Fatih Akyel |
---|
|
Doğum tarixi | 26 dekabr 1977(1977-12-26)[1][2] (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 180 sm |
Mövqeyi | mərkəz müdafiəçisi[d] |
|
|
- ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
- ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vikianbarda əlaqəli mediafayllar |
Fatih Akyel (26 dekabr 1977[1][2], İstanbul) — Türkiyə futbolçusu.
Fatih Akyel 1977-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub. Sağ cinah müdafiəçisidir. Karyerasına 1997-ci ildə "Qalatasaray"da başlayıb. "Qalatasaray"ın heyətində 4 dəfə (1997, 1998, 1999, 2000) Türkiyə çempionluğunu qazanıb. 2000-ci ildə isə UEFA Kubokunu və Avropa Superkubokunu başı üzərinə qaldırıb. Həmin il Avropa Superkuboku uğrunda matçda möhəşəm çıxış etmiş və komandasının qələbəsində əsas fiqurlardan biri olmuşdu. 2001-ci ildə İspaniyanın "Malyorka" klubuna tansfer olsa da, bu komandanın heyətində bir rəsmi matça belə çıxa bilmədi. 2002-ci ilin yayında "Fənərbağça"ya transfer edildi. Bu komandanın heyətində 2 il yüksək səviyyədə çıxış etdi. 2004-cü ildən bəri isə düz 6 komanda dəyişsə də, xarakterindəki aqressivlik həmin komandalarda möhkəmlənməsinin qarşısını alırdı. Hazırda "Kasımpaşa"da çıxış edir.