Fastfud — Vikipediya
Bu məqalə qaralama halındadır. |
Fastfud, Ayaqüstü yemək (ingiliscə fast food, tez yemək) — tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda verilir. Sifarişetmə və hazırlama arasında çox vaxt cəmi 10 dəqiqə vaxt olur. Çoxlu miqdarda fastfud restoranları mövcuddur.
Ən sürətli "fast food" forması, müştərinin gəlməsinə hazır vəziyyətdə saxlanılan əvvəlcədən bişmiş yeməklərdən ibarətdir (Boston Market rotisserie toyuğu, Little Caesars pizza və s.), Gözləmə müddəti saniyələrə qədər azaldıldı. Digər fast food mağazaları, ilk növbədə hamburger mağazaları (McDonald's, Burger King və s.) Kütləvi şəkildə hazırlanmış əvvəlcədən hazırlanmış maddələrdən (torbalı çörəklər və dad əlavələri, dondurulmuş mal ət köftələri, əvvəlcədən yuyulmuş / dilimlənmiş tərəvəzlər və s.) İstifadə edir, lakin işarə etmək üçün çox ağrılar "ət və kartof" un (hamburger və fransız kartofu) hər zaman təzə (və ya ən azı nisbətən yaxın zamanda) bişirildiyini və "sifarişlə" yığıldığını (yeməkxanada olduğu kimi) müştəriyə çatdırılır.
Fastfud restoranları ənənəvi olaraq nəqliyyat vasitəsilə yemək vermək qabiliyyəti ilə seçilir. Satış yerləri heç bir sığınacaq və ya oturma yeri təmin edə bilməyən stendlər və ya köşklər, və ya fast food restoranları (sürətli servis restoranları kimi də bilinir) ola bilər. Restoran zəncirlərinin bir hissəsi olan françayzinq əməliyyatları standartlaşdırılan qida məhsulları ilə hər restorana mərkəzi yerlərdən göndərilə bilər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir fastfud (əlüstü yemək) sənayesinin əsası 1921-ci ildə ABŞ-də qamburger istehsal edən "White Castle" şirkətinin açılması ilə qoyulub. İstehlakçılara yad gələn məhsulların satılması üçün şirkət rəhbərliyi tərəfindən bu gün də önəm verilən prinsiplər rəhbər tutulmuşdu: sabit qiymət, təmizlik və aşkarlıq (qamburgerlər alıcıların gözləri önündə sanitar qaydada hazırlanırdı). Bundan əlavə, daha çox müştəri cəlb etmək üçün başqa bir hiyləgər üsul da vardı. Şirkət sahibi Billi İnqramın ideyası ilə, bir neçə nəfər ağ xələt geyib, restoran qarşısında uzun-uzadı süni növbələr yaratmalı və bununla, əksər adamlar hətta həkimlərin də fastfudu faydalı hesab etdiyini düşünəcəkdi.
Tez hazırlanan yeməklər
[redaktə | mənbəni redaktə et]Sağlamlığa təsiri
[redaktə | mənbəni redaktə et]Gün ərzində normal nahar etməyənlərin sonradan köklükdən şikayətlənməsi qəribə görünə bilər. Amma sən demə bunun da səbəbləri var, ingilislərin sözü ilə desək bunun səbəblərindən biri də məhz "fast food"lar yəni ayaqüstü yeyilən yeməklərdir. "Fast food"lar ayaqüstə-hərəkətdə yeyilməsinə baxmayaraq yenə də öz işini görür, və nəticədə artıq çəki problemi yaranır. Buna görə də təəcüblü deyil ki, dünyanın ən çox şişman adamları da "fast food"ların vətənindən yəni qərb ölkələrindəndir. Ana südü kiçik yaşlı uşaqlarda asma xəstəliyinə qarşı müdafiə yaratmaq bacarığına malikdir. Lakin tez-tez "fast food"kimi yeməklərin qəbulu bu effekti sıfra endirir. Bu fikrə Kanada və Amerika alimləri gəlmişdir. Amerikada aparılan araşdırmalar "fast food"yeməklərinin məsələn hamburgerin aclıq hissi yaratdığını və bu hissin 3 gün davam etdiyini göstərib. Araşdırmalarda iştirak edən doktor Deborah Clegg deyib ki, bu yeməklərdəki yağlar mədəyə getməmişdən əvvəl beyində aclıq və toxluq hissi yaradan nöqtəni neytrallaşdırır. Beləliklə yeyilən yemək toxluq hissi yaratmır. Həmçinin Amerikanın "Forbes"jurnalı keçən il 194 ölkə arasında artıq çəkililəri araşdırarkən müəyyən edib ki, Azərbaycan əhalisinin təqribən 57 faizindən çoxunda çəki normadan artıqdır. Ekspertlərin fikrincə buna səbəb az fiziki hərəkət və stressli işlə yanaşı həm də "fast food"lar imiş. Britaniyalı həkimlər isə çipsin hamburgerlərin, koka kolanın tərkibində olan yağın və şəkərin qəbulunun narkotik asılılığına oxşar asılılıq törətdiyini sübut etdilər. Alimlərin fikrincə "fast food" yeməklərinin hamısı insan orqanizmində kimyəvi proseslərin gedişini təxminən heroindən istifadə edən narkomanlardakı kimi pozur. Həm də doyma hissimizi tənzimləyən hormonun ifrazında disbalans yaradır. Ona görə də "tez yemək"yəni "fast food" yerlərinin müştəriləri daimi aclıq hissi keçirirlər. "Fast food" yeməkləri insanın səhhətinə mənfi təsir göstərdiyi üçün bu yeməklərdən uzaq durmasını məsləhət görürük.