Estoniya iqtisadiyyatı — Vikipediya

Baltikyanı ölkələr içərisində ərazicə ən kiçiyi olan Estoniya Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə görə birincidir[1].

2004-cü ildən NATOAvropa İttifaqının üzvü seçilmiş, 2007-ci ildən isə Şengen Zonasına qoşulmuşdur[1]. 2011-ci ildən Baltikyanı ölkələr içərisində ilk olaraq Estoniya Avrozonanın üzvü olmuşdur[1].

Ölkədə 2012-ci ildə ÜDM-in həcmi ötən ilə nisbətən 3,9% artaraq 21,85 milyard ABŞ dolları təşkil etmişdir[1]. Adambaşına düşən ÜDM-in həcmi 17 min dollardır[1]. Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır.[2]

  1. 1 2 3 4 5 Xarici ölkələrin təcrübəsi: Estoniya Respublikasının vergi sistemi: mənfəət vergisi[ölü keçid]. vergiler.az  (az.)
  2. "Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-02.