseldə türk diplomatının qətlə yetirilməsi idi. Bütün aksiyalara görə məsuliyyəti ASALA və EİO öz üzərilərinə götürdülər. EİO keçirdiyi aksiyalardan ən məşhuru 27 iyul 1983 –cü ildə Lissabondakı Türkiyə səfirliyinə qarşı terror aktıdır, bu terror aktı nəticəsində, Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı Cahidə Mıxçıoğlu və portuqaliyalı polis Manuel Paçeko həlak olmuşdur. Həmçinin bu terror aktını törədən terrorçular Setrak Adjemyan, Ara Kavrikyan, Sarkis Abraxamyan, Simon Yahniyan və Vaçe Daqliyan həlak olurlar, onlardan biri səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən qətlə yetirilir, digərləri isə özlərini partladaraq həlak olmuşdular. Bu qrupa "Lissabon beşliyi" də deyirlər. Lissabondakı terror aktı dünya mətbuatında qeniş şəkildə işıqlandırılmışdır, bu terror aktından sonra Portuqaliya hökuməti Türkiyə xarici ilşər naziri İ. Türkmenin Portuqaliyaya planlaşdırılan səfərindən imtina etmişdir, səbəb kimi isə onun təhlükəsizliyini təmin etmək iqtidarında olmadıqlarını göstərmişdilər.
Lissabon beşliyinə Ermənistanda bir sıra şerlər və mahnılar ithaf olunub. 20 iyun 1984 – cü ildə Vyanada (Avstriya) Türkiyə səfirliyinin sosial məsələlər üzrə müşavirinin köməkçisi Ərdoğan Özənin avtomobili partladılır Özən həlak olur beş nəfər isə (o cümlədən iki avstriyalı polis) yaralanır. Həmin ilin noyabrın 19 da Vyanada daha bir terror aktı həyata keçirilir, BMT – nin Vyanada yerləşən "Sosial və humanitar məsələlər üzrə mərkəzində" işləyən milliyətcə türk olan Ənvər Ərgün öz avtomobilində qətlə yetirilir, EİO onun maşınında öz nışanı olan parça qoyur. 12 mart 1985 – ci ildə Kanadanın paytaxtı Ottava şəhərindəki türk səfirlinə qarşı terror aktı keçirilir. 1986 – cı ildə EİO – nun üzvləri Kanadada həbs olunmuş 3 erməni terrorçusuna uzunmüddətli həbs cəzasının verilməsinə etiraz olaraq, Parisdəki "Air Kanada" aviaşirkətinin ofisinə hücum edirlər, lakin bir saatdan sonra təslimm olurlar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Армянская революционная армия Arxivləşdirilib 2014-07-13 at the Wayback Machine
- Ermeni terör örgütü Arxivləşdirilib 2007-02-12 at the Wayback Machine