Esseksit — Vikipediya

Esseksit həmçinin nefelin monzogabbro da adlandırılır[1][2], tutqun boz və ya qara holokristallik maqmatik süxur. Adı ABŞ-nin Massaçusets ştatındakı Esseks kəndindən götürülmüşdür.

QAPF diaqramına görə esseksit[3]

Streckeisenin (1974) QAPF diaqramına əsasən esseksit nefelinin bolluğundan və ortokolazın plagioklaza nisbətindən asılı olaraq nefelin monzodiorit və ya nefelin monzogabbro kimi bilinir.[3]

Mineralogiyası

[redaktə | mənbəni redaktə et]

Əsasi, yaxud orta sıralı plaqioklazlar, bir qədər ortoklaz, bənövşəyi (titanlı) və ya yaşılı klinopiroksen (bəzən hər ikisi), qırmızımtıl qonür biotit və barkevigit horn­­­blendi, az miqdarda nefelin, kankrinit, sodalit, törəmə analsim, bəzən olivindən təşkil olunmuşdur[4].

  1. "Arxivlənmiş surət". 2022-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  2. "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  3. 1 2 "Arxivlənmiş surət". 2017-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
  4. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.