Firuz Mustafa — Vikipediya
Firuz Mustafa | |
---|---|
Doğum adı | Mustafayev Firuz Qədimalı oğlu |
Doğum tarixi | 18 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | filosof, nasir, dramaturq, esseist |
Əsərlərinin dili | Azərbaycan dili |
Üzvlüyü | |
Mükafatları |
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev; 18 fevral 1952, İsalı, Gədəbəy rayonu) — Azərbaycanlı nasir, dramaturq, esseist, filosof. Fəlsəfə elmləri doktoru (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019).
Həyatı
[redaktə | mənbəni redaktə et]18 fevral[1] 1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakıdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. Əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır.
1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinatla Saatlı rayonunda müəllim işləmişdir. 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri və zabit kimi ordu sıralarından tərxis edilmişdir.
1978–80-ci illərdə Azərbaycan Televiziyasında müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.[2]
1980–84-cü illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sonrakı illərdə elmi işçi, baş elmi işçi, habelə fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır.
Firuz Mustafa Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müxtəlif illərdə "Maarifçi" və "Mədəniyyət" qəzetlərinin baş redaktoru vəzifəsində çalışmışdır.
1985-ci ildə fəlsəfə üzrə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. (O zaman SSRİ Ali Attestasiya Şurası dağıldığı üçün diplomu ala bilməmişdir). 2002-ci ildə Fəlsəfə və Hüquq İnstitunun Elmi Şurasının qərarı ilə ona fəlsəfə elmləri doktoru adı verilmişdir. O, elmi və yaradıcılıq fəaliyyəti ilə yanaşı pedaqoji işlə də məşğul olmuş, ölkənin əksər ali məktəblərində, universitetlərdə fəlsəfə, dünya ədəbiyyatı və türk xalqları mədəniyyəti üzrə mühazirələr demişdir.
Firuz Mustafanın ilk mətbu yazıları "Azərbaycan gəncləri", "Bakı", "Kommunist", "Tərəqqi", "Elektrik" qəzetlərində, "Müxbir", "Təşviqatcı", "Ulduz" jurnallarında çap olunmuşdur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik" nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm" nəşriyyatında işıq üzü görmüşdür.
Onlarla elmi və bədii kitabı nəşr edilmiş, ssenariləri əsasında bir çox filmlər çəkilmişdir. Əsərləri xarici dillərə tərcümə edilmişdir. О, bir sıra xarici filosof, şair və yazıçıların əsərlərini (N. Berdyayev, F. Nitsşe, S. Yesenin, A. Blok, V. Şukşin və s), habelə "Putin. Birinci şəxsdən" kitabını Azərbaycan dilinə tərcümə etmişdir.
Firuz Mustafa 40-dan çox kitabın müəllifidir. Uzun illər Az. Tv-də "İlğım" və "İdrak" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Onlarla pyesi müxtəlif dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Firuz Mustafanın yazdığı mətnlərə görkəmli bəstəkarlar — Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələmişlər.
24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[3]
Azərbaycan Fəlsəfə Cəmiyyətinin və Jurnalistlər Birliyinin üzvüdür.
Azərbaycan Yazıçılar Birliyi dramaturgiya bölməsinin rəhbəri, "Tac" qəzetinin və "Teatr" jurnalının təsisçidir.
İki övladı var.
