Fey Vebster — Vikipediya

Fey Vebster
Ümumi məlumatlar
Doğum tarixi 25 iyun 1997(1997-06-25)[1] (27 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, fotoqraf
Fəaliyyət illəri 2013-cü ildən
fayewebster.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fey Vebster (ing. Faye Webster; 25 iyun 1997[1]) — ABŞ-nin Atlanta şəhərindən olan müğənni-mahnı yazarı. Onun mahnıları indi-popkantri elementlərini özündə birləşdirir.

30 oktyabr 2013-cü ildə 16 yaşında ikən "Run and Tell" adlı debüt studiya albomunu yayımlayıb. Musiqi üzrə təhsil almaq üçün Neşvilldəki Belmont Universitetinə daxil olmuş, lakin oranı başa vurmadan doğma şəhəri Atlantaya geri qayıtmışdır. "Vaxt və pulunu boşa xərcələmək istəmədiyini" deyir. O, valideynləri ilə şərtləşmişdi ki, bir il evdə qalacaq və bu müddət ərzində musiqi karyerasında uğur qazanmasa, yenidən universitetə dönəcək. 2017-ci ildə universitetdən ayrıldıqdan sonra Awful Records ilə saziş bağlayıb.[2]

Corciya ştatının Atlanta şəhərində doğulub.[3] Ailə üzvləri özü kimi musiqiçidir. Adı Korbin olan babası vaxtıilə Texasda "bluegrass" janrında gitaraçılıq etmişdir. Anası da öz növbəsində "fiddle" və eyni zamanda gitara ifaçısı olmuşdur. Böyük qardaşı isə məktəbdəki rok qrupuna üzv idi.

Fey Vebster mahnı yazmaqla 14 yaşından məşğul olur. Atlandakı "Henry W. Grady High School"-da təhsil alıb. Şagird olduğu illərdə dost-yoldaşları ilə birlikdə rep qrupu yaratmışdır. Onun səhnədəki canlı çıxışını izləyib heyran qalan atası belə məsləhət görür ki, öz mahnılarını yazıb buraxmağa başlasa yaxşı olar.

Studiya albomları

  1. 1 2 https://www.deezer.com/fr/artist/5613564/biography.
  2. Manning, Emily. "faye webster is the alt-folk standout on atlanta's awful records". Vice. June 15, 2017. October 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2024.
  3. Vitagliano, Joe. "Faye Webster Knows She's Funny". American Songwriter. June 25, 2021. December 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]