Fatin Rüştü Zorlu — Vikipediya
Fatin Rüştü Zorlu | |
---|---|
türk. Fatin Rüştü Zorlu | |
Türkiyə Cumhuriyəyi Baş Nazirinin müavini | |
17 may 1954 – 29 iyul 1955 | |
Əvvəlki | Səməd Ağaoğlu |
Sonrakı | Mehmed Fuad Köprülü |
Türkiyə Cumhuriyyətinin Xarici işlər naziri | |
25 noyabr 1957 – 27 may 1960 | |
Əvvəlki | Mehmed Fuad Köprülü |
Sonrakı | Səlim Rauf Sarpər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1910[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 1961[2][1] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Fatin Rüştü Zorlu (20 aprel 1910[1], İstanbul[3] – 16 sentyabr 1961[2][1], İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur.[4] 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir.
Təhsili və əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır. 1933-cü ildə əmri verilsə də, 1934-cü ildə hərbi xidmətə çağırıldığı üçün işindən çıxmalı olur. 1935-ci ildə Siyasət idarəsinin baş direktoru, 1936-cı ildə isə Hüquq müşavirliyində səd müavini vəzifəsini icra edir. 1937-ci ildə Ticarət və İqtisad idarəsinin, 1938-ci ildə isə Siyasi işlər idarəsinin I şöbələrinin sədri vəzifəsində xidmət göstərmişdir. Eyni il Bern səfiriyində baş katib vəzifəsinə təyin olunur. 1939-cu ildə Paris səfirliyində baş katib, 1941-ci ildə Siyasi planlaşdırma idarəsində sədr, 1942-ci ildə Moskva səfirliyində baş katib, 1943-cü ildə Beyrut baş konsulluğunda baş konsul , 1946-cı ildə Ticarət və İqtisadiyyat idarəsində baş direktor, 1949-cu ildə Ticarət və İqtisadiyyat idarəsinin rəisi, 1950-ci ildə ümumi katiblik üzrə iqtisadi işlər müavini, 1951-ci ildə millətlərarası iqtisadi əməkdaşlıq katibliyində baş katib, 1952-ci ildə Şimali Atlantika müqaviləsinin Türkiyə nümayəndəliyinin səfiri vəzifələrini icra etmişdir. 1959-cu ildə Adnan Menderes ilə birgə Bilderberq yığıncağında iştirak etmişdir.[5]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]Siyasi karyerasına 1954-cü ildə başlayır və 1957-ci ilə qədər Çanaqqala millətvəkili seçilir. Adnan Menderesin hökumətlərində Baş Nazir köməkçisi (1954 may-1955 noyabr), Dövlət nazirliyində (1954 may-1955 noyabr) və xarici işlər nazirliyində (1957 noyabr-1960 may) işləmişdir. 1957-ci ildə Kiprdə yaşayan türklərin EOKA terroruna qarşı təhlükəsizliyini təmin etmək məqsədilə Türk Müqavimət Təşkilatını yaradır.[6] Xarici işlər naziri olduğu illərdə yeritdiyi siyasət NATO-ya olan bağlılığa söykənirdi. O cümlədən Türkiyənin iqtisadi inkişafı üçün Amerikadan az bir miqdar mali dəstək almağa çalışmışdır. 1974-cü ildə Bülənt Əcəvitin Baş nazirliyi dövründə TSK tərəfindən həyata keçirilən Kipr hərəkatının hüquqi əsası, Fatin Rüştü Zorlunun 11 fevral 1959-cu ildə İsveçrədə Yunanistan və Birləşmiş krallıqla imzaladığı Zürix müqaviləsindəki Garantiya hökmü hesab edilir. 1960-cı il 27 may dövlət çevrilişindən sonra hökumətin digər üzvləri və DP-nın rəhbələri ilə birlikdə həbs olunaraq, yeni yaradılan "Yüksək Ədalət Məhkəməsi" tərəfindən Yassıadada mühakimə olunmuşdur. Bu məhkəmə 14 hökmlü Fatin Rüştü Zorlunu da ölümünə məhkum etmişdir. Onun hökmü Adnan Menderes və Həsən Polatkan ilə birgə MBK tərəfindən təsdiqlənmiş,16 sentyabr 1961-ci ildə isə edam edilmişdir.
Fatin Zorlunun ölümündən əvvəl yazdığı məktubun mətni belədir:
İndi mən qüdrətli Allahın hüzuruna çıxıram. Sakitəm. Rahatlıq içindəyəm. Mənim üçün narahat olmayın. Sizlərin sakit və sülh içində yaşamağınız məni həmişə xoşbəxt edəcək. Bir və bərabər olun. Allahın təqdiri belə imiş. Xidmət etmişəm və həmişə şərəfimi qorumuşam. Ana, sevdiklərimi qoruyun və Allahın lütfü ilə həmişə rahat yaşayışlarını təmin edin. Mən hamınızı Allaha əmanət edirəm, kədərlənməməyiniz və həyata davam etməyinizi xahiş edirəm.
Allah məmləkətimi qorusun.Fatin Rüştü Zorlu
Vəfatından 29 il sonra, 17 sentyabr 1990-cı ildə cəsədi İmralı adasındakı məzarından çıxarılaraq İstanbulda inşa etdirilən Anıtmezara gətirildi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Fatin Zorlu // Munzinger Personen (alm.).
- ↑ 1 2 3 4 Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1961-1962. P. 352–353. ISBN 978-84-239-4500-9
- ↑ 1 2 https://afroasian.mediaplaygrounds.co.uk/.
- ↑ Soner Yalçın, Efendi — Beyaz Türklerin Büyük Sırrı, Doğan Kitapçılık, İstanbul, 2007, s.368
- ↑ "Fatin Rüştü Zorlu". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
- ↑ "O asker 51 yıl sonra konuştu". 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.