Fil Kollins — Vikipediya
Fil Kollins | |
---|---|
ing. Phil Collins | |
Ümumi məlumatlar | |
Doğum adı | Philip David Charles Collins |
Doğum tarixi | 30 yanvar 1951[1][2][…] (73 yaş) |
Doğum yeri | Çizik, London, İngiltərə |
Milliyyəti | İngilis |
Uşaqları | 5 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni, səsləndirmə aktyoru[d], müğənni-mahnı yazarı, bəstəkar, cazmen, model[d], zərbçi[d], pianoçu, qrup rəhbəri[d], kino aktyoru, səsyazma sənətçisi[d], avtobioqraf[d], gitaraçı, televiziya aktyoru, musiqiçi, rok musiqiçisi, söz yazıçısı[d], pop müğənnisi |
Fəaliyyət illəri | 1968–2011 |
Janrlar | proqressiv-rok, soft-rok, pop-rok, pop |
Musiqi alətləri | baraban, piano, gitara, digər zərb alətləri |
Səs tembri | tenor |
Albom şirkətləri | Virgin Records, Atlantic Records, Warner Records |
Mükafatları | |
philcollins.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[1][2][…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir.
1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur.[3]
Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus" və "Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Phil Collins // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Phil Collins // filmportal.de. 2005.
- ↑ Atlantic Records press release. "Phil Collins Celebrates TESTIFY with Weekend Today Performance and NYC In-Store" 11/15/02.