Evo Morales — Vikipediya
Evo Morales | |
---|---|
isp. Juan Evo Morales Ayma | |
Şəxsi məlumatlar | |
Doğum adı | Juan Evo Morales Ayma |
Doğum tarixi | 26 oktyabr 1959[1][2] (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, sindikatçı[d] |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Xuan Evo Morales Ayma (ing. Juan Evo Morales Ayma; 26 oktyabr 1959[1][2], Oruro) — Boliviyalı siyasətçi və 2006–2019-cu illərdə Boliviyanın 80-ci Prezidenti olmuş kokalero fəalı. Ölkənin yerli əhalidən gəlmiş ilk prezidenti olaraq qəbul edilir. Onun hökumət kabinetinin üstündə durduğu əsas məsələlərə sol siyasətin tətbiq olunması, yoxsulluğun azaldılması və ABŞ və Boliviyadakı çoxmillətli korporasiyaların təsiri ilə mübarizə daxildir. Sosialist olan Morales Sosializm Hərəkatı (MAS) partiyasının rəhbəridir.
İsallavinin Orinoka kantonundakı fermer aymara ailəsində dünyaya göz açan Moral məcburi hərbi xidmətdən əvvəl 1978-ci ildə Çapare əyalətinə köçərək orta təhsilini almışdır.[3] O koka əkinçiliyi ilə məşğul olduğu bir müddətdə həmkarlar ittifaqnın üzvü olmuş, kampesino ("kənd işçiləri") birliyində yüksəlməyə başlamışdı. Bu adla o, ABŞ-nin Boliviyadakı narkotiklə mübari Bir hissəsi olaraq koka məhv etmək cəhdlərinə qarşı mübarizə apardı, bunları yerli And mədəniyyətinə qarşı imperialist bir təcavüz kimi qınadı.[4] Onun hökumət əleyhinə birbaşa fəaliyyətində baş tutan etiraz aksiyaları çoxsaylı həbslərlə nəticələndi. Morales 1995-ci ildə seçki siyasətinə girdi, MAS-ın lideri oldu və 1997-ci ildə Konqresə seçildi. Populist ritorikası ilə bərabər,[5] kampaniyası yerli və yoxsul icmalara təsir edən məsələlərə, torpaq islahatlarına və qaz sərvətlərinin yenidən bölgüsünə fokuslanmışdı.[6] Koçabamba etirazları və qaz münaqişəsi sayəsində məşhurluğu gedərək artmağa başladı. 2002-ci ildə o, o ilki prezident seçkilərində ikinci yerə çıxsa da, hökumət əleyhinə etirazçıları həvəsləndirdiyinə görə Konqresdən qovuldu.
İlk dəfə 2005-ci ildə seçilən Morales sosial xərcləri artırmaq üçün karbohidrogen sektoruna olan vergini artırdı, savadsızlığa, yoxsulluqa, irqçiliyə və seksizmə qarşı mübarizə layihələrinin əhəmiyyətini vurğuladı. Neoliberalizmi ciddi şəkildə tənqid edən və Boliviyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan asılılığını azaltmağa çalışan rəhbərliyi liberal iqtisadi yanaşmadan qarışıq iqtisadiyyata keçmək istəyən "Evonomika" deyilən bir siyasət apararkən güclü iqtisadi artımı izlədi.[7] ABŞ-nin ölkədəki təsirini azaldan Morales Latın Amerikasının digər solçu hökumətləri ilə münasibətlər qurdu. Solçu yerli fəal cəmiyyətə mülayim davranmağa çalışan Morales rəhbərliyi, həmçinin, Boliviyanın şərq əyalətlərindəki sağçı muxtariyyət tələblərinə qarşı çıxdı. 2008-ci ildə o, geri çağırılan referendumda qalib gələrək, Boliviyanı plurinasyonlu bir dövlət olaraq göstərən yeni konstitusiyanı qəbul etdi və 2009-cu ildə yenidən seçildi. Onun ikinci prezidentlik müddəti sol siyasətin davam etdirilməsinin və Boliviyanın Cənub Bankı və Karib Dövlətləri və Latın Aerikası Cəmiyyətinə qoşulmasının şahidi oldu. Morales 2014-cü ildə və 2019-cu il ümumi seçkilərində yenidən prezident seçildi.
Amerika Dövlətləri Təşkilatı tərəfindən Morales hökumətinin 2019-cu il seçkilərini saxtalaşdırdığı iddiasıyla bağlı hesabat verildikdən sonra istefasını tələb edilməsiylə Evo Moral 2019-cu ilin noyabrın 10-da istefa verdi[8][9] və 12 noyabrda Meksikada özünəs sığınacaq tapdı.[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Evo Morales // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Evo Morales // Munzinger Personen (alm.).
- ↑ "Evo entrega modulo educativo "Maria Ayma" y dice que nunca influyó en nombramiento de obras - Diario Pagina Siete". 2018-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ "Profile: Bolivia's President Evo Morales". BBC News. October 13, 2014. October 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 13, 2019.
- ↑ "Bolivian president slashes salary for public schools". USA Today. January 28, 2006. December 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2016.
- ↑ America Vera-Zavala. "Evo Morales Has Plans for Bolivia". In These Times. December 18, 2005. March 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 7, 2007.
- ↑ "The explosive apex of Evo's power". The Economist. December 10, 2009. April 6, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 5, 2016.
- ↑ "Bolivian army chief urges Morales to step down" (ingilis). November 10, 2019. November 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
- ↑ Londoño, Ernesto. "Bolivian Leader Evo Morales Steps Down". The New York Times (ingilis). November 10, 2019. ISSN 0362-4331. November 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2019.
- ↑ "Bolivia crisis: Evo Morales accepts political asylum in Mexico". BBC. BBC. 12 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2019.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ministry of the Presidency (isp.)