Finlandiya parlamenti — Vikipediya

Finlandiya parlamenti
fin Suomen eduskunta
isv. Finlands riksdag
Loqonun şəkli
Ümumi məlumatlar
Növü Təkpalatalı
Təsis tarixi 9 may 1906
Quruluşu
Üzvlərin sayı 200
siyasi partiyalar

İqtidar (117)

     SDP (40)

     Mərkəz Partiyası (31)

     Yaşıl Liqa (20)

     Sol İttifaqı (16)

     İsveç Xalq Partiyası (10)

Åland Koalisiyası(1)

Müxalifət (83)

     Fin Partiyası (39)

     Milli Koalisiya (38)

     Xristan Demokratlar (5)

     İndi Hərəkat (1)
Sayt
eduskunta.fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Finlandiya parlamenti (fin Suomen eduskunta; isv. Finlands riksdag) — 1906-cı ilin mayın 9-da qurulan Finlandiyanın təkpalatalı ali qanunverici orqanı.[1] Finlandiya konstitusiyasına görə suverenlik xalqa məxsusdur və bu güc parlamentin öhdəliyinə verilib.[2] Parlament 200 üzvdən ibarətdir. Onlardan 199-u Dhondt metodununa uyğunlaşdırılaraq 7–36 istifadə edilərək 13 müxrəlif üzv bölgədən 4 illiyə seçilirlər.[3] Aland adalarından bir üzv də parlamentdə buranı təmsil edir.

Qanun vericilik ya hökumət ya da parlament üzvlərindən biri tərəfindən başladıla bilər. Parlament qanunları qəbul edir, dövlət büdcəsinə, beynəlxalq müqavilələrə qərar verir və hökumətin fəaliyyətlərinə nəzarət edir. Parlament hökuməti istefaya göndərmə, prezident seçkilərini yenidən keçirmə və konstitusiyanı dəyişdirmə hüququna sahibdir. Konstitusiyada dəyişikliklər etmək üçün dəyişikliklər aradakı seçki siklı ilə iki ardıcıl hökumət tərəfindən qəbul edilməli ya da fövqaladə vəziyyət qanunu kimi məclisdən 166/200 çoxluğu ilə keçməliydi. Çoxu millət vəkili siyasi partiyalara bənzəyən parlamentar qruplarda işləyir. 2018-ci ilin iyununa qədər parlament 10 parlamentar qrup və bir müstəqil millət vəkilindən təşkil edilmişdi.[4] 1906-cı ildə qurulduğu gündən bəri parlamentdə sadəcə tək bir partiya — Sosial Demokrat Partiyası 1916-ci il seçkilərində mütləq üstünlüyü əldə etmişdi. Bu səbəbdən, hökumət üçün parlamentdə çoxluq ola bilmək üçün koalisiya hökumətləri daha əlverişlidir. Belə koalisiyalar adətən iki və ya üç tarixi olaraq böyük partiyadan — Sosial Demokratlar, Mərkəz və Milli Kaolisiyadan təşkil edilirlər. Nazirlər çoxdur, ancaq millət vəkilləri qədər vacib deyillər. Parlament görüşü Helsinkinin mərkəzində yerləşən Parlament Binasında keçirilir.[5]

Ən sonuncu parlament seçkiləri 14 aprel 2019-cu ildə baş tutmuşdur. Sosial Demokrat Partiyası, Mərkəz Partiyası, Yaşıl İttifaq, Sol Birliyiİsveç Xalq Partiyası mərkəz sol yönümlü koalisiya hökuməti olan Rinne Kabinetini təsis etmək üçün birləşdi.[6]

İstinad siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. "Eduskunnan historia". www.historianhavinaa.net. 2004-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
  2. Constitution of Finland (PDF). 1999. səh. 1. 2020-06-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-09.
  3. UUTISET, MTV. "Hekin jäivät varasijalle - muun muassa Lehtomäki ja Sasi". mtvuutiset.fi. 20 April 2015. 5 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  4. "Eduskuntaryhmät". www.eduskunta.fi (ingilis). 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  5. "Tässä talossa Suomi itsenäistyi – harva tietää Heimolan talon". Yle Uutiset. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
  6. "Vaalit". 2019-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]