Təltif olunduğu mükafatlar
[redaktə | mənbəni redaktə et]- Cəfər Cabbarlı mükafatı
- Humay mükafatı
- Beynəlxalq Avrasiya Fondunun mükafatı
- Teatr Xadimləri İttifaqının mükafatı
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2019)
Əsərləri
[redaktə | mənbəni redaktə et]Elmi əsərləri
[redaktə | mənbəni redaktə et]- "Mənəvi tələbatın inkişaf dialektikası" ("Elm" nəşriyyatı, 1985)
- "Yenidənqurma və demokratiya şəraitində tələbə və şagirdlərin hüquqi və mənəvi tərbiyəsinin formalaşması" ("APİ-nin nəşriyyatı", 1987)
- "Sərhədsiz dünya" ("Diplomat" nəşriyyatı, 1999)
- "Mədəniyyət və fəlsəfə"("Araz" nəşriyyatı, 2005)
- "Orta təhsil islahatları proqramlarının məzmun baxımından təhlili və qiymətləndirilməsi" ("MBM" nəşriyyatı, 2011)
- "Qloballaşma və mədəniyyət"("Araz" nəşriyyatı, 2011)
Bədii əsərləri
[redaktə | mənbəni redaktə et]- "Göyəm kolları" ("Gənclik" nəşriyyatı, 1985)
- "Dünyanın rəngi" ("Gənclik" nəşriyyatı, 1989)
- "Kəhrəba" ("Elm fondu"nun nəşri, 1997)
- "Bəhruz-Vətənə sipər oğul" ("Azərbaycan" nəş., 1997)
- "Çəhrayı tunel" ("Şur" nəşriyyatı, 1999)
- "Teatr meydanı" ("Çaşıoğlu", 2001)
- "Adsız" ("Adiloğlu" nəşriyyatı, 2001)
- "Sifət" ("Araz" nəşriyyatı, 2002)
- "Buz üstə sətirlər" ("Araz" nəşriyyatı, 2003)
- "Komediyalar" ("Araz" nəşriyyatı, 2004)
- "Qara qutu" ("Araz" nəşriyyatı, 2006)
- "Dəniz köçü" ("Araz" nəşriyyatı, 2006)
- "Onluqlar" ("Araz" nəşriyyatı, 2008)
- "…Qapı…" ("MBM" nəşriyyatı, 2008)
- "13 hekayə" ("MBM" nəşriyyatı, 2008)
- "Müqəvva" ("MBM" nəşriyyatı, 2009)
- "Monohekayələr" ("MBM" nəşriyyatı, 2009)
- "Qapı" ("Araz" nəşriyyatı, 2009)
- "Dəniz köçü" (7 nəşr) ("Nurlan"və "Araz" nəşriyyatı, 2009–10)
- "Hekayələr" ("MBM" nəşriyyatı, 2009)
- "At günü" ("MBM" nəşriyyatı, 2009)
- "Monopyeslər" ("Araz" nəşriyyatı, 2010)
- "Çardaqda zirzəmi" ("MBM" nəşriyyatı, 2011)
- "Sklerozlar üçün yaddaş" (Araz" nəşriyyatı, 2011)
- "Daş üstə yazılmış sətirlər"(dördlüklər) ("MTR group" nəşriyyatı, 2014)
- "Ölü dildə sevgi məktubları" ("Zero"nəşriyyatı, 2014)
- "Hekayələr" ("MBM" nəşriyyatı, 2015)
- "Seçilmiş əsərləri" (1-ci cild) ("MBM" nəşriyyatı, 2016)
Rusca kitabları
[redaktə | mənbəni redaktə et]- "Мир без границ" ("Diplomat" nəşriyyatı, 1999)
- "Морское кочевье" ("Araz" nəşriyyatı, 2008, 164 s.)
- "Пьесы" ("Nurlan" nəşriyyatı, 2008, 560 s.)
- "…Дверь" ("Nurlan" nəşriyyatı, 2008, 384 s.)
- "Фируз Мустафа в переводе Шахло Касумовой" ("МВМ" nəşriyyatı, 2011, 120 s.)
- "Манекен" ("MBM" nəşriyyatı nəşriyyatı, 2009)
- "День лошади" ("MBM" nəşriyyatı nəşriyyatı, 2009)
- "Подвал на крыше" ("MBM" nəşriyyatı nəşriyyatı, 2011)
İngiliscə kitabları
[redaktə | mənbəni redaktə et]- "A sea nomad" — ("Araz" nəşriyyatı, 2010)
- "The Amber, a true friend"- ("Elm fondu"nun nəşri, 1997)
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- "Putin. Birinci şəxsdən" ("Diplomat" nəşriyyatı, 2000)
- "Poeziya nümunələri" (Teatr jurnalına əlavə, 2012)
Tərtib etdiyi kitablar
[redaktə | mənbəni redaktə et]- "Сто тюркских этносов" ("Araz" nəşriyyatı, 2012)
Tamaşaya qoyulan pyesləri
[redaktə | mənbəni redaktə et]- "Ağıllı Adam" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Qəfəs" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Tabut" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Vida marşı" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Qara qutu" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Su pərisi" — Azərbaycan Dövlət Gənclər Teatrı
- "Müqəvva" — Naxçıvan Dövlət Musiqili Komediya Teatrı
- "Ağıllı Adam" — Şuşa Dövlət Musiqili Komediya Teatrı
- "Musiqili məktublar"- Şuşa Dövlət Musiqili Komediya Teatrı
- "İlğım"- Lənkəran Dövlət Dram Teatrı
- "Sevməsən ölərəm"- Ağdam Dövlət Dram Teatrı
- "Müqəvva"- "Yuğ" Dövlət Teatrı"
- "Müqəvva"- Tədris Teatrı
- "Musiqili məktublar"- Tədris Teatrı
- "Ifritə"- Tədris Teatrı
- "Əqrəb bürcü"- Tədris Teatrı
- "Ayı təbəssümü"- Füzuli Dövlət Dram Teatrı
- "Dəhliz" — Mingəçevir Dövlət Dram Teatrı
- "Adsız"- Mingəçevir Dövlət Dram Teatrı
- "Vida marşı"- Mingəçevir Dövlət Dram Teatrı
- "Sənə sözüm var"- Qazax Dövlət Dram Teatrı
- "Qarışqa tələsi "- Qazax Dövlət Dram Teatrı
- "Neytral zona" — Qazax Dövlət Dram Teatrı
- "Adsız"- İrəvan Dövlət Dram Teatrı
- "Əqrəb bürcü"- Sumqayıt Dövlət Dram Teatrı
- "Tələ" — Sumqayıt Dövlət Dram Teatrı
- "Tıxac"- Gəncə Dövlət Nizami Poeziya Teatrı
- "Adsız"- Gənc Tamaşaçılar Teatrı
- "Ayı təbəssümü"- Qusar Ləzgi Dövlət Dram teatrı
- "Vida marşı" — Gəncə Dövlət Dram Teatrı
- "Tıxac"- Gəncə Dövlət Nizami Poeziya Teatrı
- "Pələng ili"- Gənc Tamaşaçılar Teatrı
Xarci ölkələrdə tamaşaya qoyulmuş pyesləri
[redaktə | mənbəni redaktə et]- "Müqəvva"- "Oda" Teatrı (Türkiyə Respublikası)
- "Neytral zona" — Dərbənd Azərbaycan Dram teatrı) (Rusiya Fedreasiyası)
Tamaşaya qoyulmamış dramları
[redaktə | mənbəni redaktə et]- "Zaman"
- "Bəyaz kölgə"
- "Bir nəfər üçün tamaşa"
- "Parlamentdə toy"
- "Çardaqda zirzəmi"
- "Amazonka"
- "Alın yazısı"
- "Sehrbaz"
- "Final"
- "İfritə"
- "Oxşarlar"
- "Ağrı"
- "Fotoqraf"
- "Marian çökəkliyi"
- "Üç canavar"
- "Məruzə"
- "Sifət"
F. Mustafaya həsr olunan kitablar
[redaktə | mənbəni redaktə et]- "Посвящается тебе, Фируз Мустафа" (toplu) (2012)
- "Sənə həsr olunur, Firuz Mustafa" (toplu) (2012)
- ·Sabir Bəşirov "Firuz Mustafa: idrakla hissin vəhdəti". (Ədəbi portret-monoqrafiya) (2012)
- Babək Qurbanov "Firuz Mustafanın yaradıcılığına baxış (Dörd bucaq)" (2012)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir
- ↑ "Filosof və yazıçı – Əməkdar incəsənət xadimi Firuz Mustafa" (az.). baku-art.com (2024-10-03 tarixində nəşr olunub). 2021-02-18. 2023-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-03.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- N.Nihad. "Mənim kəndim - Firuz Mustafa: "Əmim həmişə Stalini söyərdi" - FOTOLAR". modern.az (az.). İstifadə tarixi: 2023-12-10.
- "Filosof və yazıçı – Əməkdar incəsənət xadimi Firuz Mustafa". az.baku-art.com (az.). İstifadə tarixi: 2023-12-10